Banner
Banner
Fed.az
Banner
  • Son Xəbərlər
  • Maliyyə
    • Bank
    • Qeyri-Bank
    • Sığorta
    • Birja
    • Renkinqlər
    • Təlimlər
  • Biznes
    • İnvestisiya
    • İnşaat və əmlak
    • Turizm
    • Avto
    • Tenderlər
    • Biznes təkliflər
    • Vergilər
    • Gömrük
  • İqtisadiyyat
    • Sənaye
    • Energetika
    • Aqrar
    • Nəqliyyat
    • Makro
    • Dövlət
    • İKT
  • Sosial
    • Hadisə
    • Təhsil və elm
    • Sağlamlıq
    • Sosial
    • İdman
    • Ekologiya
  • Maraqlı
    • Ləzzətli yol xəritəsi
    • Style
    • Status
    • Startaplar
    • Vakansiyalar
    • Məhkəmələr
  • Regionlar
    • Abşeron iqtisadi rayonu
    • Aran iqtisadi rayonu
    • Dağlıq Şirvan iqtisadi rayonu
    • Gəncə-Qazax iqtisadi rayonu
    • Quba-Xaçmaz iqtisadi rayonu
    • Lənkəran iqtisadi rayonu
    • Şəki-Zaqatala iqtisadi rayonu
    • Yuxarı Qarabağ iqtisadi rayonu
    • Kəlbəcər-Laçın iqtisadi rayonu
    • Naxçıvan iqtisadi rayonu
  • Əmlak
    • Mənzil və villalar
    • Kommersiya obyektləri
    • Torpaq sahələri
    • Turizm obyektləri
  • Digər
    • Statistika
    • Hesabatlar
    • Hüquq
    • Biznes tarixi
    • Kitabxana
    • Ağılı sərmayə
    • Qarabağ
    • Boya istehsalçıları
    • Mebel istehsalçıları
  • Az
    • Az
    • Ru
Banner

Energetika

  1. Ana səhifə
  2. Energetika
  1. Energetika

Azərbaycan 2023-cü ildə 24,5 milyard kubmetr qaz - İxrac Etməyi Planlaşdırır

Azərbaycan 2023-cü ildə 24,5 milyard kubmetr qaz - İxrac Etməyi Planlaşdırır | FED.az
12:53 3 Fev 2023

Fevralın 3-də Bakıda Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 9-cu iclası və ilk dəfə Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində nazirlərin 1-ci iclası keçirilib.

"Təbii qaz ehtiyatlarımız 600 il kifayət edəcək"

FED.az xəbər verir ki, bu mötəbər tədbirdə Avropa Komissiyasının enerji məsələləri üzrə komissarı Kadri Simsonun, Türkiyə, İtaliya, ABŞ, Böyük Britaniya, Gürcüstan, Macarıstan, Rumıniya, Bolqarıstan, Yunanıstan, Albaniya, Moldova, Monteneqro, Serbiya, Ukrayna və Xorvatiyanın yüksək səviyyəli nümayəndələri iştirak edib. 

İclaslarda enerji şirkətlərindən SOCAR, BP, BOTAŞ, TANAP, TAP, TPAO, TAQA, Bulgargaz EAD, Bulgartransgaz, İCGB, Fluxys, ROMGAZ SA, SACE, Desfa, TotalEnergies, FGSZ Ltd, SNAM, Uniper, Petronas, ACWA Power, Masdar, Fortescue Future Industries, WindEurope, SolarPower Europe, maliyyə təsisatlarından isə Dünya Bankı, Beynəlxalq Maliyyə Korporasiyası, Avropa Yenidənqurma və İnkişaf Bankı, Avropa İnvestisiya Bankı, Asiya İnfrastruktur və İnvestisiya Bankı, Asiya İnkişaf Bankı və digər qurumlar da təmsil olunub.

