Türkiyənin milli müdafiə naziri Yaşar Gülər İranla sərhəddə yerləşən hərbi hissələri yoxlamaq üçün Van vilayətinə gedib.
FED.az xəbər verir ki, bu barədə "TRT Haber" məlumat yayıb.
Bildirilib ki, nazirlə bərabər, Türkiyə Silahlı Qüvvələrinin yüksək rütbəli zabitləri də ərazidədir.
Qeyd edək ki, iyunun 13-dən İsrail Hərbi Hava Qüvvələri İranın müxtəlif şəhərlərindəki nüvə obyektləri başda olmaqla ordunun yüksək komanda heyətini də hədəf alan genişmiqyaslı hücumlar həyata keçirir. İranda Baş Qərargah rəisi, İnqilab Keşikçiləri Korpusunun Baş Komandanı və bəzi yüksək rütbəli komandirlərlə birlikdə 10-dan çox nüvə alimi hücumlarda həlak olub. Ümumi mülki itki 200 nəfərdən çoxdur.
İran ordusunun İsrailə ballistik raketlərlə həyata keçirdiyi cavab hücumunda isə 24 nəfərin öldüyü, 500-dən çox insanın yaralandığı bildirilir. (Report)