Afrikanın iki böyük ölkəsi Misir və Efiopiya arasında suya görə münaqişə yaranıb.
Azərbaycanda 8 rayonda 10 su anbarı tikilir – SİYAHI, RAYONLAR, SU HƏCMLƏRİ
FED.az xəbər verir ki, problemə səbəb Efiopiyanın Nil çayı üzərində inşaetdiyi böyük su elektrik stansiyası və buna görə böyük su anbarı yaradılmasıdır. su anbarı 74 kub kilometr su tutur ki, bu da Nil çayının il yarımlıq suyu qədərdir.
Buna görə də Nil çaynıdan ən çox bəhrələnən Misir Efiopiyanın planlarına etiraz edir. Əslində bir neçə il bundan əvvəl başlayan münaqişə son günlər daha da kəskinləşib. Çünki artıq su anbarının doldurulmasınnı 3-cü mərhələsi başlayıb.
Rəsmi Əddis-Əbəbənin bəndin Nil çayının suyu ilə doldurulmasına dair bəyanatı Misirin böyük narahatlığına səbəb olub. Belə ki, həmin bəndə axıdılan su ehtiyatları çayın Mavi Nil adlanan qolundan gəlir və bu mənbə Misirin su ehtiyatlarının 85 faizini təmin edir.
Təsadüfi deyil ki, Rəsmi Qahirə bununla bağlı dəfələrlə xəbərdarlıq edib, hətta sözügedən problemin Şimali Afrika regionunda yeni münaqişə ocağı yarada biləcəyini bildirib. Misirin xarici işlər naziri Sami Şükrü yerli televiziya kanalına müsahibəsində onun ölkəsinin su ehtiyatları ilə bağlı maraqlarına zərər verilməsinin beynəlxalq və regional gərginliyə səbəb olacağını açıqlayıb.
İki ölkə arasındakı danışıqlara ABŞ-ın dəstəyi də nəticə verməyib. Qərbin də vasitəçilik etdiyi uzunmüddətli danışıqlara rəğmən Böyük Efiopiya Renessans Bəndi ətrafında yekun razılaşma əldə olunmayıb.
Ümumiyyətlə Nil çay üzərində elektrik stansiyası və bənd yaratmaq planları Misirlə yanaşı, sudanı da narahat edib. Bu iki ölkə narahatdır ki, bənd və Nilin suyunun su anbarına doldurulması ölkələrin su təminatına, o cümədən əkin sahələrinin suvarılmasına mane ola bilər.
Qey dedək ki, ümumilikdə Nil çayı Misirdəki bütün irriqasiya ehtiyaclarının və enerji istehsalının 90%-ni ödəyir.
Su anbarı elə böyükdür ki, onun doldurulması 7 illir ki davam edir. Bu ilin avqustunda isə prosesin 3-cü mərhələsi başlayır.
Hələ 2020-ciildə başlanan danışıqlarda Misir təkid etmişdi ki, anbarın su ilə doldurulması prosesi onunla razılaşdırılsın, və məsələni BMT-nin müzakirəsinə çıxarmışdı. Öz növbəsində Efiopiya bu layihənin onun üçün əhəmiyyətli olduğunu bildirir. Bu ölkə Nil çayı üzərində inşa etdiyi stansiya ilə ildə 16 min Qiqavatt enerji hasil etmək və əhalisniin 44%-nin enerjiyə olan tələbatını ödəmək niyyətindədir.