Ötən gün keçirilən hərracların bağlanışında Avropada qazın 1 000 kubmetrinin qiyməti 520 ABŞ dollarını öötüb.
FED.az xəbər verir ki, 23 noyabr tarixində dekabr fyuçerslərinin qiyməti TTF (Niderlandın "Title Transfer Facility"i Avropanın ən likvid virtual satış mərkəzi) indeksi 524,4 dollar təşkil edib, bu da öncəki hesablama qiyməti (502,5 dollar) ilə müqayisədə 4,4% çoxdur.