Banner
Banner
Fed.az
Banner
  • Son Xəbərlər
  • Maliyyə
    • Bank
    • Qeyri-Bank
    • Sığorta
    • Birja
    • Renkinqlər
    • Təlimlər
  • Biznes
    • İnvestisiya
    • İnşaat və əmlak
    • Turizm
    • Avto
    • Tenderlər
    • Biznes təkliflər
    • Vergilər
    • Gömrük
  • İqtisadiyyat
    • Sənaye
    • Energetika
    • Aqrar
    • Nəqliyyat
    • Makro
    • Dövlət
    • İKT
  • Sosial
    • Hadisə
    • Təhsil və elm
    • Sağlamlıq
    • Sosial
    • İdman
    • Ekologiya
  • Maraqlı
    • Ləzzətli yol xəritəsi
    • Style
    • Status
    • Startaplar
    • Vakansiyalar
    • Məhkəmələr
  • Regionlar
    • Abşeron iqtisadi rayonu
    • Aran iqtisadi rayonu
    • Dağlıq Şirvan iqtisadi rayonu
    • Gəncə-Qazax iqtisadi rayonu
    • Quba-Xaçmaz iqtisadi rayonu
    • Lənkəran iqtisadi rayonu
    • Şəki-Zaqatala iqtisadi rayonu
    • Yuxarı Qarabağ iqtisadi rayonu
    • Kəlbəcər-Laçın iqtisadi rayonu
    • Naxçıvan iqtisadi rayonu
  • Əmlak
    • Mənzil və villalar
    • Kommersiya obyektləri
    • Torpaq sahələri
    • Turizm obyektləri
  • Digər
    • Statistika
    • Hesabatlar
    • Hüquq
    • Biznes tarixi
    • Kitabxana
    • Ağılı sərmayə
    • Qarabağ
    • Boya istehsalçıları
    • Mebel istehsalçıları
  • Az
    • Az
    • Ru
Banner

Dövlət

  1. Ana səhifə
  2. Dövlət
  1. Dövlət

Gürcüstan nə istəyir? - QAZ, SOCAR, NATO və QAZPROM MƏSƏLƏSİ

Gürcüstan nə istəyir? - QAZ, SOCAR, NATO və QAZPROM MƏSƏLƏSİ | FED.az
09:38 22 Fev 2019

Gürcüstan hökumətinin Rusiyanın “Qazprom” şirkəti ilə ölkənin qaz təchizatının şaxələndirilməsi üçün apardığı danışıqlar yekunlaşmaq üzrədir. Gürcü rəsmilər deyirlər ki, əldə edilmiş razılaşmaya əsasən Gürcüstan Rusiyadan “müəyyən həcmdə” qaz alaraq Azərbaycan qazından asılılığı azaldacaq.

FED.az xəbər verir ki, İqtisadiyyat və dayanıqlı inkişaf naziri Georgi Kobuliya bildirib ki, “Qazprom”la müqavilənin uzadılması ölkənin qaz bazarında Azərbaycanın inhisarçı mövqeyi ilə mübarizə aparmaq məqsədi güdür: “Biz istəmirik ki, bazara inhisarçılıq yaransın və yeganə qaz təchizatçısı Azərbaycan olsun. Azərbaycanın da olmağını istəyirik, amma müəyyən həcmdə qazı Rusiyadan almaq lazımdır”.

Parlament müxalifəti isə hökumətin bu şaxələndirmə cəhdini ölkənin milli maraqlarını satmaq adlandırıb. "Avropa Gürcüstanı” fraksiyasının üzvü Elene Xoştariya bildirib ki, bununla hökumət Tbilisini Moskvanın orbitinə çəkir: “Rusiya işğalçıdır, o qaz iynəsini öz siyasi məqsədlərinə çatmaq üçün istifadə edir. Rusiya şaxələndirmə mexanizminə xidmət edə bilməz. İndi illər lazım olacaq ki, Rusiyadan asılılıq azalsın. Bu yazılı həqiqətləri nə vaxta qədər təkrarlamaq olar?!”

Nazir G.Kobuliya isə bildirib ki, SOCAR Georgia Gas şirkəti martın 1-dən kommersiya abonentləri üçün qazın qiymətini 10.5 faiz qaldıracağını elan edib. Hökumətdə hesab edirlər ki, bu bahalaşma “Qazprom”u bazara daxil etmək üçün kifayət qədər tutarlı əsasdır.

