“Azərbaycan iqtisadi və əlbəttə, siyasi cəhətdən tam müstəqil ölkədir”.
İlham Əliyev
Qısa müstəqillik dövründə Azərbaycan Cənubi Qafqazın lider dövlətinə çevrildi, beynəlxalq qurumlar tərəfindən dünyanın etibarlı tərəfdaşı kimi qəbul edildi. Realaşdırılan bütün iri miqiyaslı enerji, nəqliyyat layihələrinin təşəbbüskarı rolunda dövlət başçısı İlham Əliyev çıxış edir. Azərbaycanın stabil inkişafı ölkənin daxili resursları hesabına təmin edilir, artıq Azərbaycan dünyada güclü iqtisadiyyata malik ölkə kimi tanınır və respublika iqtisadiyyatının bütün sahələrində inkişaf davam edir. Böyük infrastruktur layihələr mərhələlərlə öz həllini tapır.
Son 15 ilin nəticəsidir ki, respublikamızda yüksək rəqabət qabiliyyətinə malik iqtisadiyyat formalaşmışdır. Bu günki güclü iqtisadiyyat Azərbaycanın inamlı və davamlı inkişafının təməl daşıdır. Məhs dayanıqlı və təminatlı iqtisadiyyat əsas verir ki, Azərbaycan heç bir ölkədən və beynəlxalq maliyyə qurumlarından asılı olmasın. Bunu faklar da sübüt edir. Güclü iqtiadiyyat xarici mənfi təsirlərin miqyasını neytrallaşdırır və iqtisadi prosesləri durmadan stimullaşdırır. Bunu son 15 ilin faktları da sübut edir. Belə ki, son 15 ildə ölkə Prezidenti İlham Əliyev tərəfindən qarşıya qoyulan strateji hədəflərə nail olunmuşdur. Bu dövrdə Azərbaycan iqtisadiyyatı 3,2 dəfə, qeyri-neft sektoru 2,8 dəfə, sənaye istehsalı 2,6 dəfə, kənd təsərrüfatı 1,7 dəfə artmış, qeyri-neft ixracı 4,1 dəfə çoxalmış, valyuta ehtiyatları 2004-cü ildəki 1,8 milyard dollardan 2018-ci ildə 46 milyard dollara çatmışdır. Bu onu göstərir ki, Azərbaycan dövləti bir neçə illik ehtiyacların ödənilməsi ilə bağlı ehtiyat yastığına malikdir. Hazırkı dövrdə heç bir dövlət iqtisadiyyatına sərmayə cəlb etmədən inkişaf tapa bilməz. Azərbaycanın xarici borcu ümumi daxili məhsulun təxminən 19 faizini təşkil edir. Ölkəmizin ehtiyatları xarici borcumuzu beş dəfə üstələyir.
Ölkə Prezidenti İlham Əliyevin cəsarətli və qabaqlayıcı siyasi addımlarının və iqtisadiyyatda aparılan köklü dəyişikliklərin bariz nəticəsi olaraq Azərbaycan iqtisadiyyatına son 15 ildə 260 milyard dollarlıq investisiya qoyulmuşdur. Bunun yarısını xarici investisiya təşkil edir. Belə bir həcmdə investisiya qoyuluşundan yararlanan Azərbaycan, eləcə də qlobal layihələrin iştirakçısı olan Türkiyə və Gürcüstan dövlətləri böyük divident əldə etdiyi halda, Cənubi Qafqaz regionunun ən zəif ölkəsi olan təcavüzkar Ermənistan təbii ki, bu layihələrdən kənarda qalmış, ölkə ciddi şəkildə siyasi və iqtisadi böhrana məruz qalmış, işsizliyin və yoxsulluğun səviyyəsi pik həddinə çatmışdır.
