Yaponiyada getdikcə yaşlanan əhali əmək bazarında böyük bir boşluğun yaranmasına səbəb olub. Hazırda xarici işçilərə tətbiq edilən maneələri aradan qaldırmaq istiqamətində addımlar atılır.
FED.az xəbər verir ki, paytaxt Tokio da daxil olmaqla 10 il əvvəl Yaponiyada xaricilərə rast gəlmək olmazdı. Lakin artıq bu vəziyyətin dəyişdiyini görürük. Yaponiya sürətlə beynəlxalq mərkəzə çevrilir.
Bunda demoqrafik dəyişikliyin təsiri də böyükdür. Yaponiyanın əhalisi sürətlə yaşlanır və azalır. Bundan başqa xarici turzim inkişaf edir.
2020-ci ildə Tokio Yay Olimpiadasına hazırılıqlar da sürətlə davam edir. Beləliklə də ölkənin əmək bazarında yaranmış boşluğu doldurmaq üçün işçiyə ehtiyac var.
Yaponiya on illərdir əhali azalması probleminin fərqindədir. Ancaq hökumət bu istiqamətdə köklü addımlar atmaqdan çəkinir.
Baş nazir Shinzo Abe ölkəyə az maaşlı xarici işçi axınını artırmaq istəyir. Lakin 2025-ci ilə qədər yüz minlərlə mavi yaxalı işçi almağı nəzərdə tutan təklif, ənənəvi olaraq, miqrasiyaya müsbət yanaşmayan ölkədə mübahisəyə səbəb olub.
Təklif dekabr ayında parlamentdə qəbul edilib. Beləliklə, aprel ayından başlayaraq növbəti 5 il ərzində 300 min xarici işçi işə qəbul olacaq. Bu, gələcəkdə ölkədə böyük dəyişikliklərə səbəb olacaq addım kimi qəbul edilir.
Eləcə də bax: Nəyə görə Rusiya dollardan qurtula bilməyəcək?
Yaşlı əhali ilə yanaşı, mühacirlərin də sayı artır
Tokio universitetlərindən birində müəllim işləyən Bhupal Shresta 15 ildir ki, Yaponiyada yaşayır. Ancaq "daimi yaşamaq" icazəsini almaq onun üçün heç də asan olmayıb. Shresta, bu ölkədə yaşamaq üçün ev tapmaq, iş qurmaq, bank hesabı açdırmaq və digər məsələlərdə ayrı-seçkiliyə məruz qaldığını söyləyir.
Bundan başqa, mühacirlərin onlara təsir edən hökumət siyasəti mövzusunda çox da söz sahibi olmadığını vurğulayır. Bu gün Yaponiyadakı əmək miqrantlarının sayı 1.28 milyondur. 2008-ci ildə bu rəqəm 480 min idi.
Lakin ümumilikdə mühacirlərin əhaliyə nisbəti yüzdə bir faiz səviyyəsindədir. Bu nisbət Britaniyada 5, ABŞ-da isə yüzdə on yeddi faizdir. Xarici işçilərin yüzdə otuz faizi çinli, digərləri isə vyetnam, fillippinli və braziliyalılardır.
Əmək miqranlarının sayının aşağı olmasının səbəbi yaponların adalar ölkəsi kimi mühacirliyə müsbət baxmamasıdır.
1800-cü illərin ortalarına qədər ölkəyə giriş-çıxışlar ölümlə cəzalandırıla bilərdi. İndi isəYaponiya özünü güclü bir mədəni şəxsiyyətə sahib hegemon bir ölkə olaraq görür.
Mühacirlərə qarşı olmağın arxasında iş itirmək, mədəni həyatın pozulması və cinayət nisbətinin artması kimi qayğılar dayanır. Lakin ən böyük narahatlıq qaynağı ölkədə yaponların azalmasıdır.
