2020-2025-ci illər ərzində ekoloji cinayətlərlə bağlı Baş Prokurorluğun Cinayət təqibindən kənar icraatlar idarəsi tərəfindən 602 cinayət işi başlanıb.
FED.az xəbər verir ki, bu barədə Baş Prokurorluğun Cinayət təqibindən kənar icraatlar idarəsinin rəisi Elnur Musayev GlobE Şəbəkəsinin 6-cı Plenar İclasında çıxışı zamanı deyib.
O bildirilib ki, cinayət işləri ilə bağlı 16 milyon manata yaxın vurulmuş ziyanın ödənilib:
"229 inzibati xəta haqqında iş üzrə icraat başlanılıb, qanun pozuntularını doğuran səbəb və şəraitin aradan qaldırılması məqsədilə 160 təqdimat verilib. Qanun pozuntularından çəkindirmək məqsədilə 55 rəsmi xəbərdarlıq verildiyi bildirilib". (Report)