“Level Leasing” ASC-nin Səhmdarlarının növbədən kənar Ümumi Yığıncağı keçiriləcək
FED.az xəbər verir ki, növbədənkənar Ümumi Yığıncağ 03 iyun 2024-cü il saat 10:00-da Bakı şəhəri, Xətai rayonu, İlqar Mirzəyev küçəsi,ev 46 ünvanında təyin edilsin.
Ümumi Yığıncağın gündəliyinə daxildir:
Cəmiyyətin nizamnamə kapitalının artırılması məqsədi ilə hər birinin nominal dəyəri 0.50 (əlli qəpik) manat olan 100 000 (bir yüz min) ədəd səhmin kütləvi təklif üsulu ilə fond birjasında buraxılışı və buraxılışın dövlət qeydiyyatı və yerləşdirilməsi ilə bağlı əlaqədar qurumlara müraciətin olunması.