Azərbaycanda dövlətə məxsus daşınmaz və daşınan əmlakların qiymətlər ilə bağlı mühüm yenilik baş verib.
FED.az xəbər verir ki, Nazirlər Kabineti “Qiymətləri (tarifləri) dövlət tərəfindən tənzimlənən malların (işlərin, xidmətlərin) Siyahısı”nda dəyişiklik edib.
Yeni qərara görə, sözügedən siyahıdan 35-ci hissə çıxarılıb. Bu hissə dövlət əmlaklarının qiymətinin müəyfən edilməsi ilə bağlı idi. Başqa sözlə, indiyədək dövlətə məxsus daşınmaz və daşınan əmlakın qiymətləri dövlət tərəfindən müəyyən edilirdi. İndi isə bu əmlakların qiymətinin müəyən edilməsi dövlət nəzarətindən çıxarılıb və özəl sektora həvalə ediləcək.