İtaliya Prezidenti Sercio Mattarella sentyabrın 30-dan oktyabrın 1-dək Azərbaycanda rəsmi səfərə gəlir.
FED.az xəbər verir ki, bu barədə İtaliya Prezidentinin mətbuat xidməti bildirir.
İtaliya Prezidenti, Bakıya gəldikdən sonra ölkə rəsmiləri ilə danışıqlar aparacaq.
Bundan əlavə, oktyabrın 1-də Prezident S.Mattarella ADA Universiteti və bir neçə İtaliya universiteti ilə birgə yaradılmış İtaliya-Azərbaycan Universitetinin Bakıdakı kampusunu ziyarət edəcək.
O, həmçinin Şəhidlər Xiyabanını ziyarət edəcək və Azərbaycandakı italyan icması ilə görüşəcək.(Report)