Tovuz Rayon İcra Hakimiyyətinin (RİH) başçısının müavini Niftalı Qasımov vəzifəsindən azad olunub.
FED.AZ xəbər verir ki, bununla bağlı icra başçısı Məmməd Məmmədov müvafiq əmr imzalayıb.
Əldə olunan məlumata əsasən, N.Qasımov son iki ili Tovuz Rayon İcra Hakimiyyətinin sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri vəzifəsində xidməti müqavilə əsasında işləyib. Əmək pensiyası yaşına çatması ilə bağlı N.Qasımovun əmək müqaviləsinə iki il əvvəl xitam verildiyi bildirilir.
Qeyd edək ki, N.Qasımov bu vəzifəyə 2007–2018-ci illərdə Tovuzun icra başçısı işləmiş mərhum Tofiq Zeynalovun dövründə təyin olunmuşdu. Uzun illərdir icra başçısının müavini – sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri vəzifəsində çalışıb. Əvvəllər isə Tovuz rayon fövqəladə hallar komissiyasının sədri işləyib.



![Tovuz Rayon İcra Hakimiyyətinin başçısının müavini vəzifəsindən - [red]AZAD OLUNUB[/red] | FED.az](upload/news/small/1835285.png)
![Tovuz Rayon İcra Hakimiyyətinin başçısının müavini vəzifəsindən - [red]AZAD OLUNUB[/red] | FED.az](upload/news/small/469724.jpg)