Həmin nəticələrin əldə olunmasında dövlət başçısının apardığı uzaqgörən siyasəti fundamental rol oynayır. Həmçinin Avropa ölkələri ilə uğurlu tərəfdaşlıq, ABŞ kimi nəhəng super dövləti və Birləşmiş Krallıq hökümətləri tərəfindən neft-qaz layihələrinə verilən güclü dəstək böyük əhəmiyyətə malikdir.
İqtisdiyyatın inkişafı nəqliyyat, yanacaq və ərzaq təhlükəsizliyi təmin edilmədən mümkün deyildir. Ölkə prezidenti bu prioritet sahələri paralel şəkildə inkişaf etdirmək üçün düşünülmüş siyasətlə ölkənin iqtisadi inkişafina nail oldu. Səmərəli iqtisadi siyasət nəticəsində bu dövrdə Azərbaycanda nəhəng transmilli energetika və nəqliyyat layihələri həyata keçirilmişdir. 2006-cı ildə Xəzər və Aralıq dənizlərini birləşdirən Bakı-Tbilisi-Ceyhan əsas ixrac neft kəməri, 2007-ci ildə Bakı-Tbilisi-Ərzurum qaz kəməri istifadəyə verildi. 2014-cü il sentyabrın 20-də isə Avropanın enerji təhlükəsizliyində əhəmiyyətli yer tutacaq, həmçinin Azərbaycanın perspektiv inkişafında siyasi nüfuzunun artmasında böyük rol oynayacaq Cənub Qaz Dəhlizinin təməli qoyuldu. Səngəçal terminalında Cənub Qaz Dəhlizinin 29 may tarixində Azərbaycan Prezidenti tərəfindən rəsmi açılışı və işə salınması Ulu Öndər Heydər Əliyev cənablarının yaratdığı neft strategiyasının təntənəsinin nəticəsidir. Bu gün Cənub Qaz Dəhlizi layihəsi geosiyasi kontekstdə Azərbaycanın ən böyük nailiyyətidir. Bir düymənin işə salınması ilk qazın Cənubi Qafqaz Dəhlizinə verilməsi nəinki ölkəmizin, eyni zamanda 11 ölkənin və digər xarici şirkətlərin uğurudur.
Cənub Qaz Dəhlizi dünyanın ən böyük layihələrindən biri olaraq Azərbaycanı Avropaya birləşdirir. Bu layihənin həyata keçirilməsi Azərbaycan, Gürcüstan, Türkiyə, Yunanıstan, Bolqarıstan, Albaniya və İtaliyanın siyasi və iqtisadi xəritəsində böyük dəyişikliklərə gətirib çıxaracaq. Rumıniya və Türkmənistanın nümayəndə heyətlərinin bu toplantıda iştirakı layihəyə böyük əhəmiyyət kəsb etdiyini göstərir.
Uzunluğu 3500 kilometr, dəyəri 40 milyard dollardan çox olan bu nəhəng layihə 2018-ci il mayın 29-da Bakıda Cənub Qaz Dəhlizinin, iyunun 12-də isə onun tərkib hissəsi olan TANAP boru kəmərinin rəsmi açılışı olmuşdur. Yaxın zamanda TAP layihəsinin də reallaşdırılması gözlənilir. 1994-cü il sentyabrın 20-də Bakıda imzalanmış Avropanın enerji təhlükəsizliyində əhəmiyyətli rol oynamış, müstəqil Azərbaycanın banisi Heydər Əliyevin şah əsəri olan “Əsrin müqaviləsi”nin – “Xəzər dənizinin Azərbycan sektorunda yerləşən “Azəri”, “Çıraq” yataqlarının və “Günəşli” yatağının dərinlikdə yerləşən hissəsinin birgə işlənməsi və hasilatın pay bölgüsü haqqında Saziş”in müddəti 2017-ci il sentyabrın 14-də 2050-ci ilə qədər uzadılmışdır. Yeni şərtlərə görə, SOCAR-ın payının 11 faizdən 25 faizə qaldırılması, mənfəət neftinin 75 faizinin Azərbaycana verilməsi müqavilədə təsbit olunaraq icrasına başlanmışdır. Bundan əlavə, 8 il ərzində xarici investorlar tərəfindən ölkəyə bərabər hissələrlə bonus kimi 3,6 milyard dollar ödəniləcəkdir. Bu saziş Azərbaycanda uzun illər neftin hasilat səviyyəsinin sabit qalmasına, neft sektoruna xarici investisiya qoyuluşunun təmin olunmasına şərait yaradır.
