ABŞ və İsrailin İrana qarşı həyata keçirdiyi hərbi əməliyyat fonunda bu gün keçirilən hərraclar zamanı Avropada qazın 1 000 kubmetrinin qiyməti 465 ABŞ dollarını ötüb.
FED.az biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, 2 mart tarixində TTF (Niderlandın "Title Transfer Facility"i Avropanın ən likvid virtual satış mərkəzi) indeksi üzrə aprel fyuçerslərinin qiyməti 465,4 dollar təşkil edib, bu da öncəki hesablama qiyməti (390,1 dollar) ilə müqayisədə 19,3% çoxdur.











