Azərbaycan Küveyt əlaqələri, sahədəki vəziyət, gözlənilən yeniliklər, mövcud problemlər və iki ölkənin iş adamlarının yatırım imkanları ilə bağlı FED.az-ın suallarına Küveytin Azərbaycandakı Fövqəladə və Səlahiyyətli Səfiri Səud Əbdüləziz Məhəmməd əl-Şəmlan əl-Rumi cavab verir.
- Cənab səfir, Azərbaycanla Küveyt arasında münasibətlər indi nə səviyyədədir? Bu günkü vəziyyəti necə qiyətləndirirsiniz?
- İlk öncə onu qeyd edim ki, Azərbaycanla Küveyt arasında dostluq və siyasi əlaqələrin qədim tarixi bağları var. Azərbaycan Respublikasının mərhum prezidenti Heydər Əliyev və Küveyt dövlətinin keçmiş əmiri Şeyx Cabir Əsəllamünün yaxın dostluq əlaqələri olub. Qeyd etdiyimiz kimi, bir-birimizi bağlayan bağlar, dini əlaqələr, dini yaxınlıq, mədəni əlaqələrimizdir. Eləcə də, bir sıra adət-ənənlərimizdə olan oxşarlıq. Deyə bilərik ki, hal-hazırda Azərbaycana coğrafi baxımdan ən yaxın ərəb ölkəsi Küveyt dövlətidir. Küveytdən Azərbaycana birbaşa gəlmək mümükdür.
- Təyyarə reysləri də mövcuddur…
- Bəli, hazırda ölkələrimiz arasında iki reys var - AZAL-ın və «Cəzirə Hava Yolları»nın reysləri. Bu yaxınlarda Küveyt Hava Yollarının Bakı reysləri də başlayacaq. Son illər Küveytdən turist axını xüsüsi ilə Azərbaycana böyük həcmdə artmağa başlayıb. 2017-ci ildən Küveytdən gələn turistlərin sayı 17 minə yaxın idisə, 2018-ci ildə bu rəqəm 29 minə çatıb.
- Bəs Küveytdən olan investorların necə, Azərbaycana marağı hiss olunurmu?
- Son vaxtlar turizm əlaqalərinin güclənməsi ilə birgə Küveytdən olan iş adamlarının, investorlarının da Azərbaycanın müxtəlif sahələrinə investisiya maraqları artıb. Xüsusilə otelçilik, turizm sahələrinə Küveytdən böyük maraq var. Bir neçə gün əvvəl Şəkiyə səfərimiz çərçivəsində cənab başçı və bir sıra iş adamları ilə görüşümüz oldu. Orada biz həmin iş adamlarının həyata keçirdiyi layihələr, gələcək perspektiv layihələrlə tanış olduq. Onlardan biri də Şəkidə otel tikintisinə investorların cəlb olunması məsələsi idi. Göründüyü kimi, Küveytdən olan investorların Azərbaycana böyük marağı var. Sadəcə Azərbaycan Respublikasında qüvvədə olan bəzi qanunlara görə əcnəbi vətəndaşların bu ölkəyə investisiya yatırmasında çətinliklər yaranır.
Eləcə də bax: «Çətinliklər arxada qalıb, yeni qayda ilə işləyirik» - BANKİRLƏ MÜSAHİBƏ
- Söhbət hansı qanunlardan gedir?
- Yerli qanunlara görə, xarici şəxslər torpaq sahəsi üzərində mülkiyyət hüququnu əldə edə bilməzlər, bəzi hallarda bu bir sıra çətinliklər yaradır. Yəni investorun əsas məqsədi torpaq və ya hər hansı bir əmlakı məhz öz adına alıb qeyd etməsidir. Amma hal-hazırda Azərbaycanda bu mümkün deyil.
Məsələn, Türkiyədə olan son dəyişikliklərdən sonra (söhbət xaricilərin Türkiyədə daşınmaz əmlak alması prosesinin sadələşdirilməsindən gedir) bu ölkəyə körfəz ölkələrindən xeyli investisiya axını oldu. Biz ümid edirik ki, Azərbaycanda da belə bir addım atılar. Yəni istənilən xarici şəxs əmlakı öz adına rəsmiləşdirə bilsin və bu təkcə investorlar üçün deyil, büün xarici vətəndaşlara aid olsun. Sadə sıradan bir Küveyt vətəndaşı, Azərbaycanda mənzil və ya villa, hər hansı torpaq sahəsi almaq istəyən şəxs üçün də bu çox yaxşı olar.
