Azərbaycanın kənd təsərrüfatı sahəsində fermerləri maraqlı yenilik gözləyir.
FED.az xəbər verir ki, prezident İlham Əliyevin «Torpaq münasibətlərinin tənzimlənməsi ilə bağlı bəzi məsələər aqqında» fərmanına əsasən fermerlərə subsidiyalar yalnız torpaqların çıxarışı olmaqla veriləcək., digər sənədlər subsidiya almaq üçün əsas sayılmayacaq.
Fəran və ıonun gətirdiyi yeniliklərin detalları Real TV-ə yayımlanan «Fermerin real dostu» verilişində açıqlanıb. Verilişdə bununla bağlı sualları cavablandıran Kənd Təsərrüfatı Nazirliyinin Torpaqdan istifadəyə nəzarət şöbəsinin müdiri Firudin Tağıyev bildirib ki, vaxtilə – 1996-cı ildə aparılan torpaq islahatı həmin dövrün texnologiyasından istifadə etməklə aparılırdı və əhaliyə torpaqların ən yaxşı və ən münbit hissəsi paylanılıb. İslahat zamanı kənd sakinlərinə pay torpaqları paylanarkən bir neçə növ sənədlər mövcud olub. Bunlar dövət aktı və şəhadətnamələr idi. Dövlət aktı torpaqdan daimi istifadə üçün, şəhaətnamə isə torpaqdan müvəqqəti istifadə hüüququ, yəni icarə hüququnu təsdiq edirdi. Bu sənədlərə el arasında «qırmızı» və «göy» kağız deyilirdi.
Son illər fermerlərə əkin subsidiyaları da bu sənədlər əsasında verilib. 2020-ci ildən etibarən Kənd Təsərrüfatı üzrə bütün dövlət yardımları - subsidiyalar daha şəffaf formada – EKTİS vasitəsilə verilir və bu sistemdə fermerlərdən tələb olunan məsələ öz hüquq müəyyən edici sənədləri ilə gəlib qeydiyyata düşməkdir.
«Bunun üçün hər bir fermer elektron höumət portalı ilə qeydiyyatdan keçərək e-aqro-da kabinet yaradır. Özlərində olan torpaq sahəsini bəyan edir və subsidiya alırlar»-deyə şöbə müdiri bildirib.
Bununla yanaşı, Firudin Tağıyev bildirib ki, EKTİS sisteminin tətbiqindən sonra sonra elektronlaşmaya keçid bu sahədəki bəzi boşluqları göstərməə başladı, bunlardan biri də məhz bu sənədlərlə bağlıdır. «Qırmızı sənəd» daşınmaz əmlarınreyestrindən çıxarış sənədidir və ən mötəbər sənəd kimi qəbul edilir. Çıxarışların toplandığı Daşınmaz Əmlakın Dövlət Reyestri ilə EKTİS arasında inteqrasiya var. Və bizim üçün ən optimal yanaşma məhz çıxarışdır. Burada torpağın fermerə aid olduğu dəqiq bilinir».
«Göy sənəd» isə torpaq saşəsinin kadastr planıdır və bu keçmiş Torpaq Komitəsi tərəfindən vətəndaşlara verilən texniki sənəddir. Təəssüflər olsun ki, fermerlər elə bilir ki, bu sənəd hüquqi qüvvə daşıyır, amma elə deyil, bu texniki sənəddir. Və bizə yalnız həmin tropağın məkan göstəricilərinin yerini bilmək üün tələb olunur. Yəni bu - əlavə bir sənəd kimi tələb olunur, olmasa da olar»-deyə şöbə müdiri bildirib.
F.Tağıyev bildirib ki, subsidiya alanda göy sənəd, yəni kadastr planı tələb olunmur: «Vətəndaşlarda haqlı sual doğuran məqam budur ki bizim əlimizdə sənəd var, amma bu qəul olunmur. Bu belə deyil. Sədəcə bu sənəin hüquqi qüvəsi olmadığından o EKTİSdə qəbul olunmur. Yəni subsidiya alınması üçün bu sənədin bir hüquqi qüvvəsi yoxdur».
Şöbə müdiri qeyd edib ki, prezidentin «Torpaq münasibətlərinin tənzimlənməsi ilə bağlı bəzi məsələər aqqında» fərman bu sahədəki boşluqların həlli istiqamətində atılan ciddi addımdır və vtəndaşlara, xüsusilə kənd təsərrüfatı istehsalçılarına ciddi dəstəkdir.
Onun sözlərinə görə, torpaq islahatı nətiəsidə 860 mindən artıq ailə torpaq payı alıb. 50 min ailə isə torpaqlarını alsalar da mülkiyyət hüququ ala bilməmişdilər.
İslahat zaman təxminən 50 min civarında mülkiyyətçi torpaq sənədi əldə etməmişdi, hansı ki, onların bəzilərinə ümumiyyətlə sənədlər verilməmişdi, bəziləri isə yalnız həmin texniki sənədi almışdı. Buna görə də prezidentin fərmanında onların yenilənməsi və çıxarışla təmin olunması barədə müvafiq dövlət orqanlarına tapşırıqlar verilib. Əsas məsələlərdən biri odur ki, sənədlərin yenilənməsi, yəni vətəndaşların çıxarış əldə etməsi dövlətin hesabına olacaq.
«Bu fərman imkan yaradır ki, həmin şəxslər sadəcə şəxsiyyət vəsiqələri təqdim etməklə DƏDRX-in yerli qurumlarına və ya DAİM-lərə müraciət etsinlər, eyni zamanda «Səyyar Asan» xidmətlərinə müraiət edərək çıxarış ala bilərlər. Bu heç bir xərc çəkmədən olacaq».
Əsas yenilik isə odur ki, fərmana əsasən, 2025-ci ildən etibarən bütün dövlət yardımları yalnız çıxarış, yəni DƏDRX-dən çıxarış (torpaq üçün «kupça») əsasında veriləcək. «Doğrudur, əksər fermerlərin əllərində olan sənəd dövlət aktıdır, bunlar təbii ki, hüquqi qüvvəyə malikdir, amma 2025-ci ilədək DƏDRX-ə müraciət etmək lə bu sənədlər də çıxarışa çevrilməlidir. Fermerlərə tövsiyə edirik ki, bu vaxtı səmərəli istifadə etsinlər və sənədləri ilə yaxınlaşıb onları qaydaya salsınlar».