Nazirlər Kabineti “Meşə təsərrüfatına dəymiş ziyana görə maddi məsuliyyətə cəlb edilmə qaydaları haqqında” 1993-cü il 27 dekabr tarixli 636 nömrəli və “Meşə qanunvericiliyinin pozulması hallarının qarşısının alınması tədbirləri haqqında” 2004-cü il 30 sentyabr tarixli 145 nömrəli qərarlarına dəyişikliklər edib. FED.az xəbər verir ki, baş nazir Novruz Məmmədovun təsdiqlədiyi yeni qərarla, “Meşə təsərrüfatına dəymiş ziyana görə maddi məsuliyyətə cəlb edilmə qaydaları haqqında” 636 nömrəli qərarın 1-ci və 5-ci hissələrdən “, kolxozlar” sözü, 2-ci hissədən “, kolxozlardan” sözü çıxarııb, 5-ci hissədə “miqdarının hesablanması üçün nırx” sözləri “hesablanması üçün miqdar” sözləri ilə əvəz edilib.
Həmin Qərarla təsdiq edilmiş 1-7 nömrəli əlavələr yeni redaksiyada təsdiq edilib. Bu əlavələrdə meşələrə vurulan zərərə görə, ödənişlərin məbləği göstərilib. “Meşə qanunvericiliyinin pozulması hallarının qarşısının alınması tədbirləri haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2004-cü il 30 sentyabr tarixli 145 nömrəli Qərarının 1-ci hissəsi ləğv edilsin.
Bu dəyişikliklərdən sonra, meşələrə vurulan zərərə görə, ödənişlər belə olacaq.
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2019-cu il 31 yanvar tarixli 30 nömrəli Qərarı ilə təsdiq edilmişdir.
1 nömrəli əlavə
Meşələrin bərpası işləri üçün nəzərdə tutulan sahələrdə meşə əkinlərinin, təbii yeniyetmələrin və cücərtilərin məhv edilməsi və ya zədələnməsi nəticəsində vurulmuş zərərə görə ödənişlər
Məhv edilmiş və ya zədələnmiş meşə əkinləri, təbii yeniyetmələr və cücərtilər |
Hər hektar üçün ödənilən zərərin məbləği (manatla) |
|
dövlət qoruqları, kurort, xüsusi qiymətli meşə massivləri, dövlət qoruyucu meşə zolaqları və şəhərlərin və digər yaşayış məntəqələrinin ətrafındakı yaşıllıq zonalarının meşələrində və meşəparklarda |
digər kateqoriyalardan olan meşələrdə |
|
1. 5 yaşınadək (5 yaş daxil olmaqla): |
|
|
1.1. suvarılan torpaqlarda |
280 |
220 |
1.2. dəmyə torpaqlarda |
240 |
200 |
2. 6-10 yaşında: |
|
|
2.1. suvarılan torpaqlarda |
400 |
270 |
2.2. dəmyə torpaqlarda |
300 |
220 |
Qeydlər:
1. Qaraçöhrə, şümşad, dəmirağacı, ipək akasiyası, qoz, şabalıd, badam, armud, zoğal, sərv və çinar cinslərindən ibarət meşə əkinləri, təbii yeniyetmələr və cücərtilər, habelə meşə toxumluq sahələri üçün ayrılmış meşə əkinləri və cavan bitkilər məhv edildikdə və ya zədələndikdə, zərərin miqdarı yuxarıdakı cədvəlin ikinci sütununa uyğun iki dəfə artırılmaqla hesablanır.
2. Eldar şamı, palıd və digər enliyarpaqlı meşə əkinləri, təbii yeniyetmələr və cücərtilər məhv edildikdə və ya zədələndikdə, ödənilən zərərin miqdarı yuxarıdakı cədvəlin ikinci sütunundakı məbləğ üzrə, xüsusi qiymətli meşə massivləri, dövlət qoruyucu meşə zolaqları və şəhərlərin və digər yaşayış məntəqələrinin ətrafındakı yaşıllıq zonalarının meşələrində, meşəparklarda yol verilmişdirsə, həmin məbləğin 1,5 misli qədər hesablanır.
3.
4. Cücərti – təbii halda ağac və kol toxumundan əmələ gəlmiş beş yaşadək (5 yaş daxil olmaqla) ağac və kollar nəzərdə tutulur.
Azərbaycan Respublikası Nazirlər
Kabinetinin 2019-cu il 31 yanvar
tarixli 30 nömrəli Qərarı ilə
təsdiq edilmişdir.