Azərbaycanın enerji siyasətinin Avropa üçün artan əhəmiyyəti

Artıq doqquzuncu dəfə təşkil olunan Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin iclasının keçirilməsi, eləcə də bu il daha iki mühüm tədbirin Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində nazirlərin 1-ci iclasının və yaşıl enerjinin ötürülməsinə dair dördtərəfli Sazişin icrası üzrə Rəhbər Komitənin ilk iclasının da bu il baş tutması Azərbaycanın Avropanın enerji təminatında artan rolunu açıq-şəkildə ortaya qoyur. İqtisadi inkişafını durmadan şaxələndirərək genişləndirən Azərbaycan bununla da Avropanın enerji təhlükəsizliyini təkcə neft-qaz potensialı ilə də deyil, alternativ enerji mənbələri hesabına da təmin etməsi işində əhəmiyyətli addım atıb.

Ötən ilin fevralında Rusiya-Ukrayna müharibəsinin başlaması digər sahələrdən fərqli olaraq, enerji təminatı sahəsində vəziyyəti xüsusilə kəskinləşdirdi. Rusiyaya qarşı bir sıra sanksiyalar tətbiq etməyə başlayan Avropa özünün enerji təminatı üçün alternativ mənbələrə üz tutdu. Bu istiqamətdə ötən il iyulun 18-də Avropa Komissiyasının Prezidenti xanım Ursula Fon der Lyayenin Azərbaycana səfəri çərçivəsində Azərbaycan ilə Avropa İttifaqı arasında “Avropa Komissiyası tərəfindən təmsil olunan Avropa İttifaqı ilə Azərbaycan Respublikası arasında enerji sahəsində Strateji Tərəfdaşlığa dair Anlaşma Memorandumu”nun imzalanması xüsusi əhəmiyyət daşıyır. Həmin sənədi Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Avropa Komissiyasının Prezidenti xanım Ursula Fon der Lyayen imzalayıblar. Xüsusilə vurğulamaq lazımdır ki, artıq həmin sənədin icrasına başlanıb.

Qeyd edək ki, 2021-ci ildə Azərbaycanın Avropa İttifaqı bazarına təbii qaz ixracı 8,2 milyard kubmetr təşkil edirdisə, 2022-ci ildə bu rəqəm 11,3 milyard kubmetr olub. Cari ildə isə onun həcmi ən azı 11,6 milyard kubmetr olacaq. 2023-cü ildə Azərbaycandan ixrac ediləcək təbii qazın ümumi həcmi 24,5 milyard kubmetr olacaq. Müqayisə üçün 2021-ci ildə bu rəqəm 19 milyard kubmetr təşkil edirdi. Azərbaycan özünün qaz təchizatının coğrafiyasını Avropa bazarına qədər genişləndirir. Bu, hamı üçün uduşlu vəziyyətdir. Çünki Avropaya öz enerji təhlükəsizliyinin qorunması üçün qaz lazımdır, Azərbaycanın isə özünün nəhəng enerji resursları üçün etibarlı bazara ehtiyacı var.

Azərbaycan Avropanın mühüm elektrik enerjisi, əsasən, yaşıl enerji təchizatçısına çevrilməyi planlaşdırır. Azərbaycanın nəhəng bərpaolunan enerji potensialı ölkəmizin bu sahədə də həlledici rol oynamasına imkan verir. Azərbaycanın bərpaolunan enerji potensialına gəldikdə, quruda külək və günəş enerjisinin həcmi 27 qiqavatdan çoxdur, Xəzər dənizinin Azərbaycan sektorunda isə külək enerjisi 157 qiqavat təşkil edir. Azərbaycan strateji investorların biri ilə 2027-ci ilə qədər 3 qiqavat külək və 1 qiqavat günəş enerjisini istehsal etməyi planlaşdırır. Onların 80 faizi ixrac olunacaq. Azərbaycan 2037-ci ilə qədər ən azı 6 qiqavatlıq əlavə gücləri yaratmağı planlaşdırır.

