Tahir Mirkişili Famil oğlu — 7 iyun 1977-ci ildə Qubadlı rayonunda anadan olib. Milli Məclisinin VI çağırış deputatır. 42 saylı Sumqayıt 2-ci seçki dairəsindən Yeni Azərbaycan Partiyasının (YAP) namizədi olaraq Milli Məclisə seçilib.
Eləcə də bax: Milli Məclisin komitə sədrləri məlum olur - SİYAHI
2020-ci il martın 10-da Milli Məclisin ilk toplantısında, Tahir Mirkişiliyə İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinə sədrilik etmək tapşırılıb.
FED.az yeni itisadiyyat komitəsi sədrinin tərcümeyihalını təqdim edir:
"İqtisadi Siyasət, Sənaye və Sahibkarlıq" və "Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr" komitələrini üzvüdür. ATƏT Parlament Assambleyasında Azərbaycan nümayəndə heyətinin üzvü və heyət rəhbərinin müavini, "AVRONEST" Parlament Assambleyasında Azərbaycan nümayəndə heyətinin üzvü və Enerji Təhlükəsizliyi komitəsinin sədr müavini, eləcə də Türkiyə, Almaniya, Avstriya, Belarus, Birləşmiş Ərəb Əmirlikləri, Böyük Britaniya, Cibuti, İndoneziya, İspaniya, İsveçrə, Kanada, Litva parlamentləri və Azərbaycan Milli Məclisi arasında yaradılan dostluq qruplarının üzvü.
Tahir Mirkişili 1994-cü ildə Bakı şəhəri 1 saylı fizika-riyaziyyat və informatika təmayüllü litseyi bitirib. Riyaziyyat fənni üzrə Azərbaycan yığma komandasının üzvü kimi beynəlxalq olimpiadalarda iştirak edib. 1994-cü ildə Azərbaycan Dövlət İqtisad Universitetinin Beynəlxalq İqtisadi Münasibətlər fakültəsinə daxil olmuş və 1998-ci ildə həmin fakültəni fərqlənmə diplomu ilə bitirmişdir.
1997-ci ildə Azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən keçirilən ali təhsil müəssisə tələbləri arasındakı Ümumrespublika İqtisadiyyat Olimpiadasında 1-ci yeri tutmuşdur.
2000-ci ildə Azərbaycan Dövlət İqtisad Universitetində beynəlxalq iqtisadiyyat üzrə magistr dərəcəsi alıb. 2004-2008-ci illərdə müxtəlif ölkələrdə İKT İqtisadiyyatının idarəedilməsi üxrə ixtisaslaşmış proqramlar bitiribdir.
2006-cı ildə "Azərbaycan Respublikasının xarici ticarət siyasəti və onun təkmilləşdirilməsi yolları" mövzusunda namizədlik dissertasiyasını uğurla müdafiə edərək, İqtisad elmləri üzrə fəlsəfə doktoru (Phd) alimlik dərəcəsi almışdı.
2016-cı ildə Oksford (Böyük Britaniya) Universitetinin “Beynəlxalq İqtisadiyyat və Beynəlxalq Siyasət” ixtisası üzrə xüsusi proqramını bitirmişdir.
İngilis, rus, türk və alman dillərini bilir. Ailəlidir, 2 övladı var.
Fəaliyyətləri
1 kitabın və 10-dan çox elmi məqalənin müəllifidir. Yerli və xarici mətbuatda İqtisadiyyat və İnformasiya Kommunikasiya Texnologiyaları ilə bağlı 100-ə yaxın analitik məqaləsi dərc edilmişdir. Elektron Hökumət quruculuğu üzrə bir sıra uğurlu layihələrin hazırlanmasında və həyata keçirilməsində yaxından iştirak etmişdir (Elektron İmza, Elektron Təhsil, Elektron Kitabxana, Səyyar ASAN xidmət, Eurovision portalı, Elektron İdarəetmə Sistemləri, Kibertəhlükəsizlik və sairə bu kimi layihələr).
1998-ci ildə Azərbaycan Resublikası Xarici İqtisadi Əlaqələr Nazirlyində Ümumdünya Ticarət Təşkilatı üzrə mütəxəssis, 2000-2006 – cı illərdə Azərbaycan Dövlət İqtisad Universitetində “Dünya İqtisadiyyatı” fənni üzrə müəllim, 1999-2011-ci illərdə özəl sektorda İnformasiya Kommunikasiya Texnologiyaları sahəsində müxtəlif vəzifələrdə çalışmışdır. 2011- ci ildə Azərbaycan Respublikası İqtisadi İnkişaf nazirinin İnnovasiyalar üzrə müşaviri təyin edilmişdir. 1-ci dərəcəli dövlət qulluqçusudur.
2012 ci ildə İKT də xidmətlərə görə Azərbaycan Prezidenti tərəfindən “Tərəqqi” medalı ilə təltif olunub.
Milli Məclisin İqtisadi Siyasət, sənaye və sahibkarlıq komitəsinin və Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin üzvüdür. ATƏT Parlament Assambleyasında Azərbaycan nümayəndə heyətinin üzvü və nümayəndə heyəti rəhbərinin müavinidir.
ATƏT Parlament Assambleyasının 2017-ci ildə qəbul etdiyi “Multikulturalizm – qloballaşma şəraitində demokratiyanın inkişafında mədəni dəyərlərin rolu” qətnamə layihəsinin müəllifidir.