Keçmiş prezidenti Mixail Saakaşvili isə özünün Facebook səhifəsindən hakimiyyətin ünvanına sərt bəyanatla çıxış edib:“Sənin strateji tərəfdaşın Azərbaycan heç vaxt, hətta ən kritik məqamlarda belə qaz təchizatından imtina etməyib, o biri tərəfdə isə qaz kəmərini partladan və Gürcüstanı qışın ortasında qazsız qoyan Rusiya dayanıb. Üstəlik, Azərbaycan qazı Rusiya qazından ən azı 20 faiz ucuzdur”.

Məsələyə hətta enerji ombudsmanı Salome Vardiaşvili də qarışıb. O hesab edir ki, Azərbaycan şirkəti tarifləri niyə artırdığını daha dəqiq əsaslandırmalıdır: “İstənilən tarif artımı yaxşı əsaslandırılmalıdır və sənədlərlə təsdiqlənməlidir. Mən SOCAR-ın mövqeyi haqda eşitmişəm, amma bu kifayət deyil. Tariflərin artırılması ilk növbədə kiçik və orta biznesə təsir edəcək, qaz təchizatçıları insanların vəziyyətini nəzərə almalıdır”(Virtualaz.org).

Gürcüstan tərəfinin qaz aldığı mənbələri şaxələndirmə iddiasından az sonra SOCAR-ın biznes üçün qiyməti qaldırmasını əsas gətirməsi yetərli izahat hesab oluna bilərmi? Bu məsələdə siyasi amillər nə qədər rol oynayır?

Sualları cavablandıran Politoloq Şahin Cəfərli bildirir ki, məsələni bir az aydınlaşdırmağa ehtiyac var: “Rusiya Ermənistana təbii qazı Gürcüstan ərazisi ilə nəql edir. Moskva ilə Tiflis arasında 2017-ci ildə imzalanmış 2 illik tranzit müqaviləsinin müddəti ötən ilin dekabrında başa çatıb. İndi yeni müqavilənin imzalanması üçün danışıqlar aparılır və fevralın sonunda yekunlaşmalıdır. Ermənistana Gürcüstan vasitəsilə qaz nəqlinin yeni şərtləri müəyyənləşəcək. 2017-ci il müqaviləsinə qədər Gürcüstan tranzit haqqı kimi Ermənistana gedən qazın 10 faizini götürürdü. Lakin sonra Moskva tranzit haqqını yalnız valyuta ilə ödəyəcəyini bildirdi və müqavilənin ikinci ilində - ötən il Gürcüstana qaz verməyib, sadəcə maddi ödənişlə kifayətləndi. İndi Gürcüstan köhnə sxemə geri dönüb, yenidən Rusiyadan müəyyən miqdarda qaz almaq istəyir. Məsələnin formal tərəfi budur”.

Politoloq Gürcüstan hökumətinin mövqe dəyişikliyində siyasi amillərin də rol oynamasını istisna etmir: “Son həftələr baş verənlərə nəzər salanda və faktları arxa-arxaya düzəndə bu qənaətə gəlmək üçün əsaslar olduğu görünür. Bilirsiniz ki, əvvəlcə abidə qalmaqalı baş verdi. Sonra “SOCAR-Georgia Gas” şirkəti kommersiya istehlakçıları üçün qazın qiymətini martın 1-dən etibarən qaldıracağını elan etdi. Daha sonra Gürcüstanın iqtisadiyyat və dayanıqlı inkişaf naziri Georgi Kobuliyanın Rusiyadan qaz alacaqlarına dair açıqlamasını eşitdik. Eyni zamanda nazir bəyan etdi ki, bu sahədə inhisar yolverilməzdir və Azərbaycan Gürcüstan bazarında yeganə tədarükçü olmamalıdır. Düzdür, SOCAR-ın Gürcüstandakı törəmə şirkəti hökumətlə razılığa əsasən yerli istehlakçılar üçün tarifləri milli pul vahidinin məzənnəsinə uyğun olaraq müəyyənləşdirir, bu baxımdan rəsmilər deyə bilər ki, qiymətin artırılmasında hər hansı siyasi motiv yoxdur. Amma hər halda, bu qərarın abidə problemindən sonra verilməsi diqqəti cəlb etməyə bilməz. Gürcü nazirin açıqlamalarının məzmunu və tonu da göstərir ki, problem var”.

