Azərbaycanda insan alverinə qarşı mübarizə sahəsində qanunvericilik təkmilləşdiriləcək.
Eləcə də bax: Prezident yol tikintisinə - PUL AYIRDI - SƏRƏNCAM
FED.az xəbər verir ki, bu, Prezident İlham Əliyevin bu gün imzaladığı sərəncamla təsdiqlənən “Azərbaycan Respublikasında insan alverinə qarşı mübarizəyə dair 2020─2024-cü illər üçün Milli Fəaliyyət Planı”nda əksini tapıb.
Nazirlər Kabinetinə 2020-2022-ci illərdə Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrin, o cümlədən “İnsan alverinə qarşı mübarizə haqqında” Avropa Şurası Konvensiyasının tələbləri nəzərə alınmaqla, insan alverinə qarşı mübarizə sahəsində qanunvericiliyin təkmilləşdirilməsi barədə təkliflər hazırlanması tapşırılıb.
Sıra №-si |
Tədbirin adı |
İcraçı orqanlar |
İcra müddəti (illər üzrə) |
1 |
2 |
3 |
4 |
4.1. İnsan alverinə qarşı mübarizə sahəsində normativ hüquqi bazanın və institusional mexanizmlərin təkmilləşdirilməsi |
|||
4.1.1. |
Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrin, o cümlədən “İnsan alverinə qarşı mübarizə haqqında” Avropa Şurası Konvensiyasının tələbləri nəzərə alınmaqla, insan alverinə qarşı mübarizə sahəsində qanunvericiliyin təkmilləşdirilməsi barədə təkliflər hazırlanması |
Nazirlər Kabineti |
2020─2022 |
4.1.2. |
Avropa Şurasının İnsan orqanlarının alverinə qarşı Konvensiyasına Azərbaycan Respublikasının qoşulması məsələsi barədə təkliflər hazırlanması |
Nazirlər Kabineti |
2020─2021 |
4.1.3. |
İnsan alveri qurbanlarının, xüsusilə insan alverindən zərər çəkən uşaqların müəyyən edilməsi indikatorlarının, həmçinin insan alverinə qarşı mübarizə sahəsində əməliyyat-axtarış fəaliyyətinin təşkili barədə metodik vəsaitlərin təkmilləşdirilməsi, insan alverinin qurbanı olma riskinin azaldılması məqsədilə insan alverinə məruz qala biləcək qadınların, uşaqların və digər həssas əhali qruplarının hüquqi və sosial müdafiəsinin gücləndirilməsi ilə bağlı təkliflər hazırlanması |
Nazirlər Kabineti, Daxili İşlər Nazirliyi |
2020─2022 |
4.1.4.
|
İnsan alveri və məcburi əmək cinayətlərinin törədilməsinə şərait yaradan halların müəyyən edilməsi və qarşısının alınması, bu cinayətlərin qurbanlarının, o cümlədən ehtimal olunan qurbanların aşkar edilməsi məqsədilə tikinti, kənd təsərrüfatı və xidmət sektorlarında sahibkarlıq sahəsində aparılan yoxlamalarla bağlı normativ hüquqi aktların tələbləri nəzərə alınmaqla monitorinqlərin aparılması, müvafiq istiqamətdə aidiyyəti yoxlayıcı qurumların vəzifələrinin dəqiqləşdirilməsi məqsədilə təkliflər hazırlanması |
Nazirlər Kabineti, Daxili İşlər Nazirliyi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi
|
2020─2021
|
4.1.5. |
İnsan alverinin qurbanına çevrilmə riski olan sahələrdə muzdlu işlərə cəlb edilmə üzrə vasitəçilik fəaliyyəti göstərən şəxslərin fəaliyyətinin tənzimlənməsi ilə bağlı təkliflər hazırlanması
|
Nazirlər Kabineti, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi
|
2020─2021 |
4.1.6. |
Xidmət sektorunda işləyən miqrantlarla bağlı ölkədaxili vəziyyətin təhlili və onların insan alverinin qurbanına çevrilməsi risklərinin qarşısının alınması məqsədilə qanunvericiliyin təkmilləşdirilməsi ilə əlaqədar təkliflər hazırlanması
|
Nazirlər Kabineti, Dövlət Miqrasiya Xidməti |
2020─2021 |
4.1.7. |
Xarici ölkələrdə sərhədkeçmə sənədlərini itirmiş, həmin sənədləri oğurlanmış və ya yararsız hala düşmüş, sərhədkeçmə sənədlərinin etibarlılıq müddəti bitmiş insan alverindən zərər çəkən və ya zərər çəkməsi ehtimal olunan Azərbaycan Respublikası vətəndaşlarına “Azərbaycan Respublikasına qayıdış şəhadətnaməsi”nin xüsusi sadələşdirilmiş prosedur əsasında verilməsinin nəzərdən keçirilməsi və bununla əlaqədar təkliflər hazırlanması
|
Nazirlər Kabineti, Xarici İşlər Nazirliyi
|
2020─2021 |
4.1.8. |
İnsan alveri qurbanları üçün sığınacaqların və yardım mərkəzlərinin fəaliyyətinin öyrənilməsi, dövlət sığınacaq və yardım mərkəzlərinə qurbanların qəbulu prosedurlarının sadələşdirilməsi, sığınacaqların və yardım mərkəzlərinin fəaliyyətinin təkmilləşdirilməsi məqsədilə təkliflər hazırlanması
|
Nazirlər Kabineti |
2020─2022 |
4.1.9.
