Xəbər verildiyi kimi, Davos iqtisadi forumunda iştirak etmək üçün İsveçrədə səfərdə olan Azərbaycan prezidenti İlham Əliyev yanvarın 21-də Davosda Dubayın “DP World” şirkətlər qrupunun sədri və icraçı direktoru Sultan Əhməd bin Sulaim ilə görüşüb.
İlham Əliyevin Davosda görüşdüyü 6000 əməkdaşı olan “OliverWyman Group” şirkəti – NƏ İŞLƏ MƏŞĞULDUR?
FED.az xəbər verir ki, Azərbaycan prezidentinin mətbuat xidmətinin məlumatına görə, görüş qarşı tərəfin müraciəti əsasında baş tutub.
Xatırladaq ki, “DP World” şirkətlər qrupu baş ofisi Dubayda yerləşən Birləşmiş Ərəb Əmirliklərinin dünyada tanınmış logistika şirkətidir.
“DP World” yüklərin daşınması, yük terminallarında əməliyyatlar, dəniz xidmətləri və azad ticarət zonaları üzrə ixtisaslaşıb. Şirkət 2005-ci ildə «Dubai Ports Authority» VƏ «Dubai Ports International» şirkətlərinin birləşməsi nəticəsində yaradılıb.
«DP World» hətta Dubay üçün çox böyük miqyaslı şirkətdir – şirkət ildə 70 min gəmi tərəfi ndən daşınan 70 milyon konteynerlə əməliyyat aparır. Bu günyadakı bütün konteyner daşımalarının təqribən 10%-ni təşkil edir. «DP World» dünyanın 40-dan artıq ölkəsində 82 dəniz və daxili terminalları idarə edir. 2016-cı ilədək «DP World» ilk növbədə qlobal diman idarəçisi idi, o vaxtdjan bəri isə şirkət həm də təchizat zəncininin bir hissəsidir.
Yeri gəlmişkən, bir müddət «DP World» hətta ABŞ-da limanlar sahibi olub – şirkət Nyu-York, Nyu-Cersi, Filadelfiya, Baltimor, Yeni Orlean və Mayamidə liman qurğularının sahibi olub. Amma Dubay şirkətinin bu aktivliyi ABŞ-da bəzi dairələrin xoşuna gəlməyib və hətta kiçik Corc Buşun dəstəyinə baxmayaraq şirkət bu limanları satmalı olub.
Azərbaycan prezidenti İlham Əliyevlə görüşdə Sultan Əhməd bin Sulaim “DP World” şirkətlər qrupunun ölkəmizdəki fəaliyyətinin perspektivləri, Şimal-Cənub və Şərq-Qərb nəqliyyat dəhlizlərinin yaratdığı imkanlar barədə müzakirələr aparıb.
Görüşdə Azərbaycanın regional nəqliyyat qovşağı kimi rolu xüsusi vurğulanıb, mümkün əməkdaşlıq istiqamətləri müzakirə olundu.
Qeyd edək ki, “DP World” dünyanın ən böyük liman operatorlarından biridir. Şirkət coğrafi cəhətdən şaxələndirmə baxımından da liderlər sırasındadır.
Hazırda “DP World” dünyanın müxtəlif yerlərində 80-ə yaxın limanın operatorluğu ilə məşğuldur.
Qeyd edək kİ, hazırda iri nəqliyyat marşrutlarının qovşağında yerləşən və bu sistemdə yerini möhkəmlətməyə çalışan Azərbaycan liman və dəmiryola daşımalarına böyük əhəmiyyət verir və ümidlər bağlayır. Ölkənin əsas ticarət limanı olan Ələt Dəniz Ticarət Limanı ətrafında Azad İqtisadi Zona yaradılır.
Amma Dubay şirkətinin ölkəmizlə bağlı planları təkcə Ələt Limanı ilə deyil, gələcəkdə Azərbaycanın xarici ölkələrlə sahib ola biləcəyi xarici limanlarla da bağlı ola bilər.