Təsərrüfatlar məhv olub... Evlərin dam örtükləri dağılıb...
FED.az xəbər verir ki, ötən gün Tovuz rayonuna diametri 18-20 mm olan dolu yağıb. Daha çox rayonun dağlıq və ucqar dağ kəndlərinə düşən dolu fəsadlara səbəb olub.
Daha çox dolu rayonun Çeşməli, Məşədivəlilər, Mollalar, Əsrik-Cırdaxan, Köhnə qala, Qəribli və Yanıqlı kəndlərinə düşüb. Doludan sonra yağan güclü yağışla müşayət olunan qeyri-sabit hava şəraiti davam edib.
Qərb bölgəsində Tovuzla bərabər Şəmkir və Gədəbəy rayonalarına da diametdi 20 mm olan dolu düşüb. Hazırda bölgədə qeyri-sabit hava şəraiti davam edir.