21 iyul 2019 17:06

Səudiyyədə ABŞ qoşunları yerləşəcək - KRAL İCAZƏ VERDİ

Səudiyyə Ərəbistanının kralı Salman ibn Əbdül-Əziz ölkədə ABŞ hərbi kontingentinin yerləşməsinə icazə verib.

FED.az Apa-ya istinadən xəbər verir ki, bu barədə "Anadolu" agentliyi məlumat yayıb.

Məlumatda bildirilir ki, bu qərar regionda təhlükəsizlik və stabilliyin möhkəmlənməsi və dəstəklənməsinə çalışan iki ölkənin əməkdaşlığı çərçivəsində qəbul edilib. Ancaq qərarda Səudiyyə Ərəbistanında hansı sayda ABŞ hərbi kontingentinin yerləşdiriləcəyi açıqlanmayıb.

Paylaş

Şərhlər

Şərh yoxdur

Cavab yaz