|
İnsan alveri qurbanları ilə bağlı Milli İstiqamətləndirmə Mexanizminin daha səmərəli həyata keçirilməsi, insan alverinə qarşı mübarizədə koordinasiyanın gücləndirilməsi məqsədilə müvafiq idarələrarası komissiyanın və İnsan alverinə qarşı mübarizə üzrə Milli Koordinator yanında İşçi Qrupun hüquqi statusuna yenidən baxılması, ixtisaslaşmış qeyri-hökumət təşkilatları və beynəlxalq təşkilatlar cəlb edilməklə tərkibinin yenidən formalaşdırılması |
Nazirlər Kabineti, İnsan alveri qurbanlarının Milli İstiqamətləndirmə Mexanizmi üzrə İdarələrarası Komissiyaya daxil olan qurumlar |
2020─2021
|
4.1.10. |
İnsan alverindən zərər çəkmiş şəxslərə kompensasiya ödənilməsi institutunun təkmilləşdirilməsi, habelə İnsan alveri qurbanlarına kömək Fondunun fəaliyyətinin səmərəliliyinin artırılması ilə əlaqədar təkliflər hazırlanması
|
Nazirlər Kabineti |
2020─2022 |
4.1.11. |
İstehsal və xidmət sahələrində istehlakçıya qədər olan bütün mərhələlərdə insan alveri və məcburi əmək halları ilə bağlı risklərin öyrənilməsi, aşkarlanması, aradan qaldırılması və aidiyyəti dövlət orqanlarının birgə mübarizə tədbirlərinin həyata keçirilməsinə dair təkliflər hazırlanması
|
Nazirlər Kabineti |
2020─2022 |
4.1.12. |
İnsan alverinə qarşı mübarizədə iştirak edən dövlət qurumlarının, qeyri-dövlət qurumlarının, habelə beynəlxalq təşkilatların insan alverindən zərər çəkmiş və ya zərər çəkməsi ehtimal olunan şəxslər barədə zəruri (cinayət, statistik və digər xarakterli) məlumatların insan alverinə qarşı mübarizə üzrə xüsusi polis qurumuna təqdim olunması, vahid mərkəzdə toplanması, habelə həmin məlumatların araşdırılması mexanizminin təkmilləşdirilməsi məqsədilə təkliflər hazırlanması
|
Nazirlər Kabineti
|
2020─2022 |
4.2. İnsan alverinin qarşısının alınması (profilaktikası) |
|||
4.2.1. |
İnsan alveri probleminin mahiyyəti, onun qarşısının alınması barədə tədris-metodik vəsaitlərin və maarifləndirici materialların hazırlanması və yayımlanması
|
Daxili İşlər Nazirliyi, Təhsil Nazirliyi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Səhiyyə Nazirliyi, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, Dövlət Miqrasiya Xidməti, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, Dövlət Turizm Agentliyi, Milli Televiziya və Radio Şurası
|
mütəmadi |
4.2.2. |
Azərbaycan Respublikasında insan alveri probleminin xüsusiyyətləri, insan alveri və məcburi əməklə mübarizədə görülən işlər, uşaqların insan alverinə məruz qalması riskləri və digər əlaqədar istiqamətlərdə elmi və sosial tədqiqatlar aparılması, bu sahədə fəaliyyətə dövlət dəstəyinin təmin olunması |
Daxili İşlər Nazirliyi,digər aidiyyəti dövlət orqanlarını, Azərbaycan Milli Elmlər Akademiyasını, ali təhsil müəssisələrini və ixtisaslaşmış qeyri-hökumət təşkilatlarını cəlb etməklə
|
2020─2024 |
4.2.3.
|
İnsan alveri və məcburi əmək cinayətlərinin törədilməsinə şərait yaradan hallarla bağlı cəmiyyətdə ictimai dözümsüzlük mühitinin yaradılması məqsədilə inzibati, təhsil, sosial, mədəni və digər sahələrdə müvafiq tədbirlər görülməsi, bu işə vətəndaş cəmiyyəti institutlarının və kütləvi informasiya vasitələrinin cəlb edilməsi |
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Daxili İşlər Nazirliyi, Təhsil Nazirliyi, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi, Mədəniyyət Nazirliyi, Milli Televiziya və Radio Şurası, digər aidiyyəti dövlət orqanları
|
mütəmadi
|
4.2.4. |
Qanunsuz miqrasiyanın, ölkə ərazisindən insan alveri məqsədilə tranzit kimi istifadə edilməsinin, insan alverinin bütün formalarının qarşısının alınması işinin daha da gücləndirilməsi, bu sahədə fəaliyyət göstərən dövlət qurumları arasında koordinasiyanın təkmilləşdirilməsi, insan alveri qurbanlarının və potensial qurbanların müəyyən edilməsi məqsədilə birgə fəaliyyətin və monitorinqlərin davam etdirilməsi |
Dövlət Miqrasiya Xidməti, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Daxili İşlər Nazirliyi, digər aidiyyəti dövlət orqanları ixtisaslaşmış qeyri-hökumət təşkilatlarını cəlb etməklə
|
mütəmadi |
4.2.5. |
İnsan alverinin və məcburi əməyin potensial qurbanlarının məşğulluğunun təmin edilməsi, insan alverindən zərər çəkmiş şəxslərin işə götürülməsi üçün sahibkarların həvəsləndirilməsi |
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, İqtisadiyyat Nazirliyi, yerli icra hakimiyyəti orqanları ixtisaslaşmış qeyri-hökumət təşkilatlarını cəlb etməklə
|
mütəmadi |
4.2.6. |
Kütləvi informasiya vasitələrinin, internet informasiya ehtiyatlarının mütəmadi monitorinqini aparmaqla, insan alverinin bütün formaları ilə bağlı ola bilən şübhəli halların mahiyyətinin öyrənilməsi və müvafiq tədbirlər görülməsi
|
Daxili İşlər Nazirliyi, Dövlət Təhlükəsizliyi Xidməti, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi |
mütəmadi |
4.2.7. |
İnternet informasiya ehtiyatlarında uşaq pornoqrafiyasının yayılmasının, habelə uşaqların cinsi istismarının onlayn yayımlanması hallarının qarşısının alınması, respublikada belə internet informasiya ehtiyatlarına çıxışın qanunvericiliyə uyğun olaraq məhdudlaşdırılması ilə bağlı tədbirlər görülməsi |
Dövlət Təhlükəsizliyi Xidməti, Daxili İşlər Nazirliyi, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, digər aidiyyəti dövlət orqanları
|
mütəmadi |
4.2.8.
