Pul məsələsi bir çox insanı narahat edir. Sizcə, pul bizim həyatımıza necə təsir göstərir? Və xoşbəxt olmaq üçün sizə nə qədər pul lazımdır?
Ümumiyyətlə, “pul” dedikdə, nə başa düşürsünüz? Ağlınızda hansı assosiasiyalar yaranır?
Bəzilərimiz qənaətcil, bəzilərimiz isə bədxərcdir. Biz belə öyrəşmişik, bizi belə tərbiyə ediblər, ətrafımızdakı insanlar da pulla belə davranırlar, cəmiyyət və ya din bizə bunu diktə edir.
Bu baxımdan iş yoldaşlarımız, biznes əməkdaşlarımız və ya həyat yoldaşımız bizdən fərqlidirlər. Və bu fərq çox əhəmiyyətli və “ağrılıdır”. Məsələn, “bədxərc” kişi “qənaətcil” qadınla ailə həyatı qursa, onlar həyatı boyu bir-biri ilə mübahisə edəcəklər, çünki bu şeylər müzakirə edilmir (danışılmır).
Sizcə, bizim pula olan münasibətimiz necə formalaşır?
FED.az Banker.az-a istinadən pul və xoşbəxtlik barəsində yazını təqdim edir.
Eləcə də bax: Ailə + Karyera + Sən = Xoşbəxtlik - UĞUR HEKAYƏSİ
İnsanın pula olan münasibətinin formalaşmasına təsir göstərən amillər aşağıdakılardır:
- Uşaqlıq dövrü – valideynlərimiz pul haqqında nə və necə danışmaları. Bizim maliyyə vərdişlərimizə təsir göstərən amillərdən biri də valideynlərimizin maliyyə vəziyyətidir. Xatırlayın, uşaqlıqda ailədə kifayət qədər pul var idimi? Valideynləriniz sizin nazınızla oynayıblarmı?
- Təhsil və KİV. Aldığımız təhsil və KİV-nin mövqeyi də aparıcı faktorlardan biri sayılırlar. Biz avtomatik olaraq ictimaiyyət tərəfindən qəbul edilmiş fikirlərə uyğunlaşırıq, “hamı kimi” olmağa çalışırıq və “kollektivdən” seçilmək istəmirik.
- Özünü daha çox kimlərlə müqayisə edirsiniz? Gəlir, avtomobil, daşınmaz əmlak və bu kimi digər göstəricilərə görə özünüzü kimlərlə müqayisə edirsiniz? Bu, “pul” stereotiplərinin formalaşmasına təsir göstərən aparıcı amillərdən biridir.
Beləliklə, məlum olur ki, bizim pula münasibətimiz özümüzün deyil, əsasən tərbiyəmiz və mühitimiz tərəfindən formalaşdırılır.
Bunun bariz nümunəsi: protestantlar katoliklərdən daha uğurlu olurlar. Avropa və Amerikadakı protestant ailələr katolik ailələrdən daha zəngindirlər. Niyə? Pula olan münasibətlərinə görə: protestantlar qazancın (pulun) Allahın onlar üçün lütfünün təzahürü olduğunu düşünürlər, yəni pul qazanmaq yaxşı bir şeydir.
Necə düşünürsünüz, pul insanı daha xoşbəxt edirmi?
Əlbəttə ki, yox.
Əslində, pul və rifah tamamilə fərqli anlayışlardır. İnanın müəyyən etdiyi məbləği aşan pul insanların xoşbəxtliyinə təsir göstərmir.
Xoşbəxtlik müxtəlif faktorlardan asılıdır – insanın şəxsiyyəti, sağlamlıq vəziyyəti və ailə daxilindəki münasibətlər – bütün bunlar puldan daha önəmlidir.
Çoxları, sözsüz ki, mənimlə razılaşmayacaqlar və daha çox pulum olaydı, özümə fərqli əşyalar alıb daha xoşbəxt olacağımı düşünərlər.
Psixoloqların fikrincə, bu heç vaxt baş verməyəcəkdir.
Dostluq, sevinc, sağlamlıq – bütün bunlar puldan daha qiymətli olan şeylərdir. Və onları pul ilə almaq mümkün deyil.
Əlbəttə ki, pul bizim həyatımızda mühüm rol oynayır. Onlar bizə təhlükəsizlik və komfort hissini bəxş edirlər. Onlar tezdəyişən dünyada bizim üçün xilas jiletidir.
Və əlbəttə ki, pul bizə fəaliyyət azadlığını verir. Biz istədiyimiz hər bir şeyi edə bilirik – səyahət, sevimli işlə məşğul olmaq və həyatdan zövq almaq!
Və nəhayət, pul – məqsədlərə çatmaq üçün insanların istifadə edə biləcəyi vasitədir. Bu, xəyalları gerçəkləşdirmək, özümüzü həyatda realizə etmə və istədiyimiz hər bir şey etmək üçün əlimizdə olan alətdir.