Respublikamızda müasir sənaye quruculuğu siyasəti önəmli yer tutur. 2014-cü ilin dekabrında təsdiq edilmiş “Azərbaycan Respublikasında sənayenin inkişafına dair 2015-2020-ci illər üçün Dövlət Proqramı”na uyğun olaraq, ölkəmizin paytaxtında və regionlarda yeni sənaye müəssisələri yaradılır, Pirallahıda, Sumqayıtda, Mingəçevirdə və digər ünvanlarda sənaye parkları formalaşdırılır. Ölkəmiz qısa müddətdə orbitə üç peyk çıxardaraq dünya kosmos ailəsinin üzvünə çevrilmişdir. Artıq ölkədə kosmik senaye sahəsi yaradılıb, Azərbaycan kosmik ölkələr klubunun üzvüdür və dövlət tərəfindən bu sahəyə böyük diqqət yetirilir. Aərbaycanda İKT-nin inkişafı üzrə görülmüş işlər beynəlxalq təşkilatların hesabatlarında da öz əksini tapmaqdadır. Belə ki, statistik məlumata əsasən Azərbaycan Dünya İqtisadi Forumunun “Qlobal İnformasiya Texnologiyaları 2016” hesabatında “Şəbəkələşmə Hazırlığı İndeksi”nə görə əvvəlki mövqeyindən 4 pillə irəliləyərək dünyanın 139 ölkəsi arasında 53-cü yerə yüksəlmiş.
Son bir ildə istifadəyə verilən bir sıra nəhəng istehsalatlar milli iqtisadiyyatımızın gücünü daha da artırıb. 2018-ci ldə Türkiyədə Azərbaycanın səmayələri hesabına inşa olunan nəhəng “Star” neft emalı zavodu istifadəyə verildi.
Zavodun işə düşməsi sayəsində ölkəmizə əlavə gəlir gətirməklə, ölkəmizin maliyyə imkanlarının artmasına səbəb olacaqdır. Respublikamızda 2018-ci il iyulun 18-də Azərbaycan Prezidenti İlham Əliyevin və İtaliya Prezidenti Sercio Mattarellanın iştirakı ilə “SOCAR Polymer” layihəsi çərçivəsində inşa edilən daha bir nəhəng sənaye müəssisəsi – yüksəksıxlıqlı polietilen zavodu Prezident İlham Əliyevin iştirakı ilə istifadəyə verilib. İlkin mərhələdə “SOCAR Polymer” zavodları ildə 10 çeşiddə 184 min ton polipropilen və 4 çeşiddə 120 min ton yüksəksıxlıqlı polietilen istehsal edəcək. SOCAR-ın yeni sənaye kompleksi daxili bazarın tələbatını tam ödəyəcək və məhsulun qalan 75 faizini Türkiyə və Avropa bazarlarına ixrac edəcək.
Sumqayıt Kimya Sənaye Parkının ərazisində 2019-cu ilin yanvar ayında istifadəyə verilən “SOCAR karbamid” zavodunun istehsala başlaması isə ölkəmizdə azot gübrəsi idxalına ehtiyacı aradan qaldıracaq, ölkənin ixrac imkanlarını daha da artıracaq, bununla da xarici valyuta məsrəfini azaldacaq. Zavod ildə 435 milyon kubmetr təbii qaz həcmindən xammal kimi istifadə etməklə 650-660 min ton karbamid məhsulu istehsal etmək gücündədir. İstehsal həcminin 70 faizi ixrac üçün nəzərdə tutulur ki, bu da ölkəyə hər il 160 milyon dollara qədər əlavə gəlirin daxil olmasına imkan verəcək.