Ş.Cəfərlinin sözlərinə görə, “Gürcü Arzusu” hakimiyyətə gəldikdən sonra Gürcüstan-Rusiya münasibətləri yüksələn xətt üzrə inkişaf edib: “Bəli, diplomatik əlaqələr bərpa olunmayıb, qarşılıqlı yüksək səviyyəli səfərlər həyata keçirilmir, amma iqtisadi kooperasiya güclənib. Bu gün Rusiya Gürcüstanın əsas ticarət tərəfdaşlarından biridir. Ən son rəqəmləri qeyd etmək istərdim. 2019-cu ilin yanvar ayının yekunlarına əsasən Rusiya Türkiyə və Azərbaycandan sonra Gürcüstanın üçüncü böyük ticarət ortağıdır. Yanvarda iki ölkə arasında ticarət həcmi 88,1 milyon dollar təşkil edib. (Müqayisə üçün: Türkiyə ilə 122 milyon, Azərbaycanla 97,6 milyon dollar.) Gürcüstanın ixracında isə Rusiya ilk sıradadır. Ötən ay Gürcüstan Rusiyaya 39,2 milyon dollarlıq məhsul ixrac edib. Gürcüstanın turizmində də Rusiyanın mühüm payı var. 2018-ci ildə 1,4 milyon nəfərə yaxın Rusiya vətəndaşı Gürcüstana səfər edib və bu, ikinci göstəricidir (İlk sırada bizim vətəndaşlarımızdır.) Göründüyü kimi, qeyri-siyasi sferada ciddi irəliləyişlər var. Mən bunu rusiyapərəstlik kimi qiymətləndirməzdim. Qərb də bu reallığı qəbul edir, ən azı indiyə qədər Gürcüstan-Rusiya əməkdaşlığına sakit yanaşıb. Ümumiyyətlə, “Gürcü Arzusu”nun iqtidara gəlməsi və indiyədək hakimiyyətini davam etdirməsində Qərb-Rusiya qeyri-rəsmi konsensusu ciddi rol oynayıb. Bilirsiniz ki, Saakaşvili radikal qərbyönümlü siyasət aparırdı və Rusiya ilə düşmən olmuşdu.

Məsələləri dərindən bilməyənlərə elə görünə bilər ki, Qərb üçün bu durum sərfəlidir və onlar da elə bunu istəyir. Əslində isə belə deyil. Qərbə sərf edir ki, Gürcüstan Rusiya ilə münasibətlərini müəyyən səviyyədə qorusun və öz addımları ilə onu aqressivləşdirməsin, təhrik etməsin. Yəni 2008-ci ilin avqust hadisələri bir daha təkrarlanmasın. Bu baxımdan Saakaşvilinin iqtidardan getməsi və İvanişvilinin gəlməsində bir qanunauyğunluq var idi”.

Politoloq qeyd edir ki, Qərb Saakaşvilidən dəstəyini çəkmişdi və indi də onu dəstəkləmir: “Məhz bu səbəblə, onlar İvanişvilinin şıltaqlıqlarına, bəzi antidemokratik addımlarına dözüm göstərirlər, çünki hələ də real alternativ məhz Saakaşvilinin ətrafındakı qüvvələrdir. İvanişvili getsə, Saakaşvili qayıdacaq. Bu ehtimal Qərb çevrələrini məmnun etmir. Moskva da öz növbəsində kəskin anti-Rusiya mövqeli Saakaşvili və onun Vahid Milli Hərəkat Partiyasının iqtidara qayıtmasını istəmir və mötədil “Gürcü Arzusu” hökuməti onları qismən qane edir. Düzdür, “Gürcü Arzusu” dövründə Gürcüstanın xarici siyasət kursu dəyişməyib və avroatlantik inteqrasiya sürətlənib. Amma Rusiya iki pis variantdan daha az pis olana – Saakaşvili ilə müqayisədə İvanişviliyə üstünlük verir və gürcü oliqarxla daha asan dil tapır. Ona görə də düşünürəm ki, Gürcüstanın mövcud xarici siyasəti – Rusiya ilə münasibətləri korlamadan avroatlantik inteqrasiya – davam edəcək”.

