12 avqust 2019 16:40

Azərbaycanda 18 dövlət qurmunda maaşlar artırılıb – SİYAHI, MƏBLƏĞLƏR

Nazirlər Kabineti Dövlət büdcəsindən maliyyələşən bir sıra təşkilatlarda çalışan işçilərin aylıq vəzifə maaşlarının artırılması haqqında qərar qəbul edib. FED.az xəbər verir ki, maaş artımı dövlət büdcəsindən maliyyələşən 18 quruma aid edilib. Maaş artımı vəzifədən asılı olaraq 700 manatdan 80 manatadək dəyişir. Qərarın əhatə etdiyi təşkilatlar aşağıdakılardır:
 
- Dövlət Turizm Agentliyinin Milli Kulinariya Mərkəzi
 
- Bakı Şəhər İcra Hakimiyyətinin tabeliyindəki Bakı Şəhər Məktəbəqədər təhsil müəssisələri və uşaq evləri İdarəsi
 
- Azərbaycan Respublikası Təhsil Nazirliyinin Ərazi Maliyyə Hesablaşma Mərkəzi
 
- Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun nəzdindəki dövlət uşaq müəssisələrinin valideyn himayəsindən məhrum olmuş məzunları üçün “Məzun evi” Sosial Müəssisəsi
 
- Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin və Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzinin işçiləri
 
- Azərbaycan Respublikasının dövlət arxivlərinin və onların filiallarının, rayon (şəhər) dövlət arxivləri
 
- Müdafiə Sənayesi Nazirliyinin Milli Aerokosmik Agentliyinin Aparatı
 
- Mədəniyyət Nazirliyinin tabeliyində olan Quba şəhərində “Soyqırımı memorial..kompleksi”
 
- Kənd Təsərrüfatı Nazirliyinin Aqrar Elm və İnnovasiya Mərkəzinin Aparatı, Maliyyə Nazirliyi yanında Maliyyə Elm-Tədris Mərkəzi, Mədəniyyət Nazirliyinin Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzi
 
- Mədəniyyət Nazirliyinin Dövlət Film Fondu
 
- Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupu
 
- Atatürk Mərkəzi
 
- “Azərbaycan Milli Ensiklopediyası” Elmi Mərkəzi
 
- Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin tabeliyində Mənəvi Dəyərlərin Təbliği Fondu
 
- Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi
 
- Azərbaycan Prezidenti yanında QeyriHökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının Katibliyi
 
- Azərbaycan Prezidenti yanında Elmin İnkişafı Fondunun, Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu
 
- Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Rəyasət Heyətinin və Aparatının, AMEA-nın Gəncə bölməsinin aparatıdır. 
 
Maaşların məbləğləri ilə BURADAN tanış olmaq mümkündür.

Paylaş

Şərhlər

Şərh yoxdur

Cavab yaz