Beynəlxalq Nəqliyyat Dəhlizlərinin yaradılması sahəsində böyük işlər Prezident İlham Əliyevin siyasi iradəsinin mübariz nəticəsidir. Mərkəzi və Orta Asiyanın nəqliyyat infrastrukturunu Yaxın Şərq və Avropa ilə birləşdirən Bakı-Tbilisi-Qars dəmir yolunun təməli 2007-ci ildə qoyulmuş, 2017-ci il oktyabrın 30-da isə paytaxtımızda rəsmi açılışı olmuşdur. Bakı-Tbilisi-Qars dəmir yolu xətti təkcə 3 ölkəni birləşdirən regional layihə deyil, eyni zamanda, Asiya və Avropa qitələrini birləşdirir. Bu dəmir yolu Şərq-Qərb nəqliyyat dəhlizinin mühüm hissəsidir. Bundan başqa, Azərbaycan Rusiya Federasiyası, İran və Gürcüstanla sərhədinə qədər yeni magistral avtomobil yolları istifadəyə verilmişdir.
2018-ci il sentyabrın 18-də 204 kilometr uzunluğunda yeni Ələt-Astara-İran İslam Respublikası ilə dövlət sərhədi magistral avtomobil yolunun istismarına başlanması ilə Azərbaycan öz ərazisində “Şimal-Cənub” nəqliyyat dəhlizi layihəsinin reallaşması istiqamətində bütün işləri çox böyük uğurla başa çatdırmışdır. Heç şübhəsiz bu Beynəlxalq Nəqliyyat Dəhlizindən ölkəmiz iqtisadi baxımdan böyük dividentlər əldə edərək, dövlətimizin maliyyə dayanıqlığını daha da gücləndirəcək və Avropa və Asiyanı birləşdirən mühüm logistika mərkəzlərindən birinə çevriləcəkdir.
Ötən il ölkəmiz 15 milyon ton yük və 100 min konteyner yükaşırma qabiliyyətinə malik yeni beynəlxalq Bakı Dəniz Limanını istifadəyə verdi. Gələcəkdə onun imkanları 25 milyon ton və 1 milyon konteynerə qədər artırıla bilər.
Müasir nəqliyyat infrastrukturunun yaradılması və inkişaf etdirilməsi Azərbaycanın prioritet istiqamətlərindən biridir. Azərbaycan ərazisində son 15 ildə 15 min kilometr yol və avtomagistrallar çəkilib. Davos Dünya İqtisadi Forumunun hesablamalarına görə Azərbaycan yolların keyfiyyətinə görə dünyada 34-cü yerdədir.
Ölkə Prezidenti İlham Əliyev Pekində keçirilən 2-ci “Bir kəmər, bir yol” Beynəlxalq Əməkdaşlıq Forumunda deyib: “Biz neft və qazımızı beynəlxalq bazarlara nəql etmək üçün çoxsaylı boru kəmərləri tikmişik və əsas hədəfimiz iqtisadiyyatımızı şaxələndirmək, insan kapitalına investisiya yatırmaq və inkişaf üçün dayanıqlı imkanlar yaratmaqdır. Şaxələndirməyə gəldikdə, bizim diqqətimiz əsasən sənayenin, kənd təsərrüfatının, turizmin, xidmətlər sektorunun, informasiya və kommunikasiya texnologiyalarının inkişafına yönəlib”. Bu gün Azərbaycan elektrik enerjisini Neft və qazı ixrac edən ölkələrdən biridir. Nəgliyyat sahəsində də investisiyaların yatırılması ölkəmizin strateji hədəflərindən biridir. Asiya ilə Avropa arasında nəgliyyat dəhlizinin qurulmasında coğrafi məkanımız da əsas və həlledici rol oynayır.