|
İnsan alverinə qarşı mübarizədə, xüsusən insan alverinin qurbanı olmuş şəxslərin müdafiəsi sahəsində qabaqcıl beynəlxalq təcrübənin öyrənilməsinin davam etdirilməsi və bununla bağlı məlumatların aidiyyəti dövlət orqanlarına təqdim olunması |
Xarici İşlər Nazirliyi, Daxili İşlər Nazirliyi |
mütəmadi |
4.2.9. |
İnsan alverinə qarşı mübarizə ilə əlaqədar xarici ölkələrdə həbs olunan, xarici ölkə hüdudlarından kənara çıxarılan, insan alverinin qurbanı olan (insan alverindən zərər çəkmiş və ya zərər çəkməsi ehtimal olunan) Azərbaycan Respublikası vətəndaşları barədə müvafiq məlumatların əldə olunması və konfidensiallıq qorunmaqla xüsusi polis qurumuna təqdim edilməsi
|
Xarici İşlər Nazirliyi, Dövlət Miqrasiya Xidməti |
2020─2024 |
4.2.10. |
Respublika ərazisində turizmin inkişafı və genişlənməsi ilə əlaqədar müəyyən şəxslərin insan alverinin qurbanı olmaq riskinin qarşısının alınması və belə şəxslərin mənafelərinin qorunması məqsədilə qabaqlayıcı tədbirlər hazırlanması
|
Daxili İşlər Nazirliyi, Dövlət Təhlükəsizliyi Xidməti, Dövlət Miqrasiya Xidməti, Dövlət Turizm Agentliyi |
2021─2022 |
4.2.11 |
Ölkə ərazisində məcburi əmək hallarının aşkara çıxarılması məqsədilə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin fəaliyyətinin təkmilləşdirilməsi, kadr potensialının gücləndirilməsi, onların məcburi əmək hallarını aşkar etmək bacarıqlarının inkişaf etdirilməsi, aşkar edilmiş hallar üzrə məlumatların aidiyyəti üzrə təqdim edilməsi səlahiyyətinin təkmilləşdirilməsi ilə bağlı təkliflər hazırlanması |
Nazirlər Kabineti Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi
|
2020─2021 |
4.3. İnsan alveri cinayətlərinə qarşı cinayət təqibi |
|||
4.3.1. |
Xüsusi polis qurumunun fəaliyyətinin təkmilləşdirilməsi, onun kadr potensialının gücləndirilməsi, əməkdaşlarının insan alveri qurbanlarının aşkar edilməsi sahəsində vərdişlərinin inkişaf etdirilməsi məqsədilə xüsusi təlimlərin keçirilməsi, qurumun maddi və texniki bazasının yaxşılaşdırılması, o cümlədən insan alverinə qarşı mübarizə sahəsində vahid məlumat bazasının və məlumatların dairəsinin təkmilləşdirilməsi ilə bağlı təkliflər hazırlanması, həmin məlumat bazasının və “Qaynar xətt” telefon xidmətinin təşkilati-texniki imkanlarının müasir tələblərə uyğunlaşdırılması |
Daxili İşlər Nazirliyi |
2020─2022 |
4.3.2. |
İnsan alveri və məcburi əmək cinayətlərinin ibtidai araşdırılması çərçivəsində bu cinayətlərdən əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın da aşkar edilməsi üçün tədbirlər görülməsi, onların leqallaşdırılmasının qarşısının alınması
|
Daxili İşlər Nazirliyi, Maliyyə Monitorinqi Xidməti, Dövlət Təhlükəsizliyi Xidməti |
mütəmadi |
4.3.3. |
İnsan alveri və məcburi əmək cinayətləri ilə mübarizədə hüquq-mühafizə orqanları, o cümlədən məcburi əməklə mübarizə sahəsində fəaliyyət göstərən digər dövlət orqanları arasında əməkdaşlığın, həmin orqanlarla məhkəmələrin qarşılıqlı əlaqələrinin gücləndirilməsi, səmərəli məlumat və təcrübə mübadiləsinin təmin edilməsi, mütəmadi görüşlər və birgə təlimlər keçirilməsi |
Daxili İşlər Nazirliyi, Ədliyyə Nazirliyi, Dövlət Gömrük Komitəsi, Dövlət Təhlükəsizliyi Xidməti, Dövlət Sərhəd Xidməti, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Dövlət Miqrasiya Xidməti
|
mütəmadi |
4.3.4. |
İnsan alveri ilə bağlı transmilli mütəşəkkil cinayətkarlığın qarşısının alınması sahəsində fəaliyyətin səmərəsinin artırılması, o cümlədən transmilli mütəşəkkil cinayətkar qrupların respublikadakı mümkün əlaqələrinin müəyyən edilməsi istiqamətində tədbirlərin gücləndirilməsi |
Dövlət Təhlükəsizliyi Xidməti, Daxili İşlər Nazirliyi, Dövlət Gömrük Komitəsi, Dövlət Sərhəd Xidməti, Dövlət Miqrasiya Xidməti
|
mütəmadi |
4.3.5. |
