2020-ci ildən etibarən dünya iqtisadiyyatı sürətli «enerji transformasiyası» dövrünə qədəm qoyub. Bu o deməklir ki, indi ayrı-ayrı enerji növlərinə tələbat daşa sürətlə dəyişməyə başlayıb. Enerji ixrac edən ölkələr, o cümlədən Azərbaycan bu prosesə hazır olmalıdır.
FED.az xəbər verir ki, bu barədə araşdırmaçı ekspert Rövşən Ağayev bildirib. Ekspert yazır:
"Dünyada təbii qaz ticarətində qiymət azalması ilə müşayiət olunan gərginlik davam edir.
Birja məlumatlarına görə, Avropanın təbii qaz ticarətinin əsas qovşağı olan Niderlandın "Title Transfer Facility" adlanan virtual ticarət məkanında qısamüddətli müqavilələr üçün hər 1000 kubmetr qazın qiyməti 6.7%-dək enərək 95-100 dollar arasında dəyişir.
Xəbərlərdə deyilir ki, bu 2005-ci ildən sonra fevral ayı üzrə qeydə alınan ən aşağı qiymət səviyyəsidir. Eyni zamanda qışın ortasında qazın qiymətinin azalması ilk hadisədir.
Qiymət enişdində müxtəlif amillərin rolu vurğulanır. Məsələn, qışın isti keşməsi, "Türk axını" layihəsinin işə düşməsi və s.
Amma son zamanlar dünyada sıxılmış qaz ixracının kəskin şəkildə artması, bu bazarda qlobal rəqbətin geniş miqyası da qazın qiymətinin azalmasında ciddi rol oynayır.
Enerji ekspertləri hesab edir ki, artıq dünya 2020-ci ildən tam gücü ilə "enerji transformasiyası" dövrünə qədəm qoyub. Bu mərhələ əvvəlki zaman intervallarına nisbətən ənənəvi enerji növlərinə tələbatın daha sürətlə azalması, bərpa olunan enerji istehlakının payının daha sürətlə artması ilə xarakterizə edilir.
Yeri gəlmişkən, BVF-nin 4 gün əvvəl "Neftin gələcəyi" adlı hesabatında da bu məqama vurgu var.
Təsəvvür edin ki, 2013-2019-cu illərdə - yəni 6 il ərzində dünyada xam neftə gündəlik tələbat 90 mln. barreldən 100 mln. barrelə yüksəlib. Bu, 6 ildə tələbatın ümulikdə 11.1%, orta illik isə 2.2% artımı deməkdir. BVF isə qeyd edir ki, 2020-2041-ci ilərdə, yəni 21 il də tələbat ən optimist ssenari ilə cəmi 15 mln. barrel, orta illik isə maksimum 0.5% artacaq. Pessimist ssenaridə isə təlbatın artımı daha erkən başa çata bilər.
Qlobal iqtisadiyyatda dayanıqsızlığı artıran risklərin və qlobal enerji sistemində cərəyan edən proseslərin müzakirəsi artıq bizim gündəliyimizin ən yuxarısında dayanmalıdır".