Cənub Qaz Dəhlizi Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında xüsusi yer tutur

Xüsusi vurğulamaq lazımdır ki, Cənub Qaz Dəhlizi ideyası Azərbaycanın iradəsi və liderliyi sayəsində reallığa çevrilməyə başlayıb. Bu layihənin əhəmiyyətini Prezident İlham Əliyevin Macarıstana rəsmi səfəri zamanı mətbuata bəyanatında aydın görmək olur: “Vaxtilə NABUKKO layihəsi üzərində böyük işlər aparılmışdı. Ancaq maliyyə mənbələri müəyyən edilmədiyi üçün NABUKKO layihəsi icra edilmədi. Buna baxmayaraq, Azərbaycan öz qaz resurslarını Avropa bazarlarına çatdırmaq üçün fəal çalışırdı və nəticə etibarilə iki il bundan əvvəl Cənub Qaz Dəhlizi icra edildi. Bu, çox müasir enerji infrastrukturudur, uzunluğu 3500 kilometrdir və artıq iki ildir ki, Azərbaycan Avropa İttifaqı məkanına öz təbii qaz resurslarını çatdırır”.

Bu nəhəng layihə ilə bağlı ilk sənəd - Azərbaycan ilə Avropa Komissiyası arasında Cənub Qaz Dəhlizi layihəsi üzrə Birgə Bəyannamə 2011-ci ildə imzalanıb. Bu, həmin layihənin icrasının başlanğıc mərhələsi sayılır.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2013-cü il oktyabrın 29-da imzaladığı Sərəncam ilə “Cənub Qaz Dəhlizi” layihəsi çərçivəsində Azərbaycanın mənafeyini qorumaq və layihə iştirakçılarına dövlət dəstəyinin təmin edilməsi məqsədilə Dövlət Komissiyası yaradılıb. 2014-cü il sentyabrın 20-də “Əsrin müqaviləsi”nin iyirmi illiyində Səngəçalda Cənub-Şərqi Avropa ölkələrinin dövlət və hökumət başçılarının, nazirlərinin və beynəlxalq şirkətlərin rəhbərlərinin iştirakı ilə “Cənub Qaz Dəhlizi” layihəsinin təməlqoyma mərasimi keçirilib.

Azərbaycan strateji əhəmiyyət daşıyan Cənub Qaz Dəhlizi layihəsinin təşəbbüskarı, səhmdarı və ev sahibinə çevrilib. Bu təşəbbüsə ilk olaraq Türkiyə və Gürcüstan, sonrakı dövrdə İtaliya, Yunanıstan, Bolqarıstan, Albaniya qoşulub. Hazırda yeni və potensial tərəfdaşlar arasında Bosniya və Herseqovina, Xorvatiya və Monteneqro da yer alıb.

Artıq Azərbaycan hasil etdiyi qazı qonşu dövlətlərə ixrac edir və Avropa bazarına ixraca başlamaq üçün yeni kəmərlər tikilib. 2007-ci ildə Bakı-Tbilisi-Ərzurum qaz kəməri (Cənubi Qafqaz qaz boru kəməri) istifadəyə verilib və “Şahdəniz” yatağının birinci mərhələsi çərçivəsində hasil edilən qaz Gürcüstan, Türkiyə və Yunanıstana ixrac edilməyə başlanıb. 2012-ci ildə Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyənin (ozamankı) Baş naziri Rəcəb Tayyib Ərdoğanın təşəbbüsü ilə İstanbulda Azərbaycan ilə Türkiyə arasında TANAP (Trans-Anadolu təbii qaz boru kəməri) layihəsinə imza atılıb. 2013-cü ildə “Şahdəniz” konsorsiumu TANAP kəməri ilə daşınacaq Azərbaycan qazının Avropa bazarına çatdırılması üçün Türkiyə sərhədini İtaliyanın cənubuna birləşdirən TAP (Trans-Adriatik təbii qaz boru kəməri) layihəsini seçib və kəmərin tikintisi 2020-ci ildə başa çatdırılıb. Bu layihələr “Şahdəniz” yatağını İtaliyanın cənubuna birləşdirməklə “Cənub Qaz Dəhlizi” layihəsinin reallaşmasına imkan verib.

Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin görüşləri 2015-ci ildən başlayaraq hər il keçirilir. 2018-ci il mayın 29-da Səngəçal terminalında rəsmi açılış mərasimi keçirilən Cənub Qaz Dəhlizinin önəmli hissəsi olan TANAP enerji təhlükəsizliyi məsələlərinin həlli üçün əvəzolunmaz infrastruktur layihəsidir. “Cənub Qaz Dəhlizi” layihəsinin əsas elementlərindən biri olan Cənubi Qafqaz Boru Kəmərinin genişləndirilməsi başa çatdıqdan sonra, 2018-ci il iyunun 30-dan “Şahdəniz-2” çərçivəsində Türkiyəyə kommersiya təyinatlı qaz həcmlərinin nəqlinə başlanılıb. 2018-ci il iyunun 12-də Türkiyənin Əskişəhər şəhərində TANAP kəmərinin istifadəyə verilməsi münasibətilə təntənəli mərasim keçirilib. 2019-cu il noyabrın 30-da Türkiyənin Ədirnə vilayətinin İpsala qəsəbəsində TANAP-ın Avropa ilə birləşən hissəsinin rəsmi açılışı olub və bununla da onun tikintisi tamamlanıb. Azərbaycan təbii qazını Avropaya nəql edən TAP kəməri ilə 2020-ci il dekabrın 31-dən etibarən kommersiya təbii qazının nəqlinə başlanılıb. Beləliklə, Azərbaycanın zəngin qaz ehtiyatlarının Türkiyə və Avropa bazarlarına qısa və təhlükəsiz yolla, şaxələndirilmiş formada çatdırılmasına nail olunub.

Azərbaycanın təsdiqlənmiş qaz ehtiyatları 2,6 trilyon kubmetrdir. Proqnozlaşdırılan ehtiyatlar isə 3 trilyon kubmetr civarındadır. Yalnız “Ümid” yatağının potensialı 200 milyard kubmetrdən çoxdur. Bu isə qarşıdakı 100 ildə də Azərbaycanın karbohidrogen ehtiyatlarının etibarlı təchizatçısı kimi tanınmasına imkan verir. “Şahdəniz”, “Azəri-Çıraq-Günəşli” layihələrinin operatoru olan BP ilə icrasına başlanan “D 230” bloku və “Şəfəq- Asiman” qaz yatağının işlənilməsi üzərində işlər davam etdirilir. Beləliklə, Azərbaycanın enerji sahəsində məqsədyönlü fəaliyyəti onu regional enerji mərkəzinə və etibarlı tərəfdaşa çevirir. Prezident İlham Əliyev bu barədə bildirib: “Əlbəttə, enerji təhlükəsizliyi məsələləri bugünkü dünyada xüsusi əhəmiyyət daşıyır və hesab edirəm ki, dünya gündəliyinin ön sıralarındadır. Azərbaycanın zəngin neft-qaz resursları imkan verir ki, uzun illər bundan sonra - təbii qazla bağlı ən azı yüz il bundan sonra Avropa üçün etibarlı tərəfdaş olsun. Avropa Komissiyasının rəhbərliyi Azərbaycanı məhz belə də adlandırır: etibarlı tərəfdaş”.

Azərbaycan zəngin yaşıl enerji potensialı ilə Avropanın enerji təminatındakı rolunu daha da gücləndirir

Yaxın keçmişdə aşkarlanan böyük yaşıl enerji potensialı da Azərbaycanın bu baxımdan önəmini daha da artırır. Yaşıl enerji ilə bağlı olan və artıq icra olunan layihələr Azərbaycanı Avropa üçün daha da yaxın edəcək.

Bu istiqamətdə artıq ilk ciddi addımların atılmasına başlanılıb. 2022-ci il dekabrın 17-də Buxarestdə “Azərbaycan Respublikası, Gürcüstan, Rumıniya və Macarıstan Hökumətləri arasında yaşıl enerjinin inkişafı və ötürülməsi sahəsində strateji tərəfdaşlıq haqqında Saziş” imzalanıb. Sazişi Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, Rumıniyanın Baş naziri Nikolae Çuke, Gürcüstanın Baş naziri İrakli Qaribaşvili, Macarıstanın Baş naziri Viktor Orban imzalayıblar. İmzalanma mərasimində Rumıniya Prezidenti Klaus Yohannis və Avropa Komissiyasının Prezidenti xanım Ursula Fon der Lyayen iştirak ediblər. Bu sazişə əsasən, Azərbaycan yaşıl enerjisini Avropaya çatdıracaq.