Müsahibimizin sözlərinə görə, Gürcüstan-Rusiya münasibətlərinin və yaxınlığının ciddi tarixi əsasları var: “1453-cü ildə Konstantinopolun türklərin əlinə keçməsi və Bizansın süqutundan sonra Gürcüstanın (Kartli-Kaxeti) xristian dünyası ilə quru əlaqəsi kəsildi. Onlar müsəlman dünyasının - Osmanlı və indiki İran ərazisindəki dövlətlərin, o cümlədən Səfəvilərin əhatəsində qaldılar: islam okeanında kiçik xiristian adası kimi... Nəticədə xristian-gürcü identikliyinin itməsi təhlükəsi yarandı, arasıkəsilməz hücumlara, istilalara məruz qaldılar. Bu təhlükə və qorxu onlarda 3 əsrdən çox davam etdi və travma yaratdı. Şimalda tədricən xristian imperiyası Rusiyanın güclənməsi gürcülərdə ümid yaratdı və onlar dəfələrlə Rusiya çarlarından yardım istədilər. 1783-cü ilə Georgiyevsk traktatı imzalandı və gürcülər Rusiyanın himayəsinə keçdilər. Həmin travmanın təsirləri bu gün də var. Gürcülər istəyir ki, xristian dünyası ilə əlaqələri heç vaxt itməsin. Ermənistana isti münasibətin təməlində bu yatır, baxmayaq ki, etməni millətçiliyinin onlara qarşı da ərazi iddiaları var. Rusiya ilə də yaxşı əlaqələrin olmasını arzu edirlər, eyni səbəbdən”.

Ş.Cəfərlinin fikincə, NATO-ya daxil olana qədər Gürcüstan Rusiya ilə bu cür “oynamağa” davam edəcək: “Şübhəsiz ki, Gürcüstan-Rusiya-Ermənistan yaxınlaşması və çox az ehtimal olsa da, bu cür üçbucağın yaranması Azərbaycanın maraqlarına tamamilə ziddir. Biz əlverişsiz coğrafi mövqedəyik və dənizə çıxışımız yoxdur. Gürcüstan bizi Türkiyə və Avropa ilə əlaqələndirən, dənizə ən qısa çıxışımızı təmin edən yeganə tranzit məntəqəsidir və bu baxımdan həyati önəmə malikdir. İxrac boru kəmərlərimiz bu ölkədən keçir. Gürcüstanın Azərbaycandan enerji asılılığı olduğu kimi, bizim də onlardan bu cür strateji asılılığımız var. Ona görə də münasibətlərdə problem yaranması qətiyyən bizə lazım deyil, bu, yalınız Azərbaycanın düşmənlərinə sərf edər.

Gürcüstanın NATO-ya qoşulması və demokratik hüquqi dövlət olması Azərbaycanın marağındadır. Belə bir Gürcüstan bizim dünyaya çıxış yolumuzun daim açıq və sabit qalması, eləcə də oradakı soydaşlarımızın mənafeyi baxımından vacibdir. Təbii ki, Gürcüstan dövləti də Azərbaycanla əməkdaşlığın və strateji tərəfdaşlığın əhəmiyyətini qiymətləndirməli, əlaqələrin qorunması və inkişafı üçün lazımi addımları atmalı, münasibətləri korlamağa yönəlmiş təxribatların qarşısını almalıdır”.