2 nömrəli əlavə
Meşə tingliklərində toxmacar və tinglərin məhv edilməsi və ya
zədələnməsi nəticəsində vurulmuş zərərə görə ödənişlər
Məhv edilmiş və ya zədələnmiş toxmacar və ting növləri |
Ölçü vahidi |
Ödənilən zərərin məbləği(manatla) |
1. Səpin və böyütmə sahələrində: |
|
|
1.1. biryaşlı toxmacarlar |
1 hektar |
1500 |
1.2. ikiyaşlı toxmacarlar |
1 hektar |
1650 |
1.3. üç yaşınadək enliyarpaqlı cinslərin tingləri |
100 ədəd |
60 |
1.4. üç yaşınadək iynəyarpaqlı cinslərin, qoz-fındıq və çinar tingləri |
100 ədəd |
90 |
1.5. gilə və çəyirdəkli cinslərdən calaq edilmiş birillik tinglər |
100 ədəd |
60 |
1.6. üç və daha çox yaşlı tinglər |
100 ədəd |
80 |
2. Plantasiyalarda: |
|
|
2.1. bütün cinslərdən olan tinglər: |
|
|
2.1.1. biryaşlı |
100 ədəd |
35 |
2.1.2. ikiyaşlı |
100 ədəd |
50 |
2.1.3. üçyaşlı |
100 ədəd |
70 |
Qeydlər:
1. Qoz-fındıq və sərv toxmacarları məhv edildikdə və ya zədələndikdə, alınacaq zərər yuxarıdakı cədvəlin üçüncü sütununda göstərilən məbləğdən ikiqat çox hesablanır.
- Toxmacar – tingliyin səpin sahəsində yetişdirilən əkin materialıdır.
3. Ting – tingliyin böyütmə sahəsində yetişdirilən əkin materialıdır.
4. Böyütmə sahəsi – səpin sahəsindən çıxarılaraq ting yetişdirmək üçün toxumacarlar əkilmiş ərazidir.
5. Tinglik – əkin materiallarının yetişdirilməsi üçün ayrılmış xüsusi ərazidir. Səpin, böyütmə və plantasiya sahələrindən ibarətdir.
6. Plantasiya – ağac çiliklərinin kökləndirilməsi üçün istifadə edilən sahədir.
Azərbaycan Respublikası Nazirlər
Kabinetinin 2019-cu il 31 yanvar
tarixli 30 nömrəli Qərarı ilə
təsdiq edilmişdir.
3 nömrəli əlavə
Meşələrdə və meşə bitkiləri ilə örtülü olmayan meşə fondu torpaqlarında biçənək və otlaq sahələrinə vurulmuş zərərə görə ödənişlər
Meşələrdə və meşə bitkiləri ilə örtülü olmayan meşə fondu torpaqlarında qanunsuz ot çalınması, mal-qara otarılması, biçənəklərin və otlaq sahələrinin zədələnməsi və ya korlanması
|
Ödənilən zərərin məbləği (manatla) |
|
dövlət qoruqları, kurort, xüsusi qiymətli meşə massivləri, dövlət qoruyucu meşə zolaqları və şəhərlərin və digər yaşayış məntəqələrinin ətrafındakı yaşıllıq zonalarının meşələrində və meşəparklarda |
digər kateqoriyalardan olan meşələrdə |
|
1 |
2 |
3 |
1. Qanunsuz ot çalındıqda, hər hektar üçün: |
|
|
1.1. biçənək və otlaq sahələri: |
|
|
1.1.1. səpilmiş otlar |
140 |
130 |
1.1.2. yaxşılaşdırılmış təbii otlar |
80 |
70 |
1.1.3. yaxşılaşdırılmamış təbii otlar (bataqlaşmış sahələrdən başqa) |
44 |
36 |
1.2. bataqlaşmış sahələr |
34 |
22 |
1.3. biçənək və otlaq sahələrindən kənar |
66 |
56 |
2. Zədələnmiş və ya korlanmış biçənək və otlaq sahələrinin hər hektarı üçün: |
|
|
2.1. səpilmiş otlar |
1000 |
940 |
1 |
2 |
3 |
2.2. yaxşılaşdırılmış təbii otlar |
680 |
550 |
2.3. yaxşılaşdırılmamış təbii otlar (bataqlaşmış otlardan başqa) |
440 |
400 |
2.4. bataqlaşmış otlar |
300 |
240 |
3. Qanunsuz mal-qara otarıldıqda hər 10 baş heyvan üçün: |
|
|
3.1. biçənək və otlaq sahələri: |
|
|
3.1.1. iki yaşından yuxarı qaramal və atlar |
56 |
44 |
3.1.2. iki yaşınadək iri və xırdabuynuzlu mal-qara və atlar |
22 |
18 |
3.1.3. keçilər |
44 |
36 |
3.2. biçənək və otlaq sahələrindən kənar: |
|
|
3.2.1. iki yaşından yuxarı qaramal və atlar |
88 |
66 |
3.2.2. iki yaşınadək iri və xırdabuynuzlu mal-qara və atlar |
36 |
22 |
3.2.3. keçilər |
80 |
44 |
Qeydlər:
1. Səpilmiş otlar – müəyyən ərazidə ot toxumunun səpilməsi nəticəsində əmələ gəlmiş otlaqlardır.
2. Yaxşılaşdırılmış otlar – aqrotexniki tədbirlər həyata keçirilmiş otlaqlar (paxlalı otların toxumunun səpilməsi, üzvi mineral gübrələrin tətbiqi və s.) deməkdir.