Sazişə əsasən, elektrik enerjisi kabeli Qara dənizin dibi ilə çəkiləcək və bu, Azərbaycandan olan yaşıl enerjini Avropaya gətirəcək. Bu isə o deməkdir ki, Azərbaycan Avropa qitəsinin enerji təhlükəsizliyini daha dolğun və əhatəli şəkildə təmin edilməsində yaxından iştirak edəcək.

Azərbaycan Avropa İttifaqı ilə enerji dialoqunda yeni mövzular olan yaşıl enerji və yaşıl hidrogen böyük perspektivi olan sahədir və Azərbaycan iqtisadiyyatına çox böyük fayda gətirəcək. Xüsusi qeyd etmək lazımdır ki, Azərbaycan cəmi iki il əvvəl azad edilmiş ərazilərin də potensialından istifadə olunması istiqamətində ciddi addımlar atmağa başlayıb.

BP-nin azad olunmuş Cəbrayılda günəş enerji stansiyasına yatırım etmək qərarı yüksək dəyərləndirilir. 230 meqavatlıq günəş enerji stansiyası azad edilmiş ərazilərdə birinci olacaq. Zəngəzur dəhlizindən, eyni zamanda, elektrik enerjisi ötürüləcək. Məhz bu məqsədlə Cəbrayıl rayonunda böyük qəbuledici və çevirici stansiya tikilir. Yaşıl enerji zonası elan edilmiş Qarabağ və Şərqi Zəngəzurda günəş və külək enerjisinin minimal potensialı 9200 meqavat təşkil edir. Hidroenerji potensialı isə minimal olaraq 600 meqavatdır. Azad edilmiş ərazilərdə 30-dan artıq orta və kiçik həcmli su elektrik stansiyası tikiləcək, onların 5-i artıq istismara verilib.

Azərbaycanın bərpaolunan enerji potensialında Xəzər dənizi xüsusi yer tutur. Çünki Xəzər Şimal dənizindən sonra külək enerjisi potensialına görə ikinci yerdədir. Ehtimal ki, enerji şirkətləri BP kimi addım atacaq və nəhəng külək potensialına malik Kəlbəcərə, Laçına və bəlkə də ölkəmizin ən günəşli yeri olan Cəbrayıla nəzər salacaqlar.

Hazırda Azərbaycanda reallaşan investisiya layihələri (günəş, külək elektrik stansiyası) ölkəyə əlavə 700 meqavatdan çox təmiz yaşıl enerji verəcək. Bununla paralel olaraq, dünyanın iki aparıcı şirkəti ilə imzalanmış niyyət protokolları əsasında Azərbaycanda 22 min meqavata qədər günəş və külək elektrik stansiyalarının tikintisi nəzərdə tutulur. (Azərtac)

Banner
Banner
  • Azərbaycan
  • qaz
  • İxrac Etmək
  • Plan
  • Cənub Qaz Dəhlizi Məşvərət Şurası
  • SOCAR
Paylaş