Banner
Banner
  • Gürcüstan
  • qaz
Paylaş

Digər xəbərlər

İsraildə Azərbaycan səfirliyinin - AÇILIŞI OLDU
Dövlət 29 Mart 2023
İsraildə Azərbaycan səfirliyinin - AÇILIŞI OLDU
İlham Əliyev Fazil Mustafaya sui-qəsd cəhdini nəzarətə götürüb - PREZİDENTİN KÖMƏKÇİSİ DEPUTATLA GÖRÜŞDÜ
Dövlət 29 Mart 2023
İlham Əliyev Fazil Mustafaya sui-qəsd cəhdini nəzarətə götürüb - PREZİDENTİN KÖMƏKÇİSİ DEPUTATLA GÖRÜŞDÜ
Qanunsuz tikilən fərdi evlərə - QAZ, SU, İŞIQ VERİLMƏYƏCƏK - YENİ QANUNLAR
Dövlət 29 Mart 2023
Qanunsuz tikilən fərdi evlərə - QAZ, SU, İŞIQ VERİLMƏYƏCƏK - YENİ QANUNLAR
Əli Əsədov Rusiya Prezidenti yanında sahibkarların hüquqlarının müdafiəsi üzrə - MÜVƏKKİL İLƏ GÖRÜŞDÜ
Dövlət 29 Mart 2023
Əli Əsədov Rusiya Prezidenti yanında sahibkarların hüquqlarının müdafiəsi üzrə - MÜVƏKKİL İLƏ GÖRÜŞDÜ
Əli Əsədov və Fuat Oktay Hökumətlərarası Komissiyanın işinə dair müzakirə aparıb
Dövlət 29 Mart 2023
Əli Əsədov və Fuat Oktay Hökumətlərarası Komissiyanın işinə dair müzakirə aparıb
Bu gün İsraildə Azərbaycan səfirliyinin - AÇILIŞI OLACAQ
Dövlət 29 Mart 2023
Bu gün İsraildə Azərbaycan səfirliyinin - AÇILIŞI OLACAQ
Fazil Mustafadan ilk açıqlama
Dövlət 29 Mart 2023
Fazil Mustafadan ilk açıqlama
"Gələcəkdə yeni idarəetmə modeli ölkəmizin bütün digər hissələrində də tətbiq edilməlidir"
Dövlət 28 Mart 2023
"Gələcəkdə yeni idarəetmə modeli ölkəmizin bütün digər hissələrində də tətbiq edilməlidir"
Prezidentin yüksək vəzifə verdiyi Məsim Məmmədov kimdir? - DOSYE
Dövlət 28 Mart 2023
Prezidentin yüksək vəzifə verdiyi Məsim Məmmədov kimdir? - DOSYE
Nazirlərin aprel ayı üçün vətəndaş qəbulu cədvəli açıqlanıb - SİYAHI
Dövlət 27 Mart 2023
Nazirlərin aprel ayı üçün vətəndaş qəbulu cədvəli açıqlanıb - SİYAHI
Prezident Administrasiyasından ermənilərə - BİR DAHA TƏKLİF
Dövlət 27 Mart 2023
Prezident Administrasiyasından ermənilərə - BİR DAHA TƏKLİF
Azərbaycan ermənilərin gizli silah daşıdığı yolları kəsən kimi - Şarl Mişel narahat olub İlham Əliyevə zəng etdi
Dövlət 25 Mart 2023
Azərbaycan ermənilərin gizli silah daşıdığı yolları kəsən kimi - Şarl Mişel narahat olub İlham Əliyevə zəng etdi
Banner
Banner
Banner
Banner
Banner
Banner
Banner

