İrana 30 tona yaxın müxtəlif qida məhsulları göndərilib.
Pezeşkian İlham Əliyevə zəng etdi
FED.az biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, bu sözləri jurnalistlərə açıqlamasında Azərbaycan Dövlət Ehtiyatları Agentliyinin Ehtiyatlara Nəzarət Departamentinin direktoru Emin Həsənzadə deyib.
O bildirib ki, Azərbaycan Prezidentinin tapşırığına uyğun olaraq Fövqəladə Hallar Nazirliyinin avtomobilləri ilə İrana 30 tona yaxın qida məhsulları yolla salınır:
"Humanitar yardıma un, düyü, qənd, çay, eyni zamanda dərman ləvazimatları da daxildir. Avtomobillər artıq yola düşməkdədir". (apa)











