Azərbaycan Prezidenti İlham Əliyev Çinin paytaxtı Pekində keçiriləcək Qələbə Paradında iştirak edəcək.
"Bu vaxtadək Rusiya tərəfi nəyin baş verdiyini demir" - PREZİDENTDƏN AÇIQLAMALAR
FED.az xəbər verir ki, bu barədə “Musavat.com” Çin Mərkəzi Televiziyasına istinadən məlumat yayıb.
Bildirilib ki, sentyabrın 3-də keçiriləcək tədbirdə ümumilikdə 26 xarici ölkə lideri iştirak edəcək.
Onların sırasında Ermənistanın Baş naziri Nikol Paşinyan, Rusiya Prezidenti Vladimir Putin, Şimali Koreya lideri Kim Çen In, İran Prezidenti Məsud Pezeşkian, Pakistanın Baş naziri Şahbaz Şərif və digər dövlət başçıları da yer alacaq.
Qələbə Paradı Pekinin Tyananmen meydanında təşkil ediləcək və Çin xalqının yapon işğalçılarına qarşı müqavimət müharibəsində, həmçinin İkinci Dünya müharibəsində qələbəsinin 80-ci ildönümünə həsr olunacaq. Tədbir çərçivəsində genişmiqyaslı hərbi yürüş, Çin ordusunun müasir texnikalarının nümayişi və rəsmi mərasimlər keçiriləcək.