2020-ci ildədövlət büdcəsinin kəsirinin 1133,7mln. manat olması planlaşdırılır ki,bu da cari ilin göstəricisindən 888,3mln. manat vəya 43,9 faiz azdır. Ənənəvi olaraq, kəsirin maliyyələşdirilməsi xaricdən cəlb edilən kreditlər, daxili borclanma, o cümlədən qiymətli kağızların buraxılışı, özəlləşdirmədən daxil olmalar vəvahid xəzinəhesabının qalığı hesabına aparılacaqdır.
FED.az Maliyyə Nazirliyinin açıqladığı hesabata istinadən xəbər verir ki, 2020-ci il üçün icmal və dövlət büdcəsinin gəlirləri hesablanarkən neftin bir barrelinin qiyməti 55 ABŞ dollarına bərabər götürülmüşdür. Bütövlükdə, orta müddətli dövr üçün də icmal və dövlət büdcəsinin layihələri hazırlanarkən həmin qiymətin əsas götürülməsi planlaşdırılır.
2020-ci il üzrə icmal büdcə xərclərinin yuxarı həddi büdcə qaydasına uyğun olaraq 28192mln. manat səviyyəsində proqnozlaşdırılır ki, bu da 2019-cu ilin təsdiq edilmiş göstəricisi ilə müqayisədə 821,1mln. manat vəya 3 faiz çoxdur.
2020-ci ildə icmal büdcə gəlirləri 27605,3mln. manat məbləğində proqnozlaşdırılır. Müvafiq olaraq, icmal büdcə kəsrinin 586,7mln. manat olacağı gözlənilir. 2020-ci ildə dövlət büdcəsinin xərcləri 25617,7mln. manat məbləğindəproqnozlaşdırılır ki, bu da 2019-cu ilin təsdiq edilmiş göstəricisi ilə müqayisədə 427,7mln. manat çoxdur. Büdcə xərclərinin tərkibində sosial yönlü xərclərin xüsusi çəkisi 40,7 faiz təşkil edəcəkdir ki, bu da 2019-cu illə müqayisədə 9,9 faiz-bəndi vəya 2664,2 mln. manat çoxdur.
Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamları iləminimum əmək haqqının, bir sıra sosial müavinətlərin vətəqaüdlərin, dövlət qulluqçularının, hüquq muhafizəorqanları əməkdaşlarının, müəllimlərin, büdcədən maliyyələşən bir sıra digər təşkilatlarda çalışanların əmək haqqlarının artırılması, habelə əmək pensiyasının minimum məbləğinin artırılması haqqında qanunvericiliyə edilən dəyişikliklər sosial yönlü xərclərin artımını şərtləndirmişdir.
2020-ci ildəəməyin ödənişi üzrə xərclər-6723,4 mln. manat, təqaüdlər vəsosial müavinətlər üzrə xərclər-3213,4mln. manat (o cümlədən, Dövlət Sosial Müdafiə Fonduna transfer 1426,9mln. manat), icbari tibbi sığortanın tətbiqi iləbağlı xərclər-902.9 mln. manat, ərzaq məhsullarının alınması və təminatı xərci-414,0 mln. manat və digər sosialyönlü xərclər 81,2 mln. manat təşkil edəcəkdir.
Dövlət büdcəsinin vəsaiti hesabına həmçinin dövlət əsaslı vəsait qoyuluşu (investisiya) o cümlədən, nəqliyyat, kommunal infrastruktur, melioriasiya, sənaye və energetika, kənd təsərrüfatı sahələrində infrastruktur layihələri, təhsil, səhiyyə, idman, mədəniyyət obyektlərinin, əlil vəşəhid ailələri üçün evlərin tikintisi vədigər sosial yönümlü layihələr, habelə, xüsusi müdafiəvəhərbi təyinatlı layihələr vətədbirlərin maliyyələşdirilməsi təmin ediləcəkdir.
Dövlət Neft Fondunun vəsaiti hesabına məcburi köçkünlər üçün yaşayış evlərinin tikintisi proqramı davam etdiriləcəkdir. 2020-ci ilin dövlət büdcəsi xərclərinin tərkibindədövlət borcuna xidmət xərclərinin 2.458,2 mln.manat, o cümlədən faiz xərclərinin 775,4 milyon manat təşkil edəcəyi proqnozlaşdırılır.
İmzalanmış kredit sazişləri çərçivəsində, 2020-ci il ərzindəxarici dövlət borcu üzrə559,4 milyon ABŞ dolları məbləğində vəsaitin istifadə edilməsi (yeni borclanma) nəzərdə tutulur. Eyni zamanda, daxili borc üzrə 2020-ci il ərzində100,0 milyon AZN həcmindəyeni (təkrarmaliyyələşən borclar nəzərəalınmadan) borcların cəlb edilməsi proqnozlaşdırılmışdır.2020-ci ilin ilin əvvəlinə, imzalanmış kredit sazişlərindən istifadəproqnozları nəzərəalınmaqla Azərbaycan Respublikasının xarici dövlət borcunun 8,860.0 milyon ABŞ dolları ekvivalenti, daxili dövlət borcunun isə1,420.0 milyon manat təşkil edəcəyi gözlənilir.
2020-ci ildədövlət büdcəsinin gəlirləri 24484,0 mln. manat məbləğində proqnozlaşdırılır ki, bu da 2019-cu ilin təsdiq edilmiş göstəricisi iləmüqayisədə1316,0mln. manat vəya 5,7 faiz çoxdur. Büdcə gəlirlərinin tərkibində qeyri-neft gəlirləri (10536,5 mln. manat) 43faiz, neft gəlirləri (13947,5mln. manat, o cümlədən Dövlət Neft Fondundan transfer 11767,5mln. manat) isə 57 faiz təşkil edəcəkdir. Qeyd edək ki, 2020-ci il üzrədövlət büdcəsinin tərkibində gözlənilən qeyri-neft gəlirləri cari ilə nisbətən 1068,8 mln. manat və ya 11,3 faiz çoxdur. 2020-ci ildədövlət büdcəsinin kəsirinin 1133,7mln. manat olması planlaşdırılır ki,bu da cari ilin göstəricisindən 888,3mln. manat vəya 43,9 faiz azdır.
Ənənəvi olaraq, kəsirin maliyyələşdirilməsi xaricdən cəlb edilən kreditlər, daxili borclanma, o cümlədən qiymətli kağızların buraxılışı, özəlləşdirmədən daxil olmalar vəvahid xəzinə hesabının qalığı hesabına aparılacaqdır. İcmal büdcənin tərkib hissəsi olan Naxçıvan Muxtar Respublikasının büdcəsinin gəlir və xərcləri bərabər olaraq 480,3 milyon manat proqnozlaşdırılır ki,bu da 2019-cu illə müqayisədə 96,6milyon manat çoxdur.
Azərbaycan Respublikasının 2020-ci ilin dövlət və icmal büdcələrinin İLKİN GÖSTƏRİCİLƏRİ