Respublika daxilində insan alveri və məcburi əmək qurbanlarının, o cümlədən uşaqların, əcnəbilərin və ya vətəndaşlığı olmayan şəxslərin müəyyənləşdirilməsi istiqamətində səylərin davam etdirilməsi, respublika daxili insan alveri və məcburi əmək qurbanlarına da xüsusi həssas yanaşılması, insanların istismarı hallarına yol verən fiziki, vəzifəli və hüquqi şəxslər barəsində müvafiq məsuliyyət tədbirlərinin görülməsi |
Daxili İşlər Nazirliyi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Dövlət Gömrük Komitəsi, Dövlət Təhlükəsizliyi Xidməti, Dövlət Miqrasiya Xidməti, Dövlət Sərhəd Xidməti, digər aidiyyəti dövlət orqanları
|
mütəmadi |
4.3.6 |
Dilənçiliklə məşğul olan uşaqlarla xüsusi işin aparılması, körpə uşaqların digər şəxslərin yanında dilənçilik fəaliyyətinə cəlb edilməklə dilənçiliklə məşğul olmaq hallarına və belə fəaliyyətlərin təşkilinə qarşı mübarizənin gücləndirilməsi, belə uşaqların valideynləri (onları əvəz edən şəxslər) ilə xüsusi söhbətlərin aparılması, onların valideynlərinə (onları əvəz edən şəxslərə) qarşı tədbirlərin görülməsi |
Daxili İşlər Nazirliyi, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Dövlət Miqrasiya Xidməti
|
mütəmadi |
4.4. İnsan alveri qurbanlarının sosial reabilitasiyası və müdafiəsi |
|||
4.4.1. |
Regionlarda insan alveri qurbanlarına xidmət göstərən yeni sığınacaq və yardım mərkəzlərinin yaradılması və həmin mərkəzlərin fəaliyyətinin təmin edilməsi |
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, yerli icra hakimiyyəti orqanları
|
2020─2024
|
4.4.2.
|
Regionlarda insan alveri probleminin sosial-psixoloji aspektlərinin öyrənilməsi, səbəblərinin müəyyənləşdirilməsi və aradan qaldırılması ilə bağlı təkliflər hazırlanması |
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, Təhsil Nazirliyi, Daxili İşlər Nazirliyi, Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyalar
|
2020─2024
|
4.4.3. |
İnsan alveri qurbanlarına ayrılmış stasionar və ambulator tipli müəssisələrdə ixtisaslı tibbi yardım göstərilməsinin davam etdirilməsi
|
İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi |
mütəmadi |
4.4.4. |
İnsan alveri qurbanlarına xidmət göstərən dövlət və qeyri-dövlət sığınacaq və yardım mərkəzlərinin, digər sosialyönümlü müəssisələrin imkanlarının öyrənilməsi, onların potensialının artırılması üçün maliyyə vəsaitinin ayrılması |
Daxili İşlər Nazirliyi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası ixtisaslaşmış qeyri-hökumət təşkilatlarını cəlb etməklə |
2020─2024 |
4.4.5. |
İnsan alverindən zərər çəkmiş və ya zərər çəkməsi ehtimal olunan şəxslərin əmək bazarında rəqabət qabiliyyətinin artırılması, onların yeni peşələrə yiyələnməsinə yönəldilmiş kursların təşkili, məşğulluq probleminin həlli |
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, Təhsil Nazirliyi, Daxili İşlər Nazirliyi
|
mütəmadi |
4.4.6. |
İnsan alveri qurbanlarına xidmət göstərən sığınacaq və yardım mərkəzlərində hüquqi yardım göstərilməsinə və onların sosial reabilitasiyasına insan alverinin qarşısının alınması sahəsində fəaliyyət göstərən qeyri-hökumət təşkilatlarının cəlb olunması |
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, Səhiyyə Nazirliyi, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi, Daxili İşlər Nazirliyi |
mütəmadi |
4.4.7. |
İnsan alveri qurbanlarının və onların yaxın qohumlarının, habelə insan alverinə qarşı mübarizəyə yardım göstərən hüquqi və fiziki şəxslərin təhlükəsizliyinin “Cinayət prosesində iştirak edən şəxslərin dövlət müdafiəsi haqqında” və “İnsan alverinə qarşı mübarizə haqqında” Azərbaycan Respublikasının qanunlarına uyğun olaraq təmin edilməsi
|
Daxili İşlər Nazirliyi, Dövlət Təhlükəsizliyi Xidməti |
mütəmadi
|
4.4.8.
