Köpəkbalıqları barədə unudun, çünki onlardan daha da təhlükəli olan ildırım vardır. İldırım çimərliklərə çox böyük təhlükə gətirir.
Yay fəslində çimərliklər insanların istirahəti üçün gözəl yer ola bilər, lakin bu yerlər həmçinin ildırım çaxmaları baş verəcəyi təqdirdə ən təhlükəli yerlərə çevrilə bilər. Xəbərlərə istinadən keçən həftə sonu Şimali Karolina çimərliyində ildırım 5 yaşlı uşağı vurub öldürmüşdü. Ekspertlərin rəyinə əsasən bu tipli faciələr qeyri-adi qəzaya bənzəyir; əslində isə bir çox insanların düşündüyü kimi heç də nadir hallarda baş vermir, əksinə tez-tez rast gəlinən faciə növlərindən birinə çevrilmişdir.
“Həmin azyaşlı oğlan uşağının ölümü həyəcan siqnalının, trendinin bir hissəsidir. Ümumiyyətlə, ildırım çaxması zamanı çöldə olmaq çox təhlükəlidir, xüsusilə də çimərliklər ən təhlükəli zonadır.” deyə Milli meteorologiya xidmətinin ildırım təhlükəsizliyi üzrə mütəxəssisi Con Censenius bildirmişdir.
“United Press International” agentliyi yazırdı: “Oğlanın ailəsi bazar günü (31 iyul) Karolina çimərliyində istirahət edirdi. Bu zaman tufan başladı və onlar sığınacağa doğru hərəkət etməyə başladı, elə bu vaxt ildırım uşağı vurdu”.
“Siz ildırım çaxarkən çimərlikdəsinizsə, o zaman ətrafdakı ərazi ilə müqayisədə ən çox təsirə məhz siz məruz qala biləcəksiniz və ildırımın sizi vurma ehtimalı artır. Problemlərdən biri də odur ki, insanlar buna qarşı çox cəld reaksiya vermirlər. Onlar rahatlıqlarını pozan ildırıma qarşı heç bir tədbir görmür, uzun müddət çöldə gözləyir və lakin ən əsası məqamı – təhlükəsizlik axtarışına çıxmaları barədə - unudurlar” deyə Censenius Live Science agentliyinə bildirmişdir.
Bundan başqa, dalğaların davamlı gurultusu da yaxınlaşan tufan və ya ildırımın səsini eşitməkdə sizə mane ola, çətinlik törədə bilər.
“Bu faktorlar ildırım çaxması zamanı çimərliyin nə üçün ikinci ən böyük ölümcül yer ola biləcəyini izah edir” deyə Censenius bildirmişdir. Onun Milli Okean və Atmosfer araşdırmaları idarəsi (NOAA) üçün hazırladığı təhlilə əsasən ABŞ-da 2006-2015-ci illər arasında ümumi olaraq 313 nəfər ildırım çaxmasından həlak olmuşdu. Onların 6%-I, yəni 18 nəfəri çimərlikdə baş verən ildırım vurmasından ölmüşdü.
Censeniusun bildirdiyinə görə ildırımla bağlı digər ölümlərin 5%-i düşərgələrdə istirahət zamanı, 5%-i kənd təsərrüfatı işləri ilə məşğul olarkən, 4%-i qayıq sürərkən, 4%-i motosikl və ya digər bu kimi nəqliyyat vasitələrindən istifadə edərkən və velosiped sürərkən, 4%-i isə futbol oynayarkən baş vermişdi.
Censenius məsləhət görür ki, insanlar ildırım səsini eşidən kimi dərhal bağlı məkana və ya sığınacağa qaçsınlar və ya möhkəm damı olan nəqliyyat vasitəsinə sığınsınlar.
Bazar günü ölən 5 yaşlı oğlan sayca 2016-cı ildə ölkədə ildırım nəticəsində ölən 21-ci şəxs idi.
Habelə, 1940-cı il ilə müqayisədə ildırımdan ölənlərin sayı nisbətən azalmışdır. Censenius həmçinin əlavə etdi: “İndi insanlar ildırım təhlükələri barədə daha çox məlumata malikdirlər, maarifləndiriliblər və bu hadisə zamanı əvvəlki illərlə müqayisədə daha az fermer tarlalarda olur. Bundan başqa, CPR və digər xilasedici texnologiyalar sayəsində insanların ildırımdan ölmə sayı azaldılmışdır.”
“Bu 5 yaşlı uşağı digərlərindən fərqləndirən cəhət isə o idi ki, həmin oğlan ildırım qurbanları arasında ən gənc olanı idi. Bədbəxt hadisələrin böyük qismi 10-60 yaş insanlar arasında baş verir. 30 yaşlı insanlar arasında ildırımdan ölənlərin sayı nisbətən azdır; bəlkə bu, ona görədir ki, həmin yaşda olan insanların azyaşlı uşaqları var, onlara başları qarışır və onlar çölə, riskli yerlərə çox az çıxırlar” deyə mütəxəssis bildirmişdir.
Mənbə: www.livescience.com