Havaya normadan artıq tullantı atan ictimai-iaşə obyektləri cərimələnib.
Bu barədə FED.az-a Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat katibi İradə İbrahimova bildirib.
Onun sözlərinə görə, Bakı şəhərində fəaliyyət göstərən ictimai-iaşə obyektlərində 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi və Ətraf Mühitin Çirklənməsinin Monitorinq Qrupunun əməkdaşları tərəfindən son bir həftə ərzində keçirilən monitorinqlər zamanı “Fidan” şadlıq sarayından, “Rahib”, “Sehirli Təndir”, “Qaynana” və “Kükü” restoranlarından havaya normadan artıq tullantı atıldığı müəyyən edilib.
Faktlarla bağlı sözügedən obyektlərin məsul şəxsləri barəsində protokol tərtib edilərək hər birinin 2500 manat məbləğində cərimə olunması ilə bağlı qanunamüvafiq tədbirlər görülür.