Yeni aparılan araşdırma göstərir ki, almanların yarıdan çoxu sığınacaq axtaranlara mənfi prizmadan yanaşır. Ölkəyə gələn qaçqınların sayının azalmasına baxmayaraq onlara qarşı mənfi münasibət göstərən almanların sayı artır. FED.az xəbər verir ki, bu barədə Almaniyada fəaliyyət göstərən “Leqat”inteqrasiya mərkəzindən məlumat daxil olub.
Məlumatda deyilir ki, Fridrix Ebert Fondu tərəfindən aparılan təhqiqatın təqdimatı keçirilib. Təqdim olunan təhqiqatın müəllifləri hesab edirlər ki, sağçı populistlərin qaıçqınlara münasibəti Almaniyada “normal” hala çevrilib. Bu Fond 2002-ci ildən başlayaraq cəmiyyətin sağ qanadının davranışları barədə hesabatlar dərc edir.
Bielefeld Universiteti tədqiqatçılar qrupu tərəfindən aparılan təhqiqata görə, Almaniyada respondentlərin arasında sığınacaq axtaran şəxslərə qarşı mənfi münasibət rekord həddə çatıb və hazırda ölkə əhalisinin 54.1%-i təşkil edir. Rəqəmlər 2014-cü illə, yəni Almaniyaya kütləvi köçdən əvvəlki vəziyyətlə müqayisədə daha yüksəkdir. 2014-cü ildə almanların 44% -i bu qrupla – yəni sığınacaq axtaranlarla bağlı narahatlıqlarını ifadə edir.
Eləcə də bax: "Bəzən turistlər 2-3 gündən sonra getməyə yer tapmır"
2016-cı ildə, köç dalğasının zirvəsindən sonra aparılan sorğu zamanı isə insanların 49,5 faizi sığınacaq axtaranlara qarşı mənfi münasibət göstərirdı.
Cümə axşamı günü təqdimatı keçirilən araşdırmaya görə, bu mənfi münasibət köhnə Şərqi Almaniyada daha çoxdur. Almaniyanın həmin hissəsində əhalinin 63% -i bu cür fikirlərəşir. Qərbdə yerləşən Federal əyalətlərdə isə bu göstərici isə 51% təşkil edir. Araşdırmada həmçinin Almaniyada sığınacaq istəyənlərin sayının azalmasına baxmayaraq, narazıların sayının artdığı da qeyd olunur.
Demək olar ki, hər beşinci Alman (19%) bütünlüklə əcnəbilərə mənfi münasibət bəsləyir. Respondentlərin 26%- i müsəlmanlara mənfi münasibət göstərdiyini qeyd edib.
Eyni zamanda Almanlar LGBT nümayəndələrinə və evsizlərə qarşı əvvəlki illərlə müqayisədə daha müsbət yanaşdıqlarını qeyd ediblər. Cinsi mənsubiyyətin cəmiyyətdə rolu azalmaqda davam edir.
Almanların yarısı onlara mütəxəssislərin fikirlərinin önəmli olmadığını, öz hissləri və qənaətlərinin onlara rəhbərlik etdiklərini qeyd edir.
Hesabatın təqdimatından sonra ailə məsələləri üzrə Federal nazir Franciska Giffi Almaniyada demokratiyanın inkişafına töhfə verən layihələrin gücləndirilməsi üçün qanun qəbul edilməsinin zəruriliyini bildirib.
©Gununsesi.org