Ölkə ərazisində yağıntılı hava şəraiti müşahidə edilir.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən FED.az-a verilən məlumata görə, düşən yağıntının miqdarı Bakıda və Abşeron yarımadasında 28 millimetrədək (aylıq normanın 50-115 faizi), Ağdamda 10, Füzuli, Qusarda 5, Şuşa, Altıağacda 4, Xaçmaz, Xaltan, Şəki, Naxçıvan, Şəmkir, Qax, Oğuz, Qobustan, İmişli, Sabirabad, Şabran, Kəlbəcər, Zəngilan, Cəfərxanda 3 millimetrədək olub.
Dağlıq ərazilərə qar yağıb, yağan qarın hündürlüyü Şahbuzda 20, Əlibəydə (Zaqatala) 18, Qrızda 17, Şahdağda 12, Altıağacda 10, Xınalıqda 9, Ləzə, Xaltanda 5, Gədəbəydə 2 santimetr olub.
Sarı xəbərdarlığa uyğun olaraq ölkənin bəzi ərazilərində şimal-qərb küləyi əsib, küləyin sürəti arabir Bakıda və Abşeron yarımadasında saniyədə 16, Daşkəsəndə 20, Qobustan, Mingəçevirdə 18, Lerikdə 16 metrədək güclənib. “Neft daşları” Stansiyasının məlumatına əsasən, Xəzər dənizində dalğanın hündürlüyü 3 metrə çatıb.
Sumqayıt, Quba, Qrız, Şəki, Altıağac, Lerikdə duman müşahidə olunub. Dumanda görmə məsafəsi 200 metrədək məhdudlaşıb.
Havanın minimal temperaturu Bakıda və Abşeron yarımadasında 7°, Aran rayonlarında 5°-dək isti, Naxçıvan Muxtar Respublikasında 6°, dağlıq rayonlarda 2°, yüksək dağlıq ərazilərdə isə 9°-dək şaxta qeydə alınıb.