Kosmik tullantılar problemi kosmik sahədə fəaliyyət göstərən bir çox dövlət korporasiyalarını, o cümlədən Roskosmos korporasiyasını da narahat edir. Bununla əlaqədar olaraq həmin korporasiya çoxlu sayda layihələrin həyata keçirilməsi üzərində işləyir və həmin layihələr sayəsində orbitin tullantılardan təmizlənməsi gözlənilir. Bu məqsədlə 2018-ci ilə artıq belə kosmik gəmilərdən birinin yaradılması planlaşdırılır.
Bu ilin iyun ayında Roskosmos meqavatt sinifli enerji mühərrikli nüvə qurğusu əsasında nəqliyyat-energetika modulunun işlənib hazırlanmasına M.V.Keldış adına tədqiqat mərkəzi ilə birgə 3.8 milyard rublluq müqavilə bağlamışdır. Xüsusilə də mütəxəssislər kosmosdan Yer üçün enerjiyə qənaət sisteminin yaradılması, asteroid-komet təhlükəsi ilə mübarizə, işləməyən peyklərdən və kosmik tullantılardan orbitin təmizlənməsi məsələləri ilə məşğul olacaqlar.
Mövzunun əhəmiyyətini nəzərə alaraq life.ru saytı Rusiyanın kosmik tullantıları təmizləmə prosesindən nə qədər pul qazanacağını və belə kosmik tullantılarla mübarizə aparmaq üçün xüsusi qurğuların yaradılması zamanı bunların neçəyə başa gələcəyini aydınlaşdırmağa çalışmışdır.
Saytın apardığı təhlil nəticəsində məlum olmuşdur ki, Roskosmos orbit tullantıları ilə mübarizədə büdcədən böyük vəsait xərcləməyi planlaşdırır. Agentlik 2016-2025-i illər üçün “Sabitlik” şifrəli federal kosmik proqram çərçivəsində çoxsaylı layihələr seriyasını işləyib hazırlamışdır. Bu layihə çərçivəsində kosmik obyektlər üzərində kontaktsız təsir vasitəsi olan xidməti kosmik aparat işlənib hazırlanacaq. Həmin kosmik gəminin geostasionar orbitdən (burada vacib kosmik aparatlar və sistemlər yerləşir) tullantıları yığışdıracağı planlaşdırılır. Güman edilir ki, cəmi iki il ərzində gəmi orbitdən iri və xırda tullantıları yığışdıracaqdır. Layihə 2016-2018-ci illər üçün nəzərdə tutulmuşdur və layihə ilə mərkəzi elmi-tədqiqat institutu məşğul olacaqdır. Layihənin dəyərinin təxminən 282.3 milyon rubl olması nəzərdə tutulub. Belə ki, Rusiya kosmik tullantıların təmizlənməsi məsələsi üzrə bütöv bazarı ilk yaradanlardan biri və birincisi ola bilər.
Kosmik tullantılar gizli təhlükədir.
Hazırda kosmik aparatlar tərəfindən buraxılan, raket-daşıyıcıların izləri nəticəsində yaradılan, həmçinin onların məhv edilməsi nəticəsində yaranan qırıntılardan əmələ gələn orbit tullantıları bütün bəşəriyyət üçün böyük təhlükədir.
Roskosmosun təşəbbüsü ilə yaradılan yerə yaxın kosmik fəzada təhlükəli vəziyyətlər haqda avtomatlaşmış xəbərdarlıq sistemlərindən alınan məlumatlara əsasən (АСПОС ОКП), 2016-cı ilin iyun ayına kosmosda ölçü baxımından 10 sm-dən böyük olan təxminən 17.8 minə yaxın iri obyekt, 1 sm-dən böyük 700 minə yaxın obyekt, 1 mm-dən böyük isə təxminən 1 milyarda qədər obyekt vardır. Ən çox kosmik tullantı buraxan ölkələr Rusiya (6171 obyekt), ABŞ (5087 obyekt) və Çindir (3631 obyekt).
Proqnoza görə, 50-100 il ərzində tullantıların sayı iki dəfəyə qədər arta bilər. Nəticədə insanlar kosmik fəzadan layiqincə istifadə edə bilməyəcəklər. Ekspertlərin sözlərinə görə belə vəziyyət ona gətirib çıxaracaq ki, Yer kürəsinin sakinləri tezliklə naviqasiyasız, rabitəsiz və nəzarət-müşahidə sistemlərsiz qalacaqlar, çünki kosmik tullantılar rabitə peyklərinin işinə maneəçilik törədə bilər.
“Kosmonit”in keçmiş baş elmi işçisi olan Andrey Nazarenkonun sözlərinə görə ən böyük təhlükəni ölçüsü 10 sm-dən kiçik olan kiçikölçülü tullantılar yaradır. Bütün dünya bunu anlayır və məhz buna görə də “tullantı” texnologiyasının (vəziyyətin qiymətləndirilməsi, tullantıların azaldılması üzrə tədbirlərin görülməsi, tullantı vasitələrinin ləğvinə kömək edəcək qurğu və vasitələrin layihələndirilməsi, mümkün toqquşma hallarının proqnozlaşdırılması) işlənib hazırlanması məsələsi ilə kosmosla əlaqəsi olan bütün dövlətlər məşğul olur.
Kiçik ölçülü tullantılar necə təhlükəli ola bilər?
İndi kiçik kosmik tullantılatıların çoxalmasının kaskad effekti baş verir, yəni böyük tullantıların dağlmasından sonra kiçik tullantılar əmələ gəlir. Bu mövzu barədə çox danışılmasa da qeyd edək ki, kosmosla əlaqəsi olan dövlətlər üçün bu proses böyük təhlükə yaradır. 3-7.5 km/s sürətlə uçan tullantılar gəmilər və peyklər üçün çox təhlükəlidir, hətta onların xırda dənəcikləri belə kosmik aparatlara və sistemlərə nəzərəçarpan zərər verə bilər, hətta onları sıradan çıxara bilər.
