Azərbaycanın büdcə təşkilatlarınd aparıan nəzarət tədbirləri göstərib ki, dövlət satınalmalarında iki ciddi problem var.
Eləcə də bax: Hesablama Palatası dövlət qurumlarında - 561 POZUNTU AŞKARLAYIB
FED.az xəbər verir ki, bu barədə Hesablama Palatasının sədri Vüqar Gülməmmədov Milli Məclisin komitə iclasında Hesablama Palatasının 2019-cu ildə fəaliyyətinə dair Hesabatı ilə bağlı çıxışında bildirib.
Onun sözlərinə görə, birinci məsələ ehtimal olunan qiymətin düzgün müəyyənləşdirilməməsi və ya alınacaq malların (iş və xidmətlərin) həmin dövrə olan bazar qiymətindən baha olması ilə bağlıdır: «Qeyd etmək istərdim ki, 2019-cu ilin 1-ci rübün sonunda Nazirlər Kabineti tərəfindən qəbul edilmiş Qərarda ehtimal olunan qiymətin hesablanması ilə bağlı 4 üsul müəyyən edilmişdir. Fikrimizcə, bu Qərarın qəbulu dövlət satınalmalarında ehtimal edilən qiymətlə orta bazar qiymətinə uyğunluğunun təmin edilməsində müsbət addımlardandır»-deyə Palata sədri bildirib.
İkinci əsas problem dövlət satınalmasında şəffaflığın və rəqabətliliyin təmin edilməsi ilə bağlıdır. Palata rəhbəri bildirb ki, 2018-ci ildə keçirilmiş dövlət satınalmalarına dair aidiyyəti məlumatlar Hesablama Palatası tərəfindən təhlil edilmiş və hal-hazırda da 2019-cu il üçün analoji təhlil aparılmaqdadır: «Müsabiqəsiz satınalmaların sayında hər əvvəlki ilə nisbətən azalma müşahidə edilsə də, lakin xüsusi çəki göstəricisinə görə bu metod digərlərinə-rəqabətli satınalmalara nisbətən daha irəlidədir. Hesab edirik ki, dövlət satınalmalarına nəzarət qanunvericiliyə əməl olunması və dövlət satınalmalarında effektivliyin qiymətləndirilməsi kimi iki əsas mərhələdən ibarətdir».