|
Azərbaycan Respublikasının xarici ölkələrdəki diplomatik nümayəndəlikləri və konsulluqları tərəfindən insan alverindən zərər çəkmiş və ya zərər çəkməsi ehtimal olunan Azərbaycan Respublikası vətəndaşlarının hüquq və mənafelərinin müdafiə olunması
|
Xarici İşlər Nazirliyi, digər aidiyyəti dövlət orqanları
|
mütəmadi
|
4.4.9. |
Xarici ölkələrdə insan alverindən zərər çəkmiş və ya zərər çəkməsi ehtimal olunan Azərbaycan Respublikası vətəndaşlarının Azərbaycan Respublikasına repatriasiyasının təmin olunması və digər zəruri ehtiyaclarının qarşılanması |
Xarici İşlər Nazirliyi, Daxili İşlər Nazirliyi, Dövlət Miqrasiya Xidməti, Səhiyyə Nazirliyi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, digər aidiyyəti dövlət orqanları |
mütəmadi |
4.5. İnsan alverindən zərər çəkmiş, zərər çəkməsi ehtimal olunan və ya insan alverinin potensial qurbanı olan uşaqlara göstərilən yardımın və onların müdafiəsinin təkmilləşdirilməsi |
|||
4.5.1. |
Uşaq nikahlarının qarşısının alınması tədbirlərinin gücləndirilməsi |
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, Təhsil Nazirliyi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Ədliyyə Nazirliyi, Daxili İşlər Nazirliyi, yerli icra hakimiyyəti orqanları |
2020─2021
|
4.5.2. |
Tibb müəssisələrindən kənarda baş verən doğuş faktlarına nəzarətin gücləndirilməsi, belə faktlar əsasında uşaq nikahlarının aşkarlanması |
Səhiyyə Nazirliyi, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, Ədliyyə Nazirliyi |
2020─2024 |
4.5.3. |
Yetkinlik yaşına çatmayanlarla, xüsusən sağlamlıq imkanları məhdud uşaqlarla sosial iş institutunun mütərəqqi beynəlxalq təcrübə əsasında formalaşdırılması, bu işin xüsusiyyətləri nəzərə alınmaqla qanunvericiliyin təkmilləşdirilməsi |
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, Təhsil Nazirliyi, digər aidiyyəti dövlət orqanları ixtisaslaşmış qeyri-hökumət təşkilatlarını cəlb etməklə |
2020─2023 |
4.5.4. |
İnsan alverindən zərər çəkmiş, zərər çəkməsi ehtimal olunan və ya insan alverinin potensial qurbanı olan uşaqların təhsil imkanlarının artırılması |
Təhsil Nazirliyi, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Daxili İşlər Nazirliyi ixtisaslaşmış qeyri-hökumət təşkilatlarını cəlb etməklə |
mütəmadi |
4.5.5. |
Dövlət uşaq müəssisələri məzunlarının insan alveri qurbanına çevrilməsi riskinin azaldılması məqsədilə onlara sosial-hüquqi və sosial-psixoloji xidmətlər, məşğulluqlarının təmin edilməsi ilə bağlı yardım və sosial-məsləhət yardımları göstərilməsinin davam etdirilməsi
|
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, Təhsil Nazirliyi, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi |
mütəmadi
|
4.5.6. |
Uşaqların təhsildən yayınması və baxımsızlığı ilə bağlı monitorinqlərin davam etdirilməsi, təhsildən yayınan və sosial təhlükəli vəziyyətdə olan uşaqlarla fərdi profilaktik iş aparılması |
Təhsil Nazirliyi, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Daxili İşlər Nazirliyi, yerli icra hakimiyyəti orqanları aidiyyəti qeyri-hökumət təşkilatlarını cəlb etməklə
|
mütəmadi |
4.5.7. |
Övladlığa götürülmüş, qəyyumluğa və ya himayəyə verilmiş uşaqların ailələrində monitorinqin aparılması |
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, yerli icra hakimiyyəti orqanları
|
mütəmadi |
4.5.8. |
Şəxsiyyəti təsdiq edən sənədi olmayan uşaqların müvafiq sənədlərlə təmin edilməsi üçün tədbirlərin davam etdirilməsi
|
Daxili İşlər Nazirliyi, Dövlət Miqrasiya Xidməti, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Təhsil Nazirliyi
|
mütəmadi |
4.5.9. |
Hüquq-mühafizə orqanlarının və insan alverinə qarşı mübarizə sahəsində fəaliyyət göstərən digər dövlət qurumlarının əməkdaşları tərəfindən insan alverindən zərər çəkmiş və ya zərər çəkməsi ehtimal olunan uşaqlarla ünsiyyətin ümumi standartlarının, həmçinin müvafiq işlərin və zərər çəkmiş uşaqların aidiyyəti üzrə təqdim edilməsi prosedurlarının hazırlanması
|
Daxili İşlər Nazirliyi, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, Təhsil Nazirliyi, Səhiyyə Nazirliyi
|
2020─2021 |
4.6. İnsan alverinə qarşı mübarizə sahəsində əməkdaşlığın inkişaf etdirilməsi |
|||
4.6.1. |
İnsan alverinə qarşı mübarizədə dövlət orqanları, qeyri-hökumət təşkilatları, beynəlxalq qurumlar və özəl sektor arasında strateji tərəfdaşlığın gücləndirilməsi ilə bağlı təkliflərin hazırlanıb Milli Koordinatora təqdim edilməsi |
Daxili İşlər Nazirliyi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Xarici İşlər Nazirliyi, İqtisadiyyat Nazirliyi, Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası |
2020─2021 |
4.6.2. |
İnsan alverinə qarşı mübarizədə iştirak edən ixtisaslaşmış qeyri-hökumət təşkilatlarının maliyyə təminatının artırılması |
Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası, Daxili İşlər Nazirliyi
|
2020─2024 |
4.6.3. |
İnsan alverinə qarşı mübarizənin səmərəliliyinin artırılması məqsədilə digər dövlətlərlə, xüsusən insan alveri ilə bağlı məsələlərdə Azərbaycan Respublikasına münasibətdə təyinat və mənbə ölkələrinin aidiyyəti dövlət və qeyri-dövlət qurumları ilə, bu sahədə fəaliyyət göstərən beynəlxalq təşkilatlarla əməkdaşlığın gücləndirilməsi
|
Daxili İşlər Nazirliyi, Dövlət Təhlükəsizliyi Xidməti, Dövlət Sərhəd Xidməti, Dövlət Miqrasiya Xidməti, Dövlət Gömrük Komitəsi, Xarici İşlər Nazirliyi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi |
2020─2024 |
4.6.4.