- Azərbaycanda bu məhdudiyyət ancaq torpaq sahəsinə aiddir, digər daşınmaz əmlaklara aid deyil. Bəs indiyə qədər Küveytdən olan sahibkarlar Azərbaycana nə qədər investisiya yatırıblar?
- Qeyd etdiyimiz kimi, Türkiyədə olan müəyyən dəyişikliklərdən sonra iş adamlarımız daha çox ora üstünlük verirlər. Azərbaycanla da maraqlanırlar, sadəcə, dediyim məhdudiyyətlərə görə bura istədikləri kimi yatırım edə bilmirlər. Çox təəssüflə qeyd edə bilərəm ki, hal-hazırda rəsmi olaraq Küveyt dövlətindən Azərbaycana hər hansı bir investisiya yatırılmayıb. Xüsusi qeyd edim ki, iki ölkə arasında ticarət əməkdaşlığı da çox az həcmdədir, 2018-ci ildə bu təqribən 7 milyon dollar olub. Bu sahə ilə bağlı təşəbbüslər var, amma qeyd etdiyimiz məsələlərdən dolayı bir az uzaq dururlar.
- Ümumiyyətlə, Küveyt vətəndaşları Azərbaycanda hansı sahələrə maraqı göstərirlər? Çünki Azərbaycanda daşınmaz əmlakdan fərqli sahələr də investisiyalar üçün açıqdır və iş adamları onlara investisiya yatırırlar. Yəni təkcə torpaq sahələrinə yox məsələn otelin özü bütünlüklə ola bilər. Yaxud istehsal və ya kənd təsərrüfatı müəssisələri.
- Onu da qeyd edim ki, torpaqla bağlı mülkiyyət huquqi ilə bağlı məsələ, digər sahələrdə də, məsələn, istehsal sahələrində, kənd təsərüfatında da investorlar üçün problem yaradır. İnvestorlar torpağın məhz öz adlarına olmasını istəyirlər, bunsuz tam rahat olmurlar. Belə qanunlar da hələ olmadığına görə yatırımlardan uzaq dururlar.
- Azərbaycan ilk dəfə olaraq Azad İqtisadi Zona yaratmağa hazırlaşır. Burada xarici investorlar üçün fərqli, huquqi, həm də iqtisadi tənzimlənmə olacaq. Yəni fərqli qaydalar olacaq. Küveyt investorlarının bu Azad İqtisadi Zona ilə bağlı planları varmı? Ümumiyyətlə, bu məsələ müzakirə olunubmu?
- Biz bu barədə eşitmişik, Bakı – Ələt regionunda olan proses barədə məlumatımız var. Amma bizə bu barədə hər hansı bir rəsmi qurumlardan məlumat və təkliflər daxil olmayıb ki, biz bu barədə Küveytin müvafiq qurumlarına və ya iş adamlarına məlumat verək.
- Azərbaycan son vaxtlar ölkədən ixraca böyük yer ayırmağa başlayıb. İxracın böyük hissəsi də ərəb ölkələrinə gedir. Küveytlə vəziyyət necədir?
- Bir neçə il bundan qabaq Küveyt dən olan iş adamları Qəbələdə «Gilan Holding»in meyvə şirələri zavodunda olmuş və oradan xeyli sayda meyvə şirələri idxal eləmişdilər. Ondan əlavə tutaq ki, biz Küveytə ət idxal etmək istəyirik. Məlum olduğu kimi, Küveyt ən çox ət idxal və istehlak edən ölkələrdən biridir. Azərbaycandan çoxlu sayda qoyun götürmək istəyirdik. Bir qədər idxal olundu, amma son dövrlərdə bu sahədə müəyyən məhdudiyyətlər var. Yəni iş adamlarımız Küveytə çoxsaylı qoyun idxal etmək istəyirlər amma burdan icazə verilməyib.
- Elə Küveyt tərəfinin tələbatını ödəmək üçün sizin investorların iştirakı ilə Azərbaycanda heyvandarlıq üzrə birgə təsərrüfatın yaradılması mümkdürmü, yoxsa, o da torpaq məsələsində dayanır?
