Azərbaycan Prezidenti İlham Əliyev dekabrın 8-də Slovakiyaya rəsmi səfərə gəlib.
FED.az xəbər verir ki, Bratislava şəhərinin Milan Ştefanik adına Beynəlxalq Aeroportunda Azərbaycan Prezidentinin şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.
Dövlətimizin başçısını Slovakiya Prezidenti Aparatının rəhbəri Peter Vodraşka və digər rəsmi şəxslər qarşıladılar.