XƏBƏR LENTİ

  • Suvarma suyundan istifadəyə nəzarət artırılır – TAPŞIRIQLAR VERİLDİ, RAYONDA GENİŞ TOPLANTI
    18:39 29 Mart 2023
  • Səhiyyə işçiləri də güzəştli ipoteka krediti və sosial mənzil - ALA BİLƏR
    18:27 29 Mart 2023
  • Dolların sabaha olan məzənnəsi - AÇIQLANDI
    18:08 29 Mart 2023
  • İsraildə Azərbaycan səfirliyinin - AÇILIŞI OLDU
    18:02 29 Mart 2023
  • 2023-2025-ci illər üçün Baş Kollektiv Saziş bağlanılıb
    17:58 29 Mart 2023
  • Qazprombank dünya mərkəzi banklarında əsas faiz dərəcələrinin artmasının Azərbaycan iqtisadiyyatına təsirindən danışıb
    17:53 29 Mart 2023
  • Bakıda əhali ərzaq, içki və tütün məhsullarına 3 milyard manata yaxın - PUL XƏRCLƏYİB
    17:48 29 Mart 2023
  • Piyadaların və sürücülərin - DİQQƏTİNƏ!
    17:32 29 Mart 2023
  • Hava ilə bağlı Xəzər dənizindəki gəmilərə - XƏBƏRDARLIQ EDİLDİ
    17:25 29 Mart 2023
  • "Bakı Fond Birjası"nda qeyri-ticarət saatları - MÜƏYYƏN EDİLİB
    17:22 29 Mart 2023
  • Bakıda restoranların dövriyyəsi - 30 FAİZ ARTIB
    17:16 29 Mart 2023
  • “Nar” ardıcıl 4 ildir, Müştəri Loyallığı İndeksində - LİDERDİR
    17:13 29 Mart 2023
  • "İntellekt" liseyinin direktoruna şiddətli töhmət verilib - Müavin işdən çıxarılıb
    17:11 29 Mart 2023
  • Bakıda orta aylıq əməkhaqqı 1087 manat olub - RƏSMİ
    17:06 29 Mart 2023
  • Mədət Quliyev: “Azərbaycan ABŞ-a silah-sursat satır”
    16:57 29 Mart 2023
  • “Uğur” dönər evi bağlandı - QANUNSUZ İŞLƏYİRMİŞ
    16:53 29 Mart 2023
  • Azərbaycanda bu sığorta növü üzrə ödənişlər 4 dəfə artıb
    16:51 29 Mart 2023
  • Nazir: "Azərbaycan İsraillə birlikdə pilotsuz uçuş aparatı istehsal edir"
    16:50 29 Mart 2023
  • Növbəti üç gündə Bakıda intensiv yağış yağacaq, şimşək çaxacaq - XƏBƏRDARLIQ
    16:41 29 Mart 2023
  • Yoluxanların bu günə olan - SAYI AÇIQLANDI - 3 NƏFƏR VƏFAT ETDİ
    16:39 29 Mart 2023
  • Maliyyə Nazirliyində - YENİ TƏYİNAT
    16:36 29 Mart 2023
  • Avtomobillərin icbari sığortası üzrə zərər azalıb – AMMA VƏZİYYƏT TEZLİKLƏ DƏYİŞƏCƏK
    16:33 29 Mart 2023
  • Azərbaycan Formula-1 turistləri üçün - VİZA ŞƏRTLƏRİNİ SADƏLƏŞDİRDİ - SƏRƏNCAM
    16:26 29 Mart 2023
  • İlham Əliyev Fazil Mustafaya sui-qəsd cəhdini nəzarətə götürüb - PREZİDENTİN KÖMƏKÇİSİ DEPUTATLA GÖRÜŞDÜ
    16:20 29 Mart 2023
  • “Xırdalan” əmtəə nişanından qanunsuz istifadə halları - AŞKAR EDİLDİ
    16:14 29 Mart 2023
  • Şirkətlər üçün ən sərfəli sığorta növü – YIĞIMLARI KƏSKİN ARTIB
    16:11 29 Mart 2023
  • Yelo Bank kəndlərdə futbolun inkişafına - DƏSTƏK OLUR!
    16:08 29 Mart 2023
  • Azərbaycandan tranzit keçən avtomobillərdən yol vergisi alınacaq - MƏBLƏĞLƏR
    16:02 29 Mart 2023
  • Pepsi loqosunu yenilədi - FOTO - VİDEO
    15:56 29 Mart 2023
  • Qanunsuz tikilən fərdi evlərə - QAZ, SU, İŞIQ VERİLMƏYƏCƏK - YENİ QANUNLAR
    15:47 29 Mart 2023
  • Mərkəzi Univermağın sahibi - VƏFAT ETDİ
    15:25 29 Mart 2023
  • FHN hava ilə bağlı əhaliyə - MÜRACİƏT ETDİ
    15:20 29 Mart 2023
  • Dövlət qurumu bina icarəsi üçün fiziki şəxsə 348 min manat ödəyəcək - TENDER NƏTİCƏSİ
    15:14 29 Mart 2023