Bəs kosmik tullantılardan necə pul qazanmaq olar?
Lifeşru tərəfindən aparılan sorğuda iştirak etmiş ekspertlərin sözlərinə görə Rusiya kosmik tullantıların yığışdırılması işindən çox böyük qazanc əldə edə bilər. Qazancın məbləği təbii ki, şərtlərdən asılıdır. Məsələn, təmizlikçi-gəmi seriyasının orbitə çıxarılmasından əldə ediləcək gəlirlər daha yüksək olacaqdır. Bu məqsədə xidmət edən bir sıra aparatların istehsalı isə ölkəyə nisbətən ucuz başa gələcəkdir.
“Geostasionardakı istənilən kosmik aparatın qiyməti onun sinfindən asılı olaraq milyonlarla dollar ola bilər, habelə zibil yığan aparatların qiyməti isə bundan iki dəfə baha ola bilər. Bununla yanaşı, istifadə prosesi zamanı əlavə xərclər də meydana çıxa bilər. Surrey Satellite Technology Limited ingilis şirkətinin təhlilinə əsasən tullantını orbitdən kontakt metodla yığışdıran eksperimental kiçik uçan aparatın qiyməti 13 milyon avrodur” deyə Usovik bildirmişdir.
Tədqiqatçı həmçinin izah edir ki, tullantıların ləğvi üzrə texnologiyaların işlənib hazırlanması çirklənmənin qarşısının alınması prosesi ilə parallel şəkildə həyata keçirilməlidir ki, bununla da artıq 10 ildən artıqdır ki məşğul olurlar.
Life.ru tərəfindən aparılan soröuda iştirak etmiş mütəxəssislərdən biri isə qeyd edir ki, 150 kq-lıq çəkidə olan kiçik kosmik aparatın işlənib hazırlanmasına təxminən 6-8 milyard dollar sərf olunacaqdır. Çəkisi 100 kq-dan az olmayan zibil yığan aparatın orbitə çıxarılması üçün ən azı 4 milyon dollar lazım olacaqdır.
Kosmik tullantıların tədqiqatçıları həmçinin tullantılarla apardığı mübarizədə qalibiyyət qazanacaqlarına ümid edirlər. Samaralı tədqiqatçılardan biri olan Teleginin sözlərinə görə zibil yığışdıra bilmələri üçün kosmosla əlaqəsi olan ölkələrin sənədi olmalıdır və bu sənəd formaca Kioto protokolunu xatırlatmalıdır. Qeyd edək ki, belə protokolun məqsədi parnik qazları tullantılarının azaldılmasıdır. Tədqiqatçı həmçinin bildirmişdir ki, kosmosda tullantıların yığışdırılması ilə bağlı sifarişlər kosmik aparatın çoxlu tulantı olan orbitə yollanılmasını istəyən ölkələrdən gələ bilər.
Usovik qeyd etmişdir ki, bütün bu proses boyunca həmçinin subyektivlik faktoru da nəzərə alınmalıdır. Məsələn, fərz edək ki, kosmik fəzanın qorunan sahəsində yerləşən hər hansı bir ölkənin aparatı sıradan çıxıbsa, həmin ölkə obyektin digər orbitlərə aparılmasını sifariş edə bilər. Aşağı orbitlərdə yüngülvari xaos mövcuddur: eyni obyekt müxtəlif vaxtlarda həm rusiya, həm çin, həm avropa və həm də amerika peyklərinə təhlükə yarada bilər.
Bəs kosmik tullantıların aparılmasına, ləğv edilməsinə görə kim pul ödəyəcək?
Hazırda kosmosdakı tullantıların ləğvi və yığışdırılmasına görə heç bir konkret instansiya məsuliyyət daşımır. Çirklənmə ilə mübarizənin aparılması məsələləri ilə əlaqədar sülh şəklində kosmik fəzanın istifadəsi üzrə BMT-nin elmi-texniki komitəsi məşğul olur. Bu komitə 2007-ci ildə tullantının yaranmasında məhdudiyyətlərin qoyulması ilə əlaqədar rəhbər prinsipləri işləyib hazırlamışdır.
Sənədə əsasən bütün ölkələr paritet əsaslarla bu istiqamətdə iş aparır.Kosmosda tullantıların sayının azaldılması məsələsi ilə bağlı həmçinin IADC (kosmik tullantılar üzrə agentliklərarası koordinasiya komitəsi) da məşğul olur. Bu komitə isə 1993-cü ildə yaradılmış və hazırda dünyanın aparıcı ölkələrinin 13 kosmik agentliyinin nümayəndələrini özündə birləşdirir.
Qeyd edək ki, Usovikin sözlərinə görə kosmik fəaliyyət cəmi 60 ildir ki aparılır və 10-20 il sonra hərəkət trayektoriyasını dəyişə bilən günəş yelkənləri, elektroraket mühərrikli qurğular kimi yeni texnologiyalar meydana gələcəkdir. Yeni peyklər və yeni orbitlər yaranacaq, texnogen çirklənmə vəziyyəti dəyişəcək və buna da fərqli şəkildə baxılacaqdır. Habelə, kontaktsız üsulla tullantıların yığılması üçün uçan aparatın işlənib hazırlanması böyük əhəmiyyətə malikdir. Bu, orbitə xidmət edən yeni texnologiyalar ilə bağlı aparılan bir işdir. Nəticədə, bu proses digər layihələrin reallaşmasına kömək edərək bir addım önə keçməyə imkan verəcəkdir.
Mənbə: life.ru©