Böyük ipək yolu üzərində “Bir kəmər bir yol” layihəsi müasir dünyanın ən böyük marşrutunun reallaşdırılması, milyardlarla investisiya qoyuluşuna tələbat yaradacaqdır və ölkələr arasında ticarət dövriyyəsinin genişləndirilməsinə xidmət göstərəcəkdir. Dünya iqtisadiyyatının ikincisi olan Çin dövləti bu Layihənin təşfigində əsas investorlarından biri olaraq böyük rol oynayır, ölkəmizdə bu Layihənin reallaşdırılmasına böyük önəm verir. 25 aprel 2019-cu il tarixində Çinin Paytaxtı Pekin şəhərində keçirilən “Bir kəmər bir yol” əməkdaşlıq Forumunda Layihənin müzakirəsi öz miqyasına və cəlbediciliyinə görə beynəlxalq əhəmiyyətə malikdir. Bu Forumda dünyanın 37 ölkəsinin dövlət və hökümət başçıları iştirak edib. Həmin Layihə Asiya, Avropa və Afrika gitələrini əhatə edəcək. Bu gün dünyanın 150 ölkəsi bu Layihənin icrasında maraqlıdır. Azərbaycandan keçən bu yol ən əlverişli və cəlb edicidir, çünki bu dəhliz həm çox təhlükəsiz, həm də digər marşrutlardan fərqli olaraq ən qısa yoldur. Ümumiyyətlə yüklərin Azərbaycan üzərindən daşınması ölkəyə böyük dividend gətirəcək. Bu gün dünya iqtisadiyyatının nəhənglərindən biri olan Çinin xarici ticarət dövriyyəsi 4,6 trilyon ABŞ dolları həcmindədir. Son statistik məlumatlara görə Cənubi Qafqazın lider dövləti olan Azrbaycanın ticarət dövriyyəsi 20 milyard ABŞ dolları təşkil edir. Azərbaycan və Çin arasında ticarət dövriyyəsi son dövrlərdə 1.5 milyard ABŞ dolları təşkil etmişdir. Bu da kifayət gədər böyük rəqəmdir. Azərbaycan və Çin şirkətləri arasında Pekin şəhərində ümumi dəyəri 821 milyon ABŞ dolları həcmində ticarət müqaviləsi bağlanmışdır. Bu müqavilələrin bağlanması hər şeydən əvvəl ölkəmizdə bərqərar olunmuş siyasi və iqtisadi sabitliklə, respublikamızda yaranmış investisiya mühiti ilə əlaqədardır.
Ölkə Prezidentinin yeni yanaşması, mətin və cəsarətli addımları hesabına problemlər həllini tapır, iqtisadi islahatlar hesabına sosial sahədə ciddi addımlar atılır. Sosial layihələrin reallaşması hesabına 3 milyona yaxın insanın maddi imkanları yaxşılaşmışdır.
Minimum əmək haqqının, minimum pensiyanın təxminən 40 faiz qaldırılması da böyük hadisədir. Ölkəmizdə aparılan ciddi iqtisadi islahatlar dövlətin maliyyə imkanlarını artıraraq əlavə gəlirlər gətirir. Artıq bu ilin əvvəlindən büdcəyə kifayət qədər böyük məbləğdə vəsait daxil oldu və əldə olunan əlavə büdcə gəlirləri ilk növbədə vətəndaşların sosial müdafiəsinə – o cümlədən maaşların, pensiyaların qaldırılmasına yönəldilir. 2019-cu ilin mart ayında sosial müavinətlər orta hesabla iki dəfə artırılıb və 600 minə yaxın insan bu layihədən faydalanacaq. Azərbaycanın bu ilki iqtisadi göstəriciləri artımın olduğunu təsdiq edir, belə ki, ümumi daxili məhsul 3 faiz artıb, inflyasiyanın səviyyəsi 2,1 faizdir.