Eləcə də bax: “Facebook”un ofisində bəzi məsələlərdən danışmaq - QADAĞAN EDİLİB
Əhali azalır
2010-2015-ci illərdə əhali təxminən bir milyon azalıb. Ötən il bu rəqəm 227 min olub. 65 yaşdan yuxarı əhali yüzdə 27 faizlə rekord səviyyədədir. Bu nisbətin 2050-ci ildə 40 faizə çatacağı gözlənir.
Mövcud iş yerlərinin əmək qabiliyyətli əhaliyə nisbəti də gedərək artır. May ayında hər 100 işçi üçün 160 iş yeri olub. Yəni, bu gün yaşlı yaponların işləyə bilməyəcəyi, gənclərinsə işləmək istəmədiyi çoxlu sayda iş yeri var.
Baş nazir Abe-nin planlarını bir çox iş adamı və siyasətçilər dəstəkləsə də xaricilərlə birlikdə yaşamaq və işləmək təcrübəsinin az olması səbəbiylə bir çox yapon buna şübhə ilə yanaşır, bunu yapon cəmiyyətini dəyişdirəcək bir addım kimi proqnozlaşdırırlar.
İşçiyə ehtiyac olan sahələr
Ölkədə ən böyük işçi ehtiyacı inşaat, kənd təsərrüfatı və gəmiqayırma sahələrindədir.
Turizm inkişaf etdiyi üçün otel, pərakəndə satış kimi sahələrdə də xüsusilə, ingilis və digər dillərdə danışan insanlara ehtiyac artır. Yaşlı və təqaüdçülərin qayğısına qalacaq əmək qüvvəsinə də ehtiyac var.
Bu günə kimi Yaponiya xarici işçi ehtiyacını "texniki təcrübə - təlim proqramı" adı altında gənc əmək miqrantlarını və tələbələri az maaşla 3-5 il müvəqqəti işlətməklə qarşılamağa çalışıb.
Lakin mətbuatda yer alan bir çox mənfi nümunələr səbəbiylə bu proqram "gizli köləlik" hesab olunaraq tənqidlərə məruz qalıb.
Abe-nin planı isə ixtisası olmayan işçilərə 5 illik işləmək icazəsi verilməsini, ixtisası olan işçilərə isə yeniləmə viza tətbiq edilməsini və onlara ailələrini də ölkəyə gətirməyə icazə verilməsini nəzərdə tutur.
Yeni viza sisteminin apreldə tətbiq olunması planlaşdırılır.
Eləcə də bax: Daha bir ölkə benzin və dizel maşınlardan - İMTİNA EDİR
Əmək miqrantları narahatlığı
Lakin xarici işçilərin ölkəyə yerləşməsi, ehtiyac olan kənd təsərrüfatı ərazilərində deyil, böyük şəhərlərdə çoxalması, Yaponiyanın dil və mədəniyyətinə uyğunlaşmaq kimi bir çox narahatlıqları dilə gətirir.
Bundan başqa yapon cəmiyyətinin bu işçilərin həddən artıq istismarının qarşısını ala biləcək vasitələrinin olmadığını söyləyənlər də var.
Bəziləri də yapon cəmiyyətinin mexanizmini təmin edən "havayı oxuma" konsepsiyasını, gündəlik həyatda keçərli olan və danışmadan başa düşməyi təmin edən "telepatiya qavrayışının" əcnəbilərin başa düşərək tətbiq etməsinin çətin olduğunu söyləyir.
15 ildir bu ölkədə yaşayan Nepal əsilli Shrestha, Yaponiyada yaşamaq istəyən xaricilərin özlərini nələrin gözlədiyindən xəbərdar olmalarının vacibliyini söyləyir.
O, burada "ağır işlərdə işləməyi və qaydalara riayət edildiyini" xatırladır.
"Bura Yaponiya mədəniyyəti və gündəlik həyatla bağlı bir az məlumat sahibi olaraq gəlmək lazımdır", Shrestha deyir.