- Əlbəttə fikir olaraq çox gözəl fikirdir. Biz görüşdə də onu qeyd elədik. Çünki belə bir şey olsa ortada müştərək bir ferma və ya zavod kimi istehsal sahəsi ola bilər. Bu həmin dediyim durumu (qoyunların idxalı ilə bağlı – FED.az) daha da asanlaşdıra bilər. Sərmayələrin yarısı investor olaraq Küveyt olsa, o daha çox əlverişli olar. Həm də biz heyvanları Gürcüstandan yox, burdan ala bilərik.
- Şəkidə səfərdə olarkən siz bir neçə müəssələrə baş çəkmisiz. Və onların arasında təkcə otel deyil, sənaye müəssələri, o cümlədən meyve istehsalı ilə məşğul olan şirkətlər də var. Onlarla tanışlıqda məqsəd nə idi? İnvestorlar ora sərmayə qoymaq istəyirlər?
- Səfərdə əsas məqsədlərimizdən biri oranın turizm və iqtisadi-ticari imkanları ilə tanış olub ordakı vəziyyəti Küveytin iş adamlarına və müvafiq qurumlara çatdırmaqdır. Bir həftədən sonra Küveytə səfərim planlaşdırılır. Orda iş adamları ilə ticarət və sənaye palatasının rəhbərliyi ilə və seçilib sayılan iş adamları ilə görüşəcəm. Və bu təklifləri onlara çatdıracam. Biz burdan şirkətlərin bukletlərini götürmüşük ki, birbaşa əlaqə qurmaq istəyənlərə rahat olsun.
- Ərəb turistlərin Azərbaycana axını artdıqdan sonra bəzi ərəb investorları Azərbaycanda otel alıb gələn həmyerlilərini həmin otellərə yerləşdirmək fikrinə düşüblər. Küveytdən də turistlərin sayı artıb. Bakı ərazisində turistik obyektlərə sərmayəsi mümkünmü, yoxsa bu məsələ də torpağa bağlıdır?
- Bəli o sahədə də vəziyyət eynidir. Türkiyədə yatırım edəndə, investor həm əmlaka, həm də onun yerləşdiyi torpağa sahib olur. Burada qaydalar fərqli olduğuna görə, investorlar sanki uzaq durular. Amma qeyd edim ki, böyük təlabat var. Turizmə investisiya cəlbi üçün bəzi qanunlar yenilənməlidir.
- Azərbaycan turistlərinin Küveytə səfəri ilə bağlı yeniliklər varmı?
- Küveyt, bildiyiniz kimi, turist ölkəsi sayılmır, Küveytə turist vizası və turist axını da yoxdur. Küveytdə əsas işçi qüvvəsidir, bildiyiniz kimi, orada biznes sahələr, ticarət, bank və iqtisadi sahələr çox inkişaf edib. Ona görə də Azəraycanlılar Küveytə daha çox ticarət məqsədilə gedə bilərlər, maşın və ya digər elektron avadanlıqların alınması üçün. Vergidən azad olunduğuna görə, bu avadanlıqlar başqa yerlərlə müqayisədə xeyli ucuzdur.
- Küveytdə işləməyə gedənlərlə bağlı vəziyyət necədir?
- İişləməyə gedənlər son illər çoxdur. Bizdə müalicə, tibbi xidmətlər hamı üçü pulsuzdur, ona görə də işləməyə gedənlər üçün də bu sərfəlidir
- Son vaxtlar Azərbaycandan Küveytə işləməyə gedənlər artıbmı?
- Əvvəllər viza prosedurları başqa formada idi, amma son vaxtlar bu proses dəyişib, sadələşib. İndi işləməyə gedəndər bizimlə deyil Küveytdəki şirkətlərlə bu məsələni müzakirə edir və həll edirlər. Ümumiyyətlə, Küveytə kənardan işləməyə gələnlər çoxdur, Küveytin əhalisi 1,2 milyon nəfər olduğu halda, kənardan işləməyə gələnlərin sayı 3 milyon nəfərdən artıqdır.
- Küveyt banklarının Azərbaycanın bank sektoruna yatırımları necə, mümkündürmü?
- İndiyədək belə məsələ müzakirə olunmayıb. Amma deyə bilərəm ki, Küveytdə bank sisteminə dövlətin güclu nəzarəti Burada bütün əmanət və depozitlərə zəmanət verilib, özü də məbləğdən aılı olmayaraq. Məsələn, siz Küveyt bankına hətta 1 milyon manat və ya dollar yatırsanız da bank müfls olsa, dövlət o pulu sizə qaytaracaq.
