«La Stampa» qəzeti «Yuventus» futbol klubu və «Fiat» avtomobiləri kimi İtaliyanın simvollarından biridir və iki il əvvəl 150 illiyinə qeyd edib. Maraqlıdır ki, həm «Yuventus» həm də «La Stampa» «Fiat» biznes qrupuna daxildir və bu şirkətə məxsusdur.
FED.az əməkdaşının «La Stampa» redaksiyasına viziti İtaliyanın Turin şəhərində Beynəlxalq Əmək Təşkilatının təşkilatçılığı ilə təşkli olunan treninqdə iştirakı nəticəsində mümkün olub. Səfər zamanı qəzetin baş redaktoru Maurizio Molinari «La Stampa», Avropada mətbuat və İtaliya mediasının bu günkü durumu ilə bağlı FED.az-ın suallarını cavablandırıb.
Eləcə də bax: “Əlavə 5 min avrodan çox təqaüd alıram” – İTALİYADA OXUYAN AZƏRBAYCANLI
Avropanın ən qədim mətbuat orqanlarından biri kimi tanınan «La Stampa» 1867-ci ildə jurnalist və yazıçı Vittorio Bersesio tərəfindən «Gazzetta Piemontese» adı ilə yaradılıb. 1895-ci ildə Alfredo Frazzati qəzeti alaraq ona «Stampa» adı verib. Hazırda 1988-ci ildə qəzetin tirajı ən yüksək həddə 560 minə çatıb. O vaxtdan bu rəqəm tədricən azalaraq 2001-də 409 minə, 2007-də 314 minə və 2012-ci ildə 256 minə düşüb. Azalma qəzetin problemi deyil - mətbuatdakı rəqəmsallaşma, yəni saytların dövriyyəyə daxil olması ilə bağlıdır. İndi «La Stampa»da 190 nəfər işləyir.
- Hazırda qəzetimiz gündəlik olaraq çap və digital variantlarda çıxır, kağız varinatının tirajı azalır, və gözləyirik ki, kağız variant əvvəl-axır tarixə qovuşacaq. Çünki kağız variantının oxucuları azalır, o birilər (saytın oxucuları) artır. Biz kağızı qorumağa çalışırıq, çünki əsas gəlir oran gəlir – qəzet satışından. Amma həm də çox oxunmalıyıq, ona görə də pulu digitala yatırmaq məcburuq. Bu təkcə bizim problem deyil, hazırda ölkədəki bütün qəzetlər çap və rəqəmsal variant arasında bir balans axtarır.
- Sizin qəzeti oxuyanlar kimlərdir? Məsələn çap və rəqəmsal versiya üzrə fərq varmı?
- Çap və rəqəmsal versiyaların oxucuları fərqlidir, əlbəttə. Qəzetləri alıb oxuyanlar əsasən 55 yaşı və daha yuxarı olanlardır. Ümumiyyətlə qəzetlərin olduğu vaxtlar böyüyənlər daha çox çap versiyasına üstünlük verir. Gənclər isə əlbəttə ki, rəqəmsal, yəni sayt variantını oxuyurlar.
- Oxucuların səviyyəsi aşağı düşəndə nə edirsiniz - onları itirməmək üçün onların səviyyəsini düşürsünüz, yoxsa onların səviyyəsini qaldırmaq üçün daha səviyyəli materiallar hazırlayırsınız?
- Biz hamı ilə kontakt yaratmalıyıq. Bunu unutmamalıyıq və bu bizim əsas vəzifəmizdir. Yaxşı və anlaqlı oçerk yazanda onu hamı başa düşür. Məqalə aydın, izahlı olmalı və həmı onu oxuyanda başa düşməlidir. Məsələn, biz Vaşinqton yazırıqsa, hökmən qarşısında ABŞ-ın paytaxtı olduğunu qeyd etməliyik. Ola bilər ki, bunu bilənlər var, amma biz hamı üçün işləyirik. Ya da Putin haqqında yazanda onun Rusiya prezidenti olmağını qeyd etməliyik. Əlbəttə, daha bilikli oxucularımız ola bilər, amma əsas budur ki, bizi hamı, hətta 5 yaşlı uşaqlar da başa düşsün.
