Prezident İlham Əliyev bildirib ki, Donald Trampla görüş çox səmimi və dostluq şəraitində keçib.
FED.az xəbər verir ki, dövlət başçısı bunu ABŞ səfərinin nəticələri ilə bağlı müsahibəsində deyib.
Görüşdə bir çox önəmli məsələlər müzakirə olunub. Eyni zamanda, strateji tərəfdaşlıq xartiyasının hazırlanması üçün Strateji İşçi Qrup yaradılıb.
Prezident vurğulayıb ki, sənədin böyük əhəmiyyəti var və gələcək əməkdaşlıq istiqamətləri qarşılıqlı sərmayə qoyuluşu, energetika, nəqliyyat, tranzit, təhlükəsizlik, süni intellekt və müdafiə sənayesi daxil olmaqla açıq-aydın təsbit olunub. Bu istiqamətlərin sadalanması göstərir ki, çox geniş imkanlar ortaya çıxır.
Dövlət başçısı bildirib ki, Trampın Azərbaycanla bağlı bilikləri, onu təəccübləndirib:
“O, bir çox məsələləri dərindən bilir, Azərbaycanın önəmini, onun geosiyasi əhəmiyyətini, Azərbaycanın ABŞ-a həmişə dost ölkə olmasını cənab Tramp çox yaxşı başa düşür. Şəxsi təmaslar bizim münasibətlərimizdə önəmli rol oynayacaq.”