Hətta bir məsələni xatırladım. 1990-cı ildə Səddam Hüseyn Küveyti işğal edəndə İraq əsgərləri orda müəyyən banklarda soyğunçuluq etmiş və milyardlarla pulu götürmüşdülər. Dövlət bu pulun hamısını işğal bitəndən onra vətəndaşlara və əmanət sahiblərinə qəpiyinə kimi geri qaytardı. Yeri gəlmişkən bank sektoru ilə bağlı bir məsələni xüsusi qeyd etmək istəyirləim
- Aha buyurun...
- Azərbaycan və Küveyt bankları arasında birbaşa əlaqə yoxdur, bu əlaqə Amerika üzərindən qurulub. Biz ümid edirik ki, yaxın vaxtdarda bu məsələ də həllini tapar. Çnki bizim pullar Küveytə ödəniləndə ünvanına 3 günə gedib çatır, əvvəl Amerikaya gedir, orada yoxlanılır, sonra hesablara çatır.
- Bununla bağlı Azəraycan tərəfinə müraciət edilibmi?
- Konkret banklarla müzakirəmiz olmayıb, çünki bu məsələ onlarla deyil, hökmətlə bağlı məsələdir. Bütün dünyada belədir ki, ərəb ölkələrindən olan ödənişlər Amerikadan keçir və yoxlanılır.
- Cənab səfir, sadaladığınız bu məhdudiyyətlər aradan qaldırılarsa, Küveyt investorları Azərbaycana nə qədər yatırım edə bilərdər
- Bu məhdudiyyətlər həll olunsa, Azərbaycanda elə birinci olaraq mən özüm əmlak alaram. Mülkiyyət hüququ məsələsi həll olunarsa, mən özüm və mənim şəxsən tanıdığım çoxsaylı insanlar burada əmlak alıb investisiya yatırmağa hazırdırlar. Belələrinin sayı həddən artıq çoxdur.
Bilirsiniz, bizim investorlar bütün dünyada yarırım etdikləri ərazilərdə –London, ABŞ, Türkiyə və başqa ölkələrdə - öyrəşiblər ki, aldıqları əmlak bütünlüklə öz adlarına olsun. Buna görə də, hər yerdə əmlakı belə şərtlərlə almaq istəyirlər.
- Cənab səfir, sizin səfirlik Bakının ən elit və bahalı ərazilərindən birində yerləşir. Azərbaycanın başqa ərazilərini gəzmisinizmi?
- Əlbəttə, əsasən regionlara səfərlərdən Quba və Qələbəni xoşlamışam. Qəbələyə səfərimiz uğurlu olmuşdu, Qəbələnin icra başçısını Küveytə dəvət etmişik, yaxın vaxtlarda ümid edirik ki, səfər reallaşacaq. Çünki Qəbələ turizm şəhəri olduğu üçün Küveytdə turizm qurumları ilə bağlı görüşlər nəzərdə tutulur.
Qeyd etdiyim kimi, torpaq sahəsi məsələsi əsas amil olduğu üçün, hesab edirəm ki, bu məsələ həll olunsa, Qəbələdə küveytlilər tərəfindən böyük torpaqların alınması baş tuta bilər.
- Cənab səfir, vaxtilə Azərbaycanda gözlənilən neft gəlirlərindən danışanda Küveyt misal olaraq göstərilirdi, bu barədə əfsanələr dolaşırdı - hesab edilirdi ki, burada anadan olan hər uşağa görə, adına pul keçirlir və sair. Yəni bizdə də neft gəlirləri gözləniləndə də təxminən Küveytdəki vəziyyət gözlənilirdi. Azərbaycanda neft bumu oldu. Müqayisə eləsək, Küveytlə Azərbaycanın neft pullarından istifadəsində fərq və oxşarlıq nədədir?
- Hər iki ölkə neft ölkəsidir. Azərbaycan sovet dövrünü görən ölkədir, buna baxmayaraq çox inkişaf edib. Mən 6 ildir burada çalışan şəxs kimi bu inkişafı hər gün hiss edirəm. Xüsusilə viza sadələşdirilməsindən sonra turistlərin sayının kəskin artması, investisiyaların daxil olması kimi çox dəyişikliklər baş verib. Ümumiyyətlə, qeyd edim ki, Azərbaycan öz əmin-amanlığı, sabitliyi ilə seçilir, xariciləri turistləri də bu cəlb edir.