Azərbaycan Respublikası Nazirlər
Kabinetinin 2019-cu il 31 yanvar
tarixli 30 nömrəli Qərarı ilə
təsdiq edilmişdir.
4 nömrəli əlavə
Ağac və kolların boy artımının və inkişafının dayanmasına səbəb olmadan zədələnməsi nəticəsində vurulmuş zərərə görə ödənişlər
Ağac və kolların boy artımının və inkişafının dayanmasına səbəb olmadan zədələnməsi |
Ödənilən zərərin məbləği (manatla) |
|
dövlət qoruqları, kurort, xüsusi qiymətli meşə massivləri, dövlət qoruyucu meşə zolaqları və şəhərlərin və digər yaşayış məntəqələrinin ətrafındakı yaşıllıq zonalarının meşələrində və meşəparklarda |
digər kateqoriyalardan olan meşələrdə |
|
Yaşı 10-dan yuxarı olan korlanmış (boy artımının və inkişafının dayanmasına səbəb olmadan): |
|
|
hər 10 ağac üçün |
36 |
22 |
hər 10 kol üçün |
22 |
18 |
Qeydlər:
1. Zədələnmiş (boy artımının və inkişafının dayanmasına səbəb olmadan) hər bir ipək akasiyası, qoz, şabalıd, badam, armud, zoğal, sərv, çinar, habelə iynəyarpaqlı ağac və kollar üçün bütün meşələrdə ödənilən zərərin miqdarı yuxarıdakı cədvəlin ikinci sütunundakı miqdar iki dəfə artırılmaqla hesablanır.
2. Azərbaycan Respublikasının “Qırmızı Kitabı”na daxil edilmiş, habelə nadir və növü kəsilmək təhlükəsi qarşısında olan ağacların və kolların qanunsuz zədələnməsi (boy artımının və inkişafının dayanmasına səbəb olmadan) nəticəsində vurulmuş zərərə görə ödənişlər yuxarıdakı cədvəlin ikinci sütunundakı məbləğ beş dəfə artırılmaqla hesablanır.
Azərbaycan Respublikası Nazirlər
Kabinetinin 2019-cu il 31 yanvar
tarixli 30 nömrəli Qərarı ilə
təsdiq edilmişdir.
5 nömrəli əlavə
Qadağan edilən sahələrdə meşə sərvətlərinin tədarükü və yığılması nəticəsində meşə təsərrüfatına vurulmuş zərərə görə ödənişlər
Qadağan edilən sahələrdə meşə sərvətlərinin tədarükü və yığılması nəticəsində meşə təsərrüfatına vurulmuş zərərə görə ödənişlər |
Ödənilən zərərin məbləği (manatla) |
1. Hər kiloqramı üçün: |
|
yabanı (cır) meyvələr (alma, armud, zoğal, alça və s.) |
1 |
peyvənd meyvələr (alma, armud, zoğal, alça və s.) |
2 |
itburnu |
2 |
çaytikanı |
3 |
digər dərman bitkiləri |
2 |
şabalıd |
2 |
fındıq |
2 |
qoz |
3 |
fıstıq toxumu |
1,50 |
palıd |
1 |
cökə |
1,50 |
2. Hər yığım kubmetr üçün: |
|
qamış, qarğı, meşə döşənəyi və tökülmüş yarpaqlar |
0,50 |
Qeyd. Meşələrdə bar gətirən meyvə ağaclarının məhsulunu qanuni əsas olmadan əldə edən şəxs, həmin məhsulu geri qaytarmalıdır. Əsassız əldə edilmiş məhsulu eynilə qaytarmaq mümkün olmadıqda, dəymiş zərərin məbləği hüquq pozuntusu baş vermiş tarixdə dövlət tərəfindən tənzimlənən qiymətlərlə, dövlət tərəfindən tənzimlənmədiyi hallarda isə sərbəst satış qiymətləri ilə hesablanır.
Azərbaycan Respublikası Nazirlər
Kabinetinin 2019-cu il 31 yanvar
tarixli 30 nömrəli Qərarı ilə
təsdiq edilmişdir.
