20 may 2019 17:09

Kürdəmirdə tikilən "ASAN xidmət" üçün böyük məbləğdə pul ayrıldı - SƏRƏNCAM

Azərbaycan Prezidenti İlham Əliyev "Kürdəmir rayonunda "ASAN xidmət" mərkəzinin layihələndirilməsi və tikintisinin başa çatdırılması ilə bağlı tədbirlər haqqında" Sərəncam imzalayıb.

FED.az xəbər verir ki, Kürdəmir rayonunda "ASAN xidmət" mərkəzinin layihələndirilməsi və tikintisinin başa çatdırılması məqsədilə dövlət büdcəsindən  Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinə 20  milyon 145 min manat ayrılıb.

Paylaş

Şərhlər

Şərh yoxdur

Cavab yaz