Küveyt də neft ölkəsidir. Bunun əsas göstəricilərirdən biri bizim ölkədə vergilərin olmamasıdır. Küveytdə vergi sistemi yoxdur, neftdən gələn gəlirlər onu tamamilə örtür, tələbatı təmin edir. Neft gəlirlərinin hesabına vergi yığılmır.
- Yəni Küveytdə heç bir vergi yoxdur?
- Xeyr, Küveytdə heç bir vergi yoxdur, nə mallara, nə maşınlara, nə qidalara və sair. Küveytdə ölkəyə mal daxil olanda bir dəfə vergi tutulur. Sonra isə vergidən azaddır. Burada Azərbaycanda isə bir neçə dəfə verg tutulur. Bu da malın qiymətinin üstünə gəlir və onu bahalaşdırır. Bizdə vergi olmadığına görə ilk dəfə Azərbaycana gələndə bu vəziyyət bizə qəribə gəldi.
Bundan başqa, bizdə tibb xidmətləri tamamilə pulsuzdur. Məsələn, mən Küveyt vətəndaşı, siz də xarici vətəndaş olaraq Küveytdə pulsuz tibbi xidmət alacağıq, bizim aramızda heç bir fərq yoxdur, istəyir nə qiymətə olursa olsun, xəstədirsə, müalicə olunmalıdırsa, dövlət bu xərci ödəyir və həmin şəxs pulsuz müalicə olunur. Hətta lazım olsarsa, bunun üçün xaricdən də həkim gətirilir. Azərbaycanda isə bu vəziyyət fərqlidir.
Bizdə dölətin həyata keçirdiyi kampaniyalar da var, xeyriyyə təşkilatları kasıb ölkələrdən insanları Küveytə gəirirlər və onları müalicə edirlər.
- Bu kampaniyalar çərçivəsində Azərbaycandan da müalicə alan olubmu?
- Bəli, iki il bundan əvvəl bir qız uşağı vardı, beynində xərcçəng şişi vardı, müalicə oluna bilmirdi, onu Küveytə göndərib pulsuz müalicə etdirdik. Onun gözü görmə qabiliyyətini itirmişdi, o biri gözü də pisləşmişdi və həyatını da itirə bilərdi. Vəziyyəti çox ağır idi. Hətta Türkiyədə bu əməliyyatı boyunlarına götürməmişdilər, demişdilər, ümid yoxdur, təhlükəlidir. Amma Küveytdə bunun üçün Almaniyadan xüsusi olaraq məşhur professor gətirildi, 9 saatdan artıq olan əməliyyat aparılldı. Azərbaycanın Küveytdəki konsulu və biz də orda idik, anası da onunla qalırdı. Əməliyatdan sonra 6 ay müddətində müalicə də alırdı.
Müalicədən sonra mən və həyat yoldaşım gedib onu ziyarət elədik. Bütün bunları Küveyt dövləti elədi, yəni müdaxilə olmasaydı həmin xanım həyatını da itirə bilərdi, Allaha şükür ki, indi hər şey qaydasındadır.
- Azərbaycanda son vaxtlar təhsilə də böyük diqqət yaranıb. Küveyt fondları Azərbaycanda təhsil proqramlarına da qouşulub təqaüd ayıra bilərlər.
- Mənim iki oğlum İqtisad Universitetində (UNEC) ingilis dilində təhsil alır. Biri artıq universiteti bitirib, digərinin təhsili davam edir. Bildiyimə görə, ilk səfir övladlarıdır ki, burada təhsil alır. Buradakı təhsildən çox razı qalmışıq. Övladlarımdan biri iqtisadi, digəri isə xarici əlaqələr sahəsində çalışmaq istəyir.
- Cənab səfir, qeyd etdiniz ki, torpağa mülkiyyət qadağası aradan qaldırılsa, Azərbaycanda ilk əmlak alanlardan biri elə özünüz olacaqsınız. Əmlakı haradan almaq istəyərdiniz?
- Əmlakı Bakıda alardım, Qəbələ də gözəldir, oranı xoşlayıram, amma insanların daha çox olduğu yerdən əmlak almaq istəyirdim.
- Vaxt ayırıb suallarımızını cavablandırdığınız üçün təşəkkür edirik.