Ölkəmizdə 2018-ci ilin ikinci yarısından islahatların aparılması üçün fəal iş aparıldı və bu ilin əvvəlindən geniş miqyaslı islahatlara start verildi.
Ölkə əhalisinin rifahını yüksəltmək, sosial müdafiəsini təmin etmək, dövlətin sosial-iqtisadi konsepsiyasının prioritetlərindəndir. Bu istiqamətdə reallaşdırılan iqtisadi və institusional islahatlar əhalinin yaşayış səviyyəsinin yaxşılaşdırılmasında, əhalinin məşğulluğunun və gəlirlərinin artmasında, yoxsulluq səviyyəsinin daha da azaldılmasında öz müsbət nəticələrini göstərir. Dünyada baş vermiş maliyyə-iqtisadiböhran ölkəmizdən də yan keçməmiş. Qlobal böhranın ölkə iqtisadiyyatına təsirləri borc alanların ödəmə qabiliyyətinin zəifləməsinə, kredit təşkilatlarından xarici valyutada borc almış vətəndaşların bank sistemi qarşısında vaxtı keçmiş kreditlər üzrə öhdəliklərinin artmasına və bu öhdəliklərin yerinə yetirilməsi ilə bağlı məsələlərə məhkəmə qaydasında baxılma hallarının çoxalmasına gətirib çıxarmışdır.
Son dövrdə respublikada makroiqtisadi sabitliyin təmin olunması, iqtisadi inkişaf templərinin bərpa edilərək artması, maliyyə imkanlarının genişlənməsi Ölkə Prezidenti humanist addımları hesabına problemli kreditlər məsələsi həllini tapdı. Ölkə vətəndaşları bunu yüksək qiymətləndirirlər.
Ölkə rəhbəri tərəfindən çox ciddi qərar qəbul edildi, bu vətəndaşların maraqlarını maksimum nəzərə alan qərar oldu. Təqribən 800 minə yaxın fiziki şəxs bu fərmandan faydalanacaq.
Təhsil və səhiyyə sahəsində ciddi islahatlar aparılır. Təhsil sahəsində 3200-dən çox məktəbin tikilməsi, 100 mindən çox tələbənin taqaüdünün əhəmiyyətli dərəcədə artması onların maliyyə vəziyyətini yaxşılaşdırdı.
Səhiyyə sahəsində də islahatlar davam edir. 2020-ci ildən icbari tibbi sığorta sistemi həyata keçiriləcək.
İnşaat iqtisadiyatın təkan verəci sektorundan biridir, İnşaat sektorun inkişafı əhalinin məşğulluğunun və gəlirlərinin artmasında müsbət rol oynayır.
Ölkəmizin müstəqil siyasəti nəticəsində iqtisadi müstəqillik inamlı inkişafın təməlində dayanır və bu gün güclü iqtisadiyyat qurucusu olan Prezident İlham Əliyev iqtisadiyyatın şaxələnməsini ölkənin qarşıya qoyduğu əsas hədəf kimi qəbul edir.
Ölkə Prezidenti İlham Əliyev Nazirlər Kabinetinin iclasındakı nitqində vurğulayıb: “İqtisadi müstəqillik bizə imkan verir ki, müstəqil siyasət aparaq, Azərbaycan xalqının maraqlarını müdafiə edək”.
Ölkədə aparılan islahatlar nəticəsində bütün sahələrdə nailiyyətlər əldə edilir, Azərbaycan xalqı sabitlik və əminəmanlıq şəraitində yaşayır, iqtisadi sahədə, sosial məsələlərin həllində, infrastruktur layihələrin icrasında mühüm rol oynayır.
İqtisadçı alim
Zakir Zeynalov