Azərbaycan və Ermənistan XİN rəhbərləri Ceyhun Bayramov və Ararat Mirzoyan sülh müqaviləsi layihəsi ətrafında müzakirələr aparacaqlar.
FED.az xəbər verir ki, nazirlərin görüşü Almaniya XİN-in Borsiq villasında keçirilir.
***
Azərbaycan və Ermənistan xarici işlər nazirləri Ceyhun Bayramov və Ararat Mirzoyan arasında görüş başlayıb.
FED.az xəbər verir ki, görüş haqqında informasiyanı Ermənistan mətbuatı paylaşıb.
Nazirlər Almaniyanın paytaxtı Berlin şəhərində görüşürlər.
Qeyd edək ki, fevralın 17-də Münxendə Azərbaycan Prezidenti İlham Əliyevlə Almaniya Kansleri Olaf Şolts və Ermənistanın baş naziri Nikol Paşinyan arasında görüş keçirilib. Nəticədə tərəflər Azərbaycan və Ermənistan xarici işlər nazirləri səviyyəsində danışıqların aparılması barədə razılığa gəliblər. (Report)