Aktauda qəzaya uğrayan AZAL-a məxsus sərnişin təyyarəsində olan 2 ekipaj üzvü Aydan Rəhimli və Zülfüqar Əsadov da artıq Bakıdadırlar.
“Embraer”: “Göyərtədə uçuşa mane olacaq heç bir qüsur aşkar edilməyib”
FED.az xəbər verir ki, onlar AZAL-a məxsus təyyarə ilə ölkəyə qayıdıblar.
Onları AZAL prezidenti Samir Rzayev qarşılayıb.
Aydan Rəhimli açıqlama vermək istəməsə də, Zülfüqar Əsadov özünü yaxşı hiss etdiyini deyib.
Sözügedən görüntüləri təqdim edirik:
Xatırladaq ki, qəza zamanı 5 ekipaj üzvündən üçü - pilotlar İqor Kşnyakin və Aleksandr Kalyaninov, həmçinin stüardessa Hökümə Əliyeva həlak olub.