|
Yetkinlik yaşına çatmayanların baxımsızlığının və hüquqpozmalarının profilaktikası, həmçinin onların sosial reabilitasiyası sahəsində qeyri-hökumət təşkilatları ilə və beynəlxalq təşkilatlarla əməkdaşlığın gücləndirilməsi |
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Təhsil Nazirliyi, Səhiyyə Nazirliyi, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi, Daxili İşlər Nazirliyi |
mütəmadi
|
4.6.5. |
Beynəlxalq təşkilatların hesabatlarında və beynəlxalq reytinqlərdə insan alveri ilə və məcburi əməklə mübarizə sahəsində Azərbaycan Respublikasının mövqeyinin yaxşılaşdırılması məqsədilə tədbirlər görülməsi |
Nazirlər Kabineti, Xarici İşlər Nazirliyi, Daxili İşlər Nazirliyi |
2020─2024 |
4.6.6.
|
İnsan alveri və məcburi əməklə mübarizədə beynəlxalq əməkdaşlığın inkişaf etdirilməsi, ikitərəfli və çoxtərəfli əlaqələrin gücləndirilməsi, məlumat mübadiləsinin operativliyi üçün əlaqələndiricilərin müəyyən olunması |
Daxili İşlər Nazirliyi, Xarici İşlər Nazirliyi, Ədliyyə Nazirliyi, Dövlət Gömrük Komitəsi, Dövlət Təhlükəsizliyi Xidməti, Dövlət Sərhəd Xidməti, digər aidiyyəti dövlət orqanları
|
mütəmadi
|
4.6.7. |
İnsan alverinin qarşısının alınması, cinayət təqibi, qurbanların müdafiəsi və bu sahələrdə əməkdaşlıq mövzularına dair ölkədə beynəlxalq tədbirlərin keçirilməsi |
Daxili İşlər Nazirliyi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, Xarici İşlər Nazirliyi, digər aidiyyəti dövlət orqanları |
2020─2024 |
4.7. İnsan alverinə qarşı mübarizə sahəsində fəaliyyət göstərən şəxslər üçün təlimlərin (ixtisaslaşmış peşə hazırlığının) keçirilməsi |
|||
4.7.1. |
Hüquq-mühafizə orqanlarının, bu sahədə fəaliyyət göstərən digər dövlət qurumlarının və Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin əməkdaşları, hakimlər və məhkəmə aparatı işçiləri, habelə ölkə ərazisində fəaliyyət göstərən turizm şirkətlərinin nümayəndələri üçün insan alverinin və məcburi əməyin qurbanı olan şəxslərin, o cümlədən miqrantların müəyyən edilməsi, onların müdafiəsi, bu növ işlərin araşdırılması və baxılması zamanı məsələyə daha çox qurbanın müdafiəsi baxımından yanaşılması mövzularında təlimlər, maarifləndirmə tədbirlərinin keçirilməsi |
Daxili İşlər Nazirliyi, Ədliyyə Nazirliyi, Dövlət Gömrük Komitəsi, Dövlət Təhlükəsizliyi Xidməti, Dövlət Sərhəd Xidməti, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Dövlət Miqrasiya Xidməti, Dövlət Turizm Agentliyi
|
mütəmadi |
4.7.2.
|
İnsan alverinə qarşı mübarizəyə dair təlimlərin proqramına qurbanların hüquqlarının müdafiəsi, müxtəlif xidmətlər göstərməyə məcbur edilmə və insanların istismar edilməsinin digər formaları, insan alverinin gender xüsusiyyətləri, uşaqlara xas aspektləri, uşaqların internet vasitəsilə cinsi istismara və ya zorakılığa cəlb olunması ilə bağlı mövzuların daxil edilməsi
|
Daxili İşlər Nazirliyi, Ədliyyə Nazirliyi, Dövlət Gömrük Komitəsi, Dövlət Təhlükəsizliyi Xidməti, Dövlət Sərhəd Xidməti, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Dövlət Miqrasiya Xidməti, Təhsil Nazirliyi, Xarici İşlər Nazirliyi, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, Dövlət Turizm Agentliyi |
mütəmadi |
4.7.3.