6 nömrəli əlavə
Meşə fondu torpaqlarında məhdudlaşdırıcı nişanların (sərhəd, kvartal və digər göstərici dirəklərin) məhv edilməsinə və ya zədələnməsi nəticəsində meşə təsərrüfatına vurulmuş zərərə görə ödənişlər
Məhv edilmiş və ya zədələnmiş məhdudlaşdırıcı nişanlar (sərhəd, kvartal və digər göstərici dirəklər) |
Məhv edilmiş və ya zədələnmiş hər məhdudlaşdırıcı nişan üçün ödənilən zərərin məbləği (manatla) |
Sərhəd və kvartal dirəkləri |
9 |
Vizir və təsərrüfat (qırılacaq meşə sahəsi və s.) dirəkləri |
4,50 |
Azərbaycan Respublikası Nazirlər
Kabinetinin 2019-cu il 31 yanvar
tarixli 30 nömrəli Qərarı ilə
təsdiq edilmişdir.
7 nömrəli əlavə
Ağacların və kolların qanunsuz kəsilməsi və ya zədələnməsi (boy artımının dayandırılmasına səbəb olan) nəticəsində vurulmuş zərərə görə ödənişlər
Ağacların və kolların qanunsuz kəsilməsi və ya zədələnməsi (boy artımının dayandırılmasına səbəb olan) |
Ödənilən zərərin məbləği (manatla) |
|
dövlət qoruqları, kurort, xüsusi qiymət-li meşə massivləri, dövlət qoruyucu meşə zolaqları və şəhərlərin və digər yaşayış məntəqələ-rinin ətrafındakı yaşıllıq zonalarının meşələrində və meşəparklarda |
digər kateqoriyalardan olan meşələrdə |
|
1. Diametri 4 santimetrə-dək (4 santimetr də daxil olmaqla): |
1 |
1 |
1.1. 4,1-8 |
3 |
1 |
1.2. 8,1-12 |
4 |
3 |
1.3. 12,1-18 |
7 |
6 |
1.4. 18,1-20 |
8 |
7 |
1.5. 20,1-24 |
11 |
10 |
1.6. 24,1-28 |
16 |
11 |
1.7. 28,1-32 |
18 |
15 |
1.8. 32,1-38 |
22 |
18 |
1.9. 38,1-40 |
28 |
22 |
1.10. 40,1-44 |
40 |
33 |
1.11. 44,1-48 |
50 |
40 |
1.12. 48,1-52 |
60 |
50 |
2. Diametri 52 santimetr-dən yuxarı hər santimetr üçün: |
50 |
33 |
2.1. kol cinslərinin hər biri üçün |
3 |
3 |
Qeydlər:
1. Qoz, evkalipt, armud, zoğal, enliyarpaq ağcaqayın, çinar, tozağacı, ardıc, habelə iynəyarpaqlı ağac və kolların qanunsuz kəsilməsi və ya zədələnməsi (boy artımının dayandırılmasına səbəb olan) nəticəsində dəymiş zərərin miqdarı yuxarıdakı cədvəlin ikinci sütunundakı məbləğ iki dəfə artırılmaqla, digər enliyarpaqlı, qozmeyvəli və meyvə ağaclarının qanunsuz kəsilməsi və ya zədələnməsi (boy artımının dayandırılmasına səbəb olan) nəticəsində dəymiş zərərin miqdarı isə yuxarıdakı cədvəlin ikinci sütunundakı məbləğ üzrə hesablanır.
Külək, qar və başqa səbəblərdən sınmış və ya yerə yıxılmış ağac və kolların mənimsənilməsi və köküstə olan quru ağac və kolların qanunsuz kəsilməsi hallarında bu əlavədə göstərilən miqdar tətbiq edilmir. Belə hallarda meşə təsərrüfatına dəyən zərər köküstə oduncaq buraxılışının mövcud miqdarın birinci dərəcəsinin ikiqat misli qədər hesablanır.
2. Qanunsuz gətirilmiş oduncağın hansı meşə sahəsində kəsilməsini müəyyən etmək mümkün olmadıqda, meşə qanunvericiliyini pozanlar qanunsuz gətirilmiş oduncaq müsadirə edildiyi halda, həmin oduncağın köküstə buraxılışının mövcud məbləğinin birinci dərəcəsinin üç misli qədər, müsadirə edilmədiyi halda isə həmin məbləğin dörd misli qədər ödəyirlər.
3. Azərbaycan Respublikasının “Qırmızı Kitabı”na daxil edilmiş, habelə nadir və növü kəsilmək təhlükəsi qarşısında olan ağacların və kolların qanunsuz kəsilməsi və ya zədələnməsi (boy artımının dayandırılmasına səbəb olan) nəticəsində vurulmuş zərərə görə ödənişlər yuxarıdakı cədvəlin ikinci sütunundakı məbləğ beş dəfə artırılmaqla hesablanır.