FED.az olaraq bu yazıda imtahanda iştirak edən və yaxud gələcəkdə iştirak etmək istəyənlər üçün maraqlı olan bir çox məqamlara aydınlıq gətirəcəyik.
Belə ki, əvvəlcə mövzunu suallar ətrafında dəyərləndirək:
- İmtahan çətinliyinin hansı dərəcədə olması;
- Keçmiş dövr imtahanlarla müqayisədə fərqli məqamlar;
- Sualların əhatə etdiyi əsas mövzular;
- Yeni qaydaların namizədlərə müsbət və mənfi cəhəti.
Azərbaycan dili – 40 %; Qanunvericilik – 23 %; İnformatika – 34 %; Məntiq – 49 %.
Keçmiş dövr imtahanlarla müqayisədə imtahanın fərqi kompüter vasitəsilə deyil, kağız daşıyıcılarda olan test kitabçalarında keçirilməsi və imtahan vaxtının 2 saat 30 dəqiqə deyil, 3 saat olmasıdır. Bunun namizədlər üçün əsas mənfi cəhəti düzgün hesab etdikləri test tapşırıqlarını cavab kartına səhv köçürmə ehtimalının daha çox olması və eyni zamanda bunun əlavə vaxt israfına səbəb olmasıdır.
Əvvəlki dövrlərdən fərqli olaraq namizədlərə imtahan balına uyğun olaraq müvafiq təsnifat üzrə 5 il qüvvədə olan Sertifikat təqdim olunur.Müvafiq kateqoriya üzrə Sertifikat əldə etmiş namizəd yalnız həmin kateqoriya və alt qrupları üzrə müsabiqəyə çıxarılmış və vəzifə şərtlərinə uyğun olduqları vakant inzibati vəzifənin tutulması üçün müsahibədə iştirak edə bilərlər. Namizəd 10 iş günü ərzində Sertifikatın əldə olunması üçün müraciət etməlidir (müraciət linki: https://eservices.dim.gov.az/dqq/Xidmet/CertReg ).
40 sualdan ibarət olan qanunvericilik fənn blokunda suallar proqramı əhatə etməklə yanaşı proqrama yeni salınmış qanunların hər birindən 2-3 sual salınmışdır.Ümumi götürüldükdə isə AR Konstitusiyası və "Dövlət qulluğu haqqında" Azərbaycan Respublikasının Qanunundan bir yerdə 20-22 sual, “Elektron imza və elektron sənəd haqqında”, "Dövlət qulluqçularının etik davranış qaydaları haqqında", “Dövlət orqanlarında, dövlət mülkiyyətində olan və paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslərdə və büdcə təşkilatlarında kargüzarlığın aparılmasına dair Təlimat” , "Korrupsiyaya qarşı mübarizə haqqında", "Vətəndaşların müraciətləri haqqında" qanunun hər birindən 2-3 sual salınmışdır. Digər mövzulardan isə 1 sual və bir neçə mövzuları əhatə edən test tapşırıqlarından istifadə olunmuşdur.
15 sualdan ibarət olan İnformatika fənn blokunda isə ən çox suallar MS Office proqram paketinə aid olmaqla yanaşı daha çox praktiki quruluşa əsaslanırdı.
Serifikatın əldə olunması qaydaları və müsahibə mərhələsi barədə ətraflı məlumatla növbəti yazımızda tanış ola bilərsiz.