Sentyabrın 8-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin buludlu olacağı, arabir yağış yağacağı, səhər tədricən kəsiləcəyi, gündüz əsasən yağmursuz keçəcəyi gözlənilir. Güclü şimal-qərb küləyi əsəcək, gündüz mülayimləşəcək.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən FED.az-a verilən məlumata görə, havanın temperaturunun Abşeron yarımadasında gecə 20-24, gündüz 25-28, Bakıda gecə 21-23, gündüz 25-27 dərəcə isti olacağı gözlənilir. Atmosfer təzyiqi 761 mm civə sütunundan 765 mm civə sütununa yüksələcək, nisbi rütubət gecə 80-90, gündüz 50-55 faiz təşkil edəcək.
Azərbaycanın rayonlarında isə sabah hava şəraitinin gündüz əsasən yağmursuz keçəcəyi, bəzi yerlərdə şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir, ayrı-ayrı şimal və şərq rayonlarında intensiv olacağı ehtimalı var. Qərq küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək.
Havanın temperaturunun gecə 19-24, gündüz 28-33, dağlarda gecə 10-15, gündüz 20-25 dərəcə isti olacağı gözlənilir.
Sabaha olan HAVA MƏLUMATI
12:59
7 Sen 2017