  • 3000-dən çox müəllimin maaşına - 35 FAİZ ƏLAVƏ OLUB
    15:11 29 Mart 2023
  • ABŞ və Yaponiyaya məhsul ixrac edən sahibkar qadın: «Cəmi 120 kvadratmetrdə qorxa-qorxa istehsala başladıq» -  VİDEO
    15:05 29 Mart 2023
  • Naxçıvan da kartla işləməyə başladı - NAĞDSIZ TİCARƏT 2,7 DƏFƏ ARTDI
    15:02 29 Mart 2023
  • Azərbaycanda 88 dövlət əmlakı hərraca çıxarılacaq - SİYAHI
    14:57 29 Mart 2023
  • Əli Əsədov Rusiya Prezidenti yanında sahibkarların hüquqlarının müdafiəsi üzrə - MÜVƏKKİL İLƏ GÖRÜŞDÜ
    14:53 29 Mart 2023
  • AvtoVAZ Sankt-Peterburqdakı zavodda Lada istehsalına başlayacağını - ELAN ETDİ
    14:49 29 Mart 2023
  • Bakı Şəhər Heyvanat Parkı - TENDER ELAN EDİR
    14:46 29 Mart 2023
  • “Evrostroy” Azərbaycan bazarına çıxmaqda maraqlıdır
    14:42 29 Mart 2023
  • "Bakinşaat Group" şirkəti - MƏHKƏMƏYƏ VERİLDİ - SƏBƏB
    14:36 29 Mart 2023
  • “Air Moldova” Kişineu-Bakı istiqamətində - BİRBAŞA REYS AÇIB
    14:36 29 Mart 2023
  • "Araz Supermarket" - MƏHKƏMƏYƏ VERİLDİ - SƏBƏB
    14:29 29 Mart 2023
  • “Bizdə dərman Türkiyədən ucuzdur” dedi - Komitə sədri etiraz etdi
    14:20 29 Mart 2023
  • Oğuz Suvarma Sistemləri İdarəsi - TENDER ELAN EDİR
    14:18 29 Mart 2023
  • Həbsdə olan sabiq icra başçısının - CƏZASI AZALDILIB
    14:14 29 Mart 2023
  • "Fazil Mustafanın müalicəsi davam edir, həkim müşahidəsi altındadır" - RƏSMİ
    14:10 29 Mart 2023
  • "ASK Poliqrafiya" MMC "CTS-Agro"nu - MƏHKƏMƏYƏ VERİB
    14:09 29 Mart 2023
  • Prezident avtomobil yolunun tikintisinə 7,8 milyon manat ayırdı - SƏRƏNCAM
    14:06 29 Mart 2023
  • Yağış yağacaq - SABAHIN HAVA PROQNOZU
    13:06 29 Mart 2023
  • Azərbaycanda fermerlər üçün əkin kalkulyatoru - İSTİFADƏYƏ VERİLİB
    13:03 29 Mart 2023
  • Hökumət yeni sənəd hazırlayır - Dərmanların ölkəyə gətirilməsi sadələşdiriləcək
    12:59 29 Mart 2023
  • Ələt Azad İqtisadi Zonasında bir neçə - ƏCZAÇILIQ FABRİKİ TİKİLƏCƏK
    12:55 29 Mart 2023
  • “Azərişıq” şirkəti “Ev Qur” mağazasının, sement zavodunun və balıqçılıq təsərrüfatının enerjisini taladığını bildirir - VİDEO
    12:48 29 Mart 2023
  • 3 qadın sahibkara maliyyə dəstəyi veriləcək - BİZNESDƏ QADINLARIN GÜCÜ
    12:45 29 Mart 2023
  • Əhliman Əmiraslanov: "Dərmanların ölkəyə gətirilməsi ilə bağlı bürokratik əngəllər aradan qaldırılmalıdır"
    12:45 29 Mart 2023
  • Şəki Suvarma Sistemləri İdarəsi - TENDER ELAN EDİR
    12:40 29 Mart 2023
  • Azərbaycanda 140-a qədər İsrail şirkəti - FƏALİYYƏT GÖSTƏRİR
    12:40 29 Mart 2023
  • Daşkəsən Dəmir Filiz söküntü işləri üçün 944,2 min manat xərcləyəcək - TENDER NƏTİCƏSİ
    12:29 29 Mart 2023
Bütün xəbərlər

SOSİAL MEDİA

logo-modal
Fed.az

Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin 24.11.2022-ci il tarixli Media Reyestri Şəhadətnaməsi əsasında dövlət qeydiyyatına alınmışdır

  • Son Xəbərlər
  • Maliyyə
  • Biznes
  • İqtisadiyyat
  • Sosial
  • Maraqlı
  • Regionlar
  • Əmlak
  • Digər
  • Əlaqə
  • Arxiv
  • Haqqımızda
  • 070 241-00-10
  • [email protected]
  • Bakı şəhəri, Mir Cəlal küçəsi 3

© 2016 - 2023 FED.az | Xəbərlərdən istifadə edərkən istinad mütləqdir!