Yanınızdakı real insanlarla danışa-danışa smartfonda daim "qurdalanma" müasir cəmiyyətdə bir norma halını almışdır.
Bəs “fabbinq” nədir və ona necə münasibət bəsləməliyik?
Dostlarla gəzərkən, hər hansı bir yerdə ya da ailə ortamında oturarkən insanların bir neçə dəqiqəliyinə və ya da ha artıq bir müddətə kompaniyadan yayınıb öz smartfonlarına girib baxması hamıya tanış vəziyyətdir.
Qərb ölkələri, xüsusilə ABŞ üçün bu vəziyyət qəbuledilməz bir davranışa deyil, artıq daha çox vərdişə çevrilmişdir. Rusiyada isə bir insanla ünsiyyətdə olarkən onların gözü önündə telefonda “qurdalanmağa” başlasanız, onlar belə münasibəti özlərinə qarşı hörmətsizlik kimi nəzərdən keçirəcəklər. Halbuki yaxın zamanda hətta bizim ölkədə də tezliklə belə vəziyyətə normal hadisə kimi baxacaq və alışacaqlar.
“Fabbinq” və “pfabbinq” nədir?
Alimlər kiminləsə söhbət zamanı smartfonda "eşələnmək" vərdişini adlandırmaq üçün bir ifadə tapmışlar. Belə ki, ingilis sözü olan “phubbing” iki sözün, yəni “phone” (telefon) və “snubbing” (saymamazlıq) sözlərinin - birləşməsinə bənzəyir. “Fabbinq” dedikdə, insanın öz həmkarları və ya tanışları ilə danışığı kəsib smartfonda "eşələnməyə" başlaması nəzərdə tutulur.
Pfabbinq (ing.: partner phubbing) dedikdə, qohumlarla və ər-arvadla dialoqa telefon müdaxiləsi etmək başa düşülməlidir.
“Fabbinq” üzrə tədqiqatlar
Alimlər fabbinqlə bağlı çox tədqiqatlar aparmışlar, hətta onlardan birincisinin nəticələri 2014-cü ildə dərc edilmişdi. Belə ki, həmin araşdırmanın nəticəsinə əsasən 70% qadın əmindir ki, fabbinq ərlə və ya partnyorla münasibətlərdə münaqişələrin yaranmasının əsas səbəbidir.
Daha bir tədqiqat fabbinqə meylli insanlarda xarakterin hansı xüsusiyyətlərinin olduğunu göstərdi.O zaman alimlər üç amili əsas götürürdülər. Onların fikrincə həmin 3 amil könüllülərin telefonda "eşələnməsinin” səbəbini izah edə bilər. Birincisi, insanın internetdən asılılıq dərəcəsidir. İkincisi, onun FOMO («mesajları buraxmaq qorxusu») sindromuna düçar olmasıdır. Üçüncüsü, insanın özünü idarəetmə qabiliyyətidir. Bütün bunlar insanın fabbinqə meylliliyinə təsir edir.
Sınağın gedişatında iştirakçılara çoxlu sayda suallar verilmişdi və onların cavabları tədqiqatçılara aşağıdakı nəticələri çıxartmağa kömək etmişdi:
1.Qadınlar başqa insanlarla ünsiyyət zamanı kişilərlə müqayisədə daha çox telefonda vaxt keçirirlər;
2.Fabbinqə bağlılıq və FOBO sindromu, eləcə də internetdən asılılıq, həmçinin özunu zəif idarə etmə arasında dəqiq qarşılıqlı əlaqə mövcuddur.
Alimlərin və tədqiqat müəlliflərinin sözlərinə görə fabbinq insanları və onların şəxsi davranışlarını müşahidə edərkən onlar arasında adi bir vərdiş halı olaraq qeydə alınmışdır. “İnsanlar ətrafdakıların smartfonda oturduğunu görür və sonra eyni şeyi özləri də etməyə başlayırlar. Sonradan bu davranış hamı üçün bir vərdişə çevrilib adi norma kimi qəbul olunmağa başlanır” deyə tədqiqatçılar bildirirlər.
Mənbə: informatio.ru