Milli Hidrometeorologiya Xidmətinin yanvarın 18-i saat 17:00-a olan məlumatına əsasən ölkə ərazisində yağıntılı hava şəraiti davam edir, bəzi yerlərdə sulu qar, qar yağır.
FED.az biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.
Bakıda və Abşeron yarımadasında, eyni zamanda Bərdə, Tərtər, Mingəçevir, Göyçay, Yevlax, Zərdab, İmişli, Kürdəmir, Sabirabad, Neftçala, Biləsuvar, Beyləqan, Hacıqabul, Yardımlı, Lənkəran və Ağdamda yağış, Kəlbəcər, Laçın, Qubadlı, Şuşa, Xankəndi, Xocalı, Füzuli, Gəncə, Şəmkir, Tovuz, Ağstafa, Balakən, Qax, Zaqatala, Şəki, Oğuz, Qəbələ, Şamaxı, Qobustan, Xızı, Quba, Qusar, Xaltan, Şabran, Lerikdə isə qar yağır.
Daşkəsən, Qax, Şəki, Zaqatala, Şamaxı, Qusar, Qubada duman müşahidə olunur, görünüş məsafəsi 500 metrədək məhdudlaşır.
Xatırladaq ki, bu gün saat 11:00-a olan məlumata əsasən ölkə ərazisinin əksər yerlərində yağıntılı hava şəraiti müşahidə olunurdu. Dağlıq və dağətəyi rayonlara qar yağırdı.
Qarın hündürlüyü Şahbuzda 40, Sarıbaşda (Qax) 27, Qubada 16, Kişçayda (Şəki) 15, Kəlbəcər və Qusarda 11, Şamaxıda 10, Laçın və Qubadlıda 9, Xızı və Şahdağda 8, Şuşada 5, Qobustanda 3, Qəbələ, Ceyrançöl, Gədəbəy, Xankəndi və Tovuzda 2, Gəncə, Şəmkir və Şabranda 1 sm-dir.
Yağıntının miqdarı Bakıda və Abşeron yarımadasında 11, Sabirabadda 6, Kürdəmirdə 4, Lerik və Ağdamda 3, Zərdab, Yevlax, Neftçala, Xaçmaz, Xaltan, Mingəçevir, Biləsuvarda 2, Göyçay, Cəlilabad, İmişli, Beyləqan, Tərtər, Naftalan, İsmayıllı, Bərdə, Balakən, Xocalı, Füzuli, Cəbrayıl, Yardımlı, Goranboyda 1 mm-dir.
Daşkəsən, Gədəbəy, Göygöl, Qax, Şəmkir, Qobustan, Zaqatala, Quba, Xaltan, Qusar, Lerikdə duman müşahidə olunur, görünüş məsafəsi 200 metrədək məhdudlaşır.
Havanın minimal temperaturu Bakıda və Abşeron yarımadasında 3, Aran rayonlarında 2 dərəcəyədək isti, Naxçıvan MR-da 11, dağlıq rayonlarda 9, yüksək dağlıq ərazilərdə 12 dərəcəyədək şaxta qeydə alınıb.