|
Effektiv sərhəd nəzarəti tədbirləri vasitəsilə insan alverinin müxtəlif formalarının, təqsirli və zərərçəkmiş şəxslərin müəyyən edilməsi, preventiv hazırlığın gücləndirilməsi |
Dövlət Sərhəd Xidməti, Dövlət Miqrasiya Xidməti, Dövlət Gömrük Komitəsi, Dövlət Təhlükəsizliyi Xidməti, Daxili İşlər Nazirliyi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Xarici İşlər Nazirliyi, Dövlət Turizm Agentliyi
|
2020─2024
|
4.7.4. |
İnsan alveri qurbanlarının hüquqi yardımdan səmərəli istifadə etmələrinin dəstəklənməsi üçün müvafiq dövlət qurumlarının vəzifəli şəxslərinin insan alverinə qarşı mübarizə sahəsində bilik və bacarıqlarının artırılması, habelə bu məqsədlə keçirilən təlim-tədris (ixtisaslaşmış peşə hazırlığı) proqramlarına insan alveri qurbanlarının kompensasiya almaq hüququnun təmin olunması mövzusunun da daxil edilməsi
|
Daxili İşlər Nazirliyi, Ədliyyə Nazirliyi, Dövlət Gömrük Komitəsi, Dövlət Təhlükəsizliyi Xidməti, Dövlət Sərhəd Xidməti, Dövlət Miqrasiya Xidməti |
mütəmadi |
4.7.5. |
İnsan alverinin qurbanı olan (zərər çəkmiş və ya zərər çəkməsi ehtimal olunan) uşaqların və ya potensial qurbanların müəyyən edilməsi və müdafiəsi mövzularında təlimlər keçirilməsi, təlimat kitabçalarının hazırlanması |
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Təhsil Nazirliyi, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi, Daxili İşlər Nazirliyi ixtisaslaşmış qeyri-hökumət təşkilatlarını cəlb etməklə |
2020─2023
|
4.7.6. |
İnsan orqan və toxumalarının transplantasiyası üzrə cərrahiyyə əməliyyatlarını icra edən və ya insan orqan və toxumalarının transplantasiyasında digər formada iştirak edən tibbi personal və digər şəxslər üçün insan alverinin aşkarlanması istiqamətində sahəvi təlimlər keçirilməsi |
Səhiyyə Nazirliyi, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi |
2020─2024 |
4.7.7.
|
Hüquq-mühafizə orqanlarının və insan alverinə qarşı mübarizə sahəsində fəaliyyət göstərən digər dövlət qurumlarının əməkdaşları, həmçinin ixtisaslaşmış qeyri-hökumət təşkilatlarının nümayəndələri üçün xüsusi tədris kurslarının təşkil edilməsi |
Daxili İşlər Nazirliyi, Dövlət Təhlükəsizliyi Xidməti, Dövlət Miqrasiya Xidməti, Dövlət Sərhəd Xidməti, Dövlət Gömrük Komitəsi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, Səhiyyə Nazirliyi digər aidiyyəti dövlət orqanları ixtisaslaşmış qeyri-hökumət təşkilatlarını və beynəlxalq təşkilatları cəlb etməklə |
mütəmadi
|
4.8. İnsan alverinə qarşı mübarizə ilə bağlı maarifləndirmə |
|||
4.8.1.
|
İnsan alverinə qarşı mübarizədə təbliğat və maarifləndirmə işinin gücləndirilməsi, bu məqsədlə müxtəlif sosial reklamlar, çarxlar, qısametrajlı filmlər çəkilməsi, verilişlərin hazırlanıb nümayiş etdirilməsi, müxtəlif maarifləndirici materiallar hazırlanması, internet informasiya resurslarında yerləşdirilməsi və onlardan istifadənin təşviq edilməsi
|
Daxili İşlər Nazirliyi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Təhsil Nazirliyi, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, Dövlət Miqrasiya Xidməti, Xarici İşlər Nazirliyi, Səhiyyə Nazirliyi, Gənclər və İdman Nazirliyi, Mədəniyyət Nazirliyi, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, Dövlət Turizm Agentliyi, Dövlət Reklam Agentliyi, Milli Televiziya və Radio Şurası, “Azərbaycan Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyəti aidiyyəti qeyri-hökumət təşkilatlarını cəlb etməklə |
mütəmadi
|
4.8.2.
|
İnsan alverinin və məcburi əməyin qarşısının alınması məqsədilə müxtəlif dillərdə hazırlanmış maarifləndirici vəsaitlərin beynəlxalq marşrutlarda hərəkət edən nəqliyyat vasitələrində, dövlət sərhədindən buraxılış məntəqələrində paylanılması tədbirlərinin davam etdirilməsi |
Dövlət Sərhəd Xidməti, Dövlət Gömrük Komitəsi, Daxili İşlər Nazirliyi, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, “Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyəti, “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyəti, “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” Qapalı Səhmdar Cəmiyyəti aidiyyəti qeyri-hökumət təşkilatlarını cəlb etməklə |
mütəmadi
|
4.8.3. |
Məcburi əmək riskləri barədə maarifləndirmə işinin gücləndirilməsi, belə tədbirlərin əməkçi miqrantlar arasında keçirilməsi |
Dövlət Miqrasiya Xidməti, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Daxili İşlər Nazirliyi aidiyyəti qeyri-hökumət təşkilatlarını cəlb etməklə |
2020─2024 |
4.8.4.
