Azərbaycan Prezidenti İlham Əliyev oktyabrın 20-də Qazaxıstana dövlət səfərinə gəlib.
FED.az xəbər verir ki, Astana şəhərinin Beynəlxalq Aeroportunda Azərbaycan Prezidentinin şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.
Dövlətimizin başçısını Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev qarşıladı.
Fəxri qarovul dəstəsi hərbi marşın sədaları altında dövlət başçılarının qarşısından keçdi.