Azərbaycanda dövlət qurumlarına edilən zənglərin təqribən 40%-i cavabsız qalır. Əgər bu zənglər qurumun qaynar xəttinə deyil, stasionar telefonuna edilirsə, zənglərin yarıdan çoxu cavabsız qalır.
FED.az xəbər verir ki, bu barədə Sosial Tədqiqatlar Mərkəzi tərəfindən keçirilən sorğuda məlum olub.
Monitorinq zamanı 25 mərkəzi icra hakimiyyəti, 10 publik hüquqi şəxs və bir çox dövlət qurumlarının (orqanlarının) kommunikasiya xətlərinin fəaliyyəti və vətəndaşların zənglərinin cavablandırılması üzrə mövcud vəziyyəti araşdırıb.
Ümumilikdə 41 dövlət orqanının (qurumunun) kommunikasiya xətlərinə 21 iş günü ərzində günün birinci və ikinci yarısı üzrə ümumilikdə 1518 zəng edilib.
Real vəziyəti öyrənmək üçün zənglər həm stasionar həm qaynar xətlərə, eləcə də həm günortadan əvvəl, həm də günortadan sonra edilib. Bütün zənglərin də video qeydiyyatı aparılıb.
Araşdırma zamanı 41 dövlət qurumunun stasionar nömrələrinə və qaynar xətlərinə edilən 1 518 zəngin ümumi olaraq 62%-nə cavab verilib, 38%-nə cavab verilməyib. Başqa sözlə, monitorinq nəticəsində qeydə alınan 1518 zəngdən 943-nə cavab verilib, 575 zəngə cavab verilməyib.
Dövlət qurumlarında zəngə cavab vermə dərəcəsi qaynar xətt və stasionar telefonlar üzrə frəqli olub.
Xüsusilə ən pis göstəricilər stasionar telefonlarda qeydə alınıb. Belə ki, stasionar nömrələrinə edilən ümumi zənglərin yalnız 47,6%-nə cavab verilib, yarıdan çoxuna, yəni 52,4%-nə isə cavab verilməyib.
Bu məsələdə günən birinci və ikinci yarısındakı vəziyyət təqribən eynidir. Günün birinci yarısında zənglərin 46,5%-nə cavab verilib, 53,5%-nə cavab verilməyib. Günün ikinci yarısında stasionar nömrələr üzrə cavab verilmiş zənglər 48,8%, cavab verilməmiş zənglər 51,2% təşkil edib.
Dövlər qurumlarının qaynar xətlərinə edilən zəngldərin isə əksəriyyətinə, təqribən 79%-nə cavab verilib, 21%-nə cavab verilməyib.
Burada da günün 1-ci və 2-ci yarısı üzrə nəticələr ciddi fərqlənməyib. Günün birinci yarısında zənglərin 78,6%-nə, günün ikinci yarısında isə 79,3%-nə cavab verilib, 20,7%-nə cavab verilməyib.
Amma araşdırma zamnı təkcə zəngə cavab verilməsi deyil, bunu nə qədər vaxt apardığı da araşqdırılıb.
Məlum olub ki, cavab verilən 943 zəngin 80%-nin gözləmə müddəti 10 saniyəni keçmir.
Zənglərin 6%-də gözləmə müddəti 10 saniyədən 1 dəqiqəyədək uzanır, hər 10 zəngdən birində vətəndaş cavab almaq üçün 1-5 dəqiqə gözləyir. Cavab verilən zənglərin 3,6%-nin gözləmə müddəti isə 5 dəqiqədən çox olub. Ümumilikdə, araşdırma zamanı məlum olub ki, bəzi zənglər üçün gözləmə müddəti 20 dəqiqəni keçir.
Sosial Tədqiqatlar Mərkəzi bu araşdırmanı 2022-ci ilin oktyabr-noyabr aylarında aparıb. Yaxın günlərdə isə STM ayrı-ayrı dövlət qurumlarında zənglərə cavab vermək üzrə vəziyyəti ayrıca açıqlayacaq.