|
İnsan alveri ilə bağlı keçirilən bütün maarifləndirmə tədbirlərinin və təlimlərin nəticələrinin təşkilatçılar və iştirakçılar tərəfindən qiymətləndirilməsi təcrübəsinin tətbiq edilməsi |
Daxili İşlər Nazirliyi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Təhsil Nazirliyi, Səhiyyə Nazirliyi, Xarici İşlər Nazirliyi, Gənclər və İdman Nazirliyi, Mədəniyyət Nazirliyi, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, Dövlət Miqrasiya Xidməti, Dövlət Turizm Agentliyi, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, Milli Televiziya və Radio Şurası, “Azərbaycan Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyəti, maarifləndirmə tədbirlərini və təlimləri təşkil edən digər dövlət qurumları aidiyyəti qeyri-hökumət təşkilatlarını cəlb etməklə |
mütəmadi
|
4.8.5.
|
Uşaq əməyinin istismarının qarşısının alınması məqsədilə sahibkarlarla və işəgötürənlərlə təbliğat və maarifləndirmə işinin aparılması |
İqtisadiyyat Nazirliyi, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Daxili İşlər Nazirliyi aidiyyəti qeyri-hökumət təşkilatlarını cəlb etməklə |
mütəmadi
|
4.9. Milli Fəaliyyət Planı iştirakçılarının fəaliyyətinin, insan alverinə qarşı mübarizə üzrə dəstəyin və resursların əlaqələndirilməsi |
|||
4.9.1. |
Milli Fəaliyyət Planının icrasından irəli gələn müvafiq tədbirlərin həyata keçirilməsi |
Milli Koordinator, Daxili İşlər Nazirliyi |
2020─2024 |
4.9.2. |
Milli Fəaliyyət Planının həyata keçirilməsi üçün donor təşkilatlarla əməkdaşlığın gücləndirilməsi |
Milli Koordinator, Daxili İşlər Nazirliyi |
2020─2024 |
4.9.3. |
Milli Fəaliyyət Planına göstərilən dəstəyin əlaqələndirilməsi, müvafiq dövlət və qeyri-hökumət təşkilatlarının, beynəlxalq təşkilatların və digər tərəfdaşların resurslarından birgə istifadənin həyata keçirilməsi işinin davam etdirilməsi |
Milli Koordinator, Daxili İşlər Nazirliyi |
2020─2024 |
Qeyd:
1. Azərbaycan Respublikasının Ali Məhkəməsinə tövsiyə edilsin ki, bu Milli Fəaliyyət Planının 4.1.1-ci, 4.1.10-cu, 4.3.3-cü, 4.4.7-ci, 4.6.6-cı, 4.7.1-ci və 4.7.4-cü yarımbəndlərində nəzərdə tutulmuş tədbirlərin həyata keçirilməsində iştirak etsin (insan alveri və ya məcburi əmək cinayətlərinin törədilməsi nəticəsində hər hansı pul vəsaitlərinin və ya digər əmlakın əldə edilməsi və leqallaşdırılması müəyyən olunduğu hallarda həmin əmlakın xüsusi müsadirə edilməsi üçün tədbirlər görməklə), habelə hakimlərə və Azərbaycan Respublikasının Baş Prokurorluğu ilə birlikdə dövlət ittihamçılarına insan alveri ilə əlaqədar cinayətlərə münasibətdə cəzanın məqsədlərinə nail olunmasını təmin edən növünün və həddinin müəyyən edilməsinə dair treninqlər keçirsin.
2. Azərbaycan Respublikasının Baş Prokurorluğuna tövsiyə edilsin ki, bu Milli Fəaliyyət Planının 4.1.1-ci, 4.1.10-cu, 4.3.2-ci, 4.3.3-cü, 4.4.7-ci, 4.6.6-cı, 4.7.1-ci və 4.7.4-cü yarımbəndlərində nəzərdə tutulmuş tədbirlərin həyata keçirilməsində iştirak etsin.
3. Azərbaycan Respublikasının Vəkillər Kollegiyasına tövsiyə edilsin ki, bu Milli Fəaliyyət Planının 4.1.1-ci, 4.1.10-cu, 4.3.2-ci və 4.7.4-cü yarımbəndlərində nəzərdə tutulmuş tədbirlərin həyata keçirilməsində iştirak etsin.
4. Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinə (Ombudsmana)tövsiyə edilsin ki, bu Milli Fəaliyyət Planının 4.1.1-ci, 4.1.3-cü, 4.1.10-cu, 4.2.1-ci, 4.2.3-cü, 4.2.4-cü, 4.4.2-ci, 4.5.1-ci, 4.5.2-ci, 4.5.3-cü, 4.5.7-ci, 4.6.1-ci və 4.7.4-cü yarımbəndlərində nəzərdə tutulmuş tədbirlərin həyata keçirilməsində iştirak etsin.
5. Azərbaycan Respublikasının Mətbuat Şurasına tövsiyə edilsin ki, bu Milli Fəaliyyət Planının 4.2.1-ci, 4.2.2-ci, 4.2.3-cü, 4.2.6-cı və 4.4.2-ci yarımbəndlərində nəzərdə tutulmuş tədbirlərin həyata keçirilməsində iştirak etsin.