Digər xəbərlər

Neftin qiyməti 2021-dən bəri ən aşağı həddə – YENİ QİYMƏT
Energetika 20 Mart 2023
Neftin qiyməti 2021-dən bəri ən aşağı həddə – YENİ QİYMƏT
Brent nefti 3% ucuzlaşdı - SON QİYMƏT
Energetika 18 Mart 2023
Brent nefti 3% ucuzlaşdı - SON QİYMƏT
Azərbaycan nefti bir həftədə 10 dollar ucuzlaşdı - YENİ QİYMƏT
Energetika 18 Mart 2023
Azərbaycan nefti bir həftədə 10 dollar ucuzlaşdı - YENİ QİYMƏT
“Bakı Teleqrafı” ASC İdarə heyətinin üzvləri və sədri seçiləcək - YIĞINCAQ
Energetika 18 Mart 2023
“Bakı Teleqrafı” ASC İdarə heyətinin üzvləri və sədri seçiləcək - YIĞINCAQ
Baş nazirdən qaz limiti təklifinə - CAVAB
Energetika 17 Mart 2023
Baş nazirdən qaz limiti təklifinə - CAVAB
SOCAR yaşıl strategiyaya baxılması üçün beynəlxalq konsaltinq şirkətlərini - CƏLB EDİB
Energetika 17 Mart 2023
SOCAR yaşıl strategiyaya baxılması üçün beynəlxalq konsaltinq şirkətlərini - CƏLB EDİB
"Masdar" Azərbaycanda aparacağı işlərlə bağlı planlarını - AÇIQLAYIB
Energetika 17 Mart 2023
"Masdar" Azərbaycanda aparacağı işlərlə bağlı planlarını - AÇIQLAYIB
SOCAR-ın prezidenti Gənc İstedadlar Proqramına (GİP) seçilmiş gənclərlə - GÖRÜŞ KEÇİRİB
Energetika 17 Mart 2023
SOCAR-ın prezidenti Gənc İstedadlar Proqramına (GİP) seçilmiş gənclərlə - GÖRÜŞ KEÇİRİB
Azərbaycanda gündəlik xam neft hasilatı - AÇIQLANIB
Energetika 17 Mart 2023
Azərbaycanda gündəlik xam neft hasilatı - AÇIQLANIB
Azərbaycanda elektrik enerjisinin istehsalı - 6% ARTIB
Energetika 17 Mart 2023
Azərbaycanda elektrik enerjisinin istehsalı - 6% ARTIB
Neft bahalaşıb - SON QİYMƏT
Energetika 17 Mart 2023
Neft bahalaşıb - SON QİYMƏT
Azərbaycanın 21 milyonluq şirkətinin - RƏHBƏRLİYİ DƏYİŞDİRİLİR
Energetika 17 Mart 2023
Azərbaycanın 21 milyonluq şirkətinin - RƏHBƏRLİYİ DƏYİŞDİRİLİR
Banner
Banner
Banner
Banner
Banner
Banner
Banner
Banner

XƏBƏR LENTİ

  • Azərbaycan şirkəti işçi axtarır - MAAŞ 2500-4000 MANAT- VAKANSİYA
    21:01 21 Mart 2023
  • "Reel Agency" işçilər axtarır - MAAŞ 1300-1500-2000 MANAT - VAKANSİYALAR
    20:59 21 Mart 2023
  • "OBA" market şəbəkəsi işçilər axtarır - VAKANSİYALAR
    20:54 21 Mart 2023
  • "FLY INN BAKU" işçi axtarır - MAAŞ 1200-1400 MANAT - VAKANSİYA
    20:50 21 Mart 2023
  • "Kontakt Home" işçi axtarır - VAKANSİYA
    20:33 21 Mart 2023
  • Azərbaycan şirkəti işçi axtarır - MAAŞ 1500-2500 MANAT- VAKANSİYA
    20:17 21 Mart 2023
  • "Azconstruction" QSC işçi axtarır - MAAŞ 1000-1200 MANAT - VAKANSİYA
    20:15 21 Mart 2023
  • "PASHA Holding" işçilər axtarır - VAKANSİYALAR
    20:10 21 Mart 2023
  • Azərbaycan qara kürünü 300 dollara alır, 1000 dollara satır – ÖLKƏLƏR, MƏBLƏĞLƏR
    20:03 21 Mart 2023
  • Müdafiə Nazirliyi "əsir xəbəri" barədə - AÇIQLAMA YAYDI
    19:26 21 Mart 2023
  • Gömrükdən gizli külli miqdarda qızıl gətirirdi - AŞKAR EDİBLƏR
    18:13 21 Mart 2023
  • 2023-cü il üzrə dünyanın - ən yaxşı biznes məktəbləri - 173 BUSINESS SCHOOL - TAM SİYAHI
    16:59 21 Mart 2023
  • Türkiyənin ən varlı iş adamları məlum oldu – 21 NƏFƏRLİK SİYAHI
    16:37 21 Mart 2023
  • Dünya pasportlarının reytinqi açıqlandı: Azərbaycanlilar 69 ölkəyə - VİZASİZ GEDƏ BİLƏR
    16:12 21 Mart 2023
  • The Economist: Dünyanın bank sistemini «təmir etmək» vaxtı çatıb
    13:31 21 Mart 2023
  • "Unibank" işçi axtarır - VAKANSİYA
    20:34 20 Mart 2023
  • "Express Bank" işçilər axtarır - VAKANSİYALAR
    20:32 20 Mart 2023
  • Azərbaycanın ən böyük bankı - ABB çoxsaylı işçilər axtarır - VAKANSİYALAR
    20:30 20 Mart 2023
  • "AccessBank" işçi axtarır - VAKANSİYA
    20:22 20 Mart 2023
  • Publik Hüquqi Şəxs işçi axtarır - MAAŞ 1500 MANAT - VAKANSİYA
    20:19 20 Mart 2023
  • "Bank Respublika" ASC işçi axtarır - VAKANSİYA
    20:16 20 Mart 2023
  • İki ölkə Putini həbs edəcəyini bildirdi – UKRAYNAYA GÖRƏ HƏBS ORDERİ İŞƏ DÜŞDÜ
    20:09 20 Mart 2023
  • Rusiyada Prezident Aparatının işçilərinə «iPhone» qadağan edildi – «YA TULLAMAQ, YA DA UŞAQLARA BAĞIŞLAMAQ»
    17:08 20 Mart 2023
  • Kriptovalyuta bazarına da «bahar gəlib» - QİYMƏTLƏR "UÇUR" – MƏBLƏĞLƏR
    13:49 20 Mart 2023
  • Neftin qiyməti 2021-dən bəri ən aşağı həddə – YENİ QİYMƏT
    13:32 20 Mart 2023
  • Sabah yağış yağacaq - HAVA PROQNOZU
    13:21 20 Mart 2023
  • Azərbaycan ərazisi ilə «Kaşaqan» neftinin - NƏQLİ BAŞLADI
    13:08 20 Mart 2023
  • Bank rəhbərlərinə qarşı cəzaları sərtləşdirməyi – TƏKLİF ETDİ
    12:31 20 Mart 2023
  • Təcili: AZAL endirimlərə başladı – 10 ŞƏHƏR, TARİXLƏR
    12:18 20 Mart 2023
  • İsveçrənin böhran içində olan nəhəng bankı – «SU QİYMƏTİNƏ» SATILDI - MƏBLƏĞ
    10:13 20 Mart 2023
  • Ermənistan Zəngilan istiqamətində atəşkəsi pozub - HƏRBÇİMİZ YARALANIB
    09:48 20 Mart 2023
  • İranda TIR-lardan rüşvət tələb edilir - SÜRÜCÜLƏR AKSİYA KEÇİRDİ
    23:40 19 Mart 2023
  • "Para" BOKT çoxsaylı işçilər axtarır - MAAŞ 400-700-1000-1500 MANAT - 35 VAKANSİYA
    21:09 19 Mart 2023
  • "Kontakt Home" işçi axtarır - VAKANSİYA
    21:05 19 Mart 2023
  • SOCAR-da yaradılan yeni qurum işçilər axtarır - VAKANSİYALAR
    20:56 19 Mart 2023
  • Azərbaycan şirkətləri işçilər axtarır - MAAŞ 1200-1500-2000-2500 MANAT- VAKANSİYALAR
    20:41 19 Mart 2023
  • Azərbaycan şirkəti işçi axtarır - MAAŞ 3300 MANAT- VAKANSİYA
    20:36 19 Mart 2023
  • Kür və Araz çaylarında suyu artırmaq üçün – TƏDBİRLƏR BAŞLADI – RƏSMİ AÇIQLAMA
    19:14 19 Mart 2023
  • Bakıda müştərilərin banka qoyduğu 316 min manat və 32 min dollar - DEPOZİT OĞURLANIB
    16:09 19 Mart 2023
  • Hava proqnozu açıqlandı - YAĞIŞ, QAR YAĞACAQ
    15:55 19 Mart 2023
  • Dəmir filizi mədənlərinin istismarı üzrə bir sıra - UĞURLAR ƏLDƏ EDİLİB
    19:36 18 Mart 2023
  • 913 min qazanan şəxs: "Yuxuda görmüşdüm ki, 900 min udmuşam, bir milyon deyildi deyə deyinirdim" - VİDEO
    16:59 18 Mart 2023
  • “Ermənistan bizim ərazi bütövlüyümüzü tanımasa - Biz də onların ərazi bütövlüyünü tanımayacağıq”
    16:53 18 Mart 2023
  • Prezident İlham Əliev Talış kəndindən - XALQA MÜRACİƏT ETDİ - TAM MƏTN
    15:50 18 Mart 2023
  • Türkiyədə zəlzələdə dağılan binaların cəmi - 5%-İ TİKİNTİ NORMALARINA UYĞUN TİKİLİBMİŞ
    15:33 18 Mart 2023
  • NEQSOL Holding “YAŞAT” Fonduna - 500 MİN MANAT AYIRDI
    15:29 18 Mart 2023
  • "Azad edilmiş Talış kəndindən Ermənistanın arxasında duran ölkələrə xəbərdarlıq edirəm"
    14:03 18 Mart 2023
  • İlk 40 turist Şuşaya - YOLA DÜŞÜB
    14:00 18 Mart 2023
  • Beynəlxalq Məhkəmənin həbs qərarından sonra Putin - BU ÖLKƏLƏRƏ SƏFƏR EDƏ BİLMƏYƏCƏK - SİYAHI
    13:55 18 Mart 2023
  • Damcılı suvarma sistemləri neçəyə başa gəlir? - VİDEO
    13:52 18 Mart 2023
  • Azərpoçt bayram günlərində də işləyir - QRAFİK
    13:49 18 Mart 2023
  • “OBA” Naxçıvanda... – FOTOLAR
    13:38 18 Mart 2023
  • Azərbaycana gələn xarici qonaqların və yerli turistlərin qeydiyyatı aparılacaq - HÖKUMƏTDƏN QƏRAR
    13:27 18 Mart 2023
  • Azərbaycandan xaricə ixracı - 6 DƏFƏ ARTIB
    13:17 18 Mart 2023
  • "TikTok" istifadəçilərə alqoritmi sıfırlamağa - İCAZƏ VERƏCƏK
    13:04 18 Mart 2023
  • Bakı aeroportunda sıxlıq, uçuşlar gecikdi - AÇIQLAMA - VİDEO
    12:57 18 Mart 2023
  • Bayram gününün - HAVA PROQNOZU
    12:54 18 Mart 2023
  • “ƏDV geri al” layihəsi çərçivəsində vətəndaşlara - 400 Milyon Manat Qaytarılıb
    12:48 18 Mart 2023
  • Bakı-Ağstafa-Bakı marşrutu üzrə ilk sürətli sərnişin qatarı yola düşdü - FOTOLAR
    12:44 18 Mart 2023
  • İlham Əliyev Talış kəndinin Baş planı ilə - TANIŞ OLUB
    12:35 18 Mart 2023
Bütün xəbərlər

SOSİAL MEDİA

logo-modal
Fed.az

Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin 24.11.2022-ci il tarixli Media Reyestri Şəhadətnaməsi əsasında dövlət qeydiyyatına alınmışdır

  • Son Xəbərlər
  • Maliyyə
  • Biznes
  • İqtisadiyyat
  • Sosial
  • Maraqlı
  • Regionlar
  • Əmlak
  • Digər
  • Əlaqə
  • Arxiv
  • Haqqımızda
  • 070 241-00-10
  • [email protected]
  • Bakı şəhəri, Mir Cəlal küçəsi 3

© 2016 - 2023 FED.az | Xəbərlərdən istifadə edərkən istinad mütləqdir!