- Məlumat, məqalə və digər materiallar hazılananda hansı mənbədən alınan məlumata daha çox inanırsınız – rəsmi məlumatlara, yoxsa, qeyri-rəsmi, məsələn, sosial şəbəkələrdə yayılana?
- Biz bütün mənbələrlə işləyirik, hamının fikrini nəzərə alırıq və buna məcburuq. Məlumatları fərqli kanallardan alırıq. Məsələn, siyasi məlumatlar 20-dən artıq kanalla gəlir, iqtisadi məlumatlar da onun kimi. Çətindir, əlbəttə amma alternativimiz yoxdur. Çünki bizə bu gün rəsmi açıqlama verən şəxs, bir neçə saat sonra öz Facebook hesabında fərqli məlumat deyə bilər və sair. Ona görə də həm rəsmi mənbələr, həm də FB kimi fərqli mənbələrlə də işləyirik.
- Abunə sizin gəlirlərinizdə necə yer tutur və onu artırmaq üçün nə edirsiniz?
- Abunə bizim üçün strateji məsələdir. Onu yerli xəbərlərin hesabına artırmağa çalışırıq. Əvvəllər oxucular bizim yanımıza gəlirdi, indi dövr dəyişib, biz oxucuların yanına gedirik. Yerlirdə tədbirlər keçirib qəzeti təqdim edirik. İldə 2-3 dəfə. Bu üsul xüsusilə kiçik icmalar üçün çox vacibdir. Çünki bəzi yerlərdə bizdən başqa heç bir qəzet oxunmur və bu bizim işimizdir.
- Sizin qəzet «Fiat» qrupuna məxsusdur. «Fiat» sizin işinizə qarışırmı?
- Maralı sualdır, və cavab odur ki, xeyr, işimizə qarışmır. Sizə ümumiyyətlə bunun tarixçəsini də danışa bilərəm ki, necə oldu ki, «Fiat» şirkəti «La Stampa»nı aldı. 2-ci Dünya müharibəsindən sonra zavodlar işləmirdi. İşləyən yeganə zavodlardan biri «Fiat» idi burada 100 minlərlə insan çalışırdı. Həmin vaxt seçkilərdə əksəriyyət kommunistlərə səs vermişdi. Və buna görə də, yerli quberniya «Fiat»a bildirdi ki, qəzetdə elə şərait yaratmalısan ki, işçilər oxuyub düz məlumat alsınlar və onların işinə qarışmamalısan. Ona görə də indi qəzetimizə etibar edirlər.
- Bildiyimizə görə, «Fiat» təkcə «La Stampa»nın deyil, məşhur «Yuventus» klubunun da sahibidir.
- Bəli, necə deyərlər, bizim qəzet və bu klub bir-birinə yaxındır, amma biz buna baxmayaraq lazım olanda onu tənqid edir, və ya rəqib komanda haqqında daha geniş materallar yazırıq. Bəzən hətta elə odur ki, «Yuventus»un fanatları bizi komandaya obyektiv yanaşmamaqda günahlandırırlar.
- Qəzetinizdə işçilərin əmək hüqüqları və ya əməyin təhlükəsizliyi mövzularına toxunursunuzmu?
- Əlbəttə. Bir məsələni qeyd edim, ümumiyyətlə işçilərin ölümü halları az deyil. Təkcə bu ilin ilk yarısında müxtəlif iş yerlərində müxtəlif səbəblərdən 700 nəfər ölüb. Biz bu barədə materiallar dərc edir və həm hadisələr barədə məlumat veririk, həm də maarifləndiririk.
- Qəzetinizdə işləyən jurnalistlər öz fikirlərini sosiali şəbəkələrdə yaya bilərlərmi?
- Bu çox həssas məsələdir və uzun müddət müzakirə mövzusu oldu. Biz nəhayət ki, bununla bağlı mövqeyimizi dəqiqləşdirmişik. Əgər bu mövzu siyasi və ya digər ictimai məsələdirsə, jurnalist bu barədə fikrini sosial şəbəkədə bölüşməməlidir. Baxmayaraq ki, bu onun şəxsi fikridir və onu öz şəxsi yerində, məsələn FB-dakı şəxsi hesabında bölüşür. Çünki junalist nə qədər iddia etsə ki, o tərəfsizