Ötən gün keçirilən hərracların bağlanışında Avropada qazın 1 000 kubmetrinin qiyməti 350 ABŞ dollarını ötüb.
FED.az xəbər verir ki, 8 avqust tarixində sentyabr fyuçerslərinin qiyməti TTF (Niderlandın "Title Transfer Facility"i - Avropanın ən likvid virtual satış mərkəzi) indeksi üzrə 351,6 dollar təşkil edib, bu da öncəki hesablama qiyməti (346,8 dollar) ilə müqayisədə 1,4% çoxdur.