Aprelin 27-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Şimal-qərb küləyi əsəcək, gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən FED.az-a verilən məlumata görə, havanın temperaturunun Abşeron yarımadasında gecə 6-9, gündüz 15-20, Bakıda gecə 6-8, gündüz 17-19 dərəcə isti olacağı gözlənilir.
Atmosfer təzyiqi normadan yüksək 770 mm civə sütunu, nisbi rütubət gecə 65-75, gündüz 50-60 faiz təşkil edəcək.
Azərbaycanın rayonlarında isə sabah hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Gecə və səhər ayrı-ayrı yerlərdə duman olacaq. Şərq küləyi əsəcək.
Havanın temperaturunun gecə 6-11, gündüz 17-22 dərəcə isti, dağlarda gecə 2 dərəcə şaxtadan 3 dərəcəyədək isti, gündüz 8-13 dərəcə isti olacağı gözlənilir.
Sabaha olan HAVA MƏLUMATI
12:23
26 Aprel 2017