Azərbaycanda keçiriləcək COP29-un mövzusu iqlim maliyyələşdirilməsidir.
Dayanıqlı inkişafın əsas məqsədi olaraq biz çalışmalıyıq ki, bizim əlimizdə olan bütün resursları gələcək nəsillərə olduğu səviyyədə çatdıraq.
FED.az xəbər verir ki, bunu bunu Dayanıqlı inkişaf: çağırışlar və həllər" mövzusunda keçirilən tədbirdə Milli Məclisin deputatı, COP29-un İqlim üzrə Yüksək Səviyyəli Çempionu Nigar Arpadarai deyib.
O bildirib ki, qlobal səviyyədə artıq bizim resurslarımız tükənir, bütün bizim ekoloji sərvətimiz sonsuz deyil və biz bu resursların tükənməsini ildən-ilə daha çox görürük. Urbanizasiyanın artması, istehlakın və istehsalın effektiv olmaması, dünyada bərabərsizliyin daha da artmasına gətirib çıxarır.
Biz indi müharibələr, pandemiya, fəlakətlər gördük və bərabərsizliyin dahada kəskinləşdiyini dövrünü gördük. Buna görə düşünürəm ki, daha kəskin addımlar atmaq lazımdır. Ölkəmizdə BMT-nin Azərbaycanda Dayanıqlı İnkişaf Məqsədlərinə dəstək çərçivəsində ölkəmizdə dayanıqlı inkişafın iqtisadi, sosial və ekoloji aspektlərini əhatə edən 17 DİM-i, 88 hədəfi və 119 göstəricini prioritetləşdirib.
Onun səzlərinə görə, yaşıl iqtisadiyyata keçid bahalı prosesdir. Buna baxmayaraq ölkəmizdə bu proses artıq uzun illərdir ki, başlayıb. Hazırda da sürətlə inkişaf etməyə davam edir. Yaşıl iqtisadiyyata keçid gələcək dayanıqlı iqtisadiyyatın arxasındadır.
Yaşıl iqtisadiyyata keçid üçün trilyonlarla pul laızmdır və bu maliyyə hardan gələcək?
"Biz özümüz Xəzər dənizinin səviyyəsinin aşağı düşdüyünü görürük. Eyni zamanda da dünyada da fəlakətlər baş verir. Dayanıqlıq mövzusu çox ciddi bir reallıqdır. 20-ci əsrin sonunda böyük şirkətlərin əsas məqsədi mənfəət qazanmaq idi, amma indi hər şey dəyişir" -deyə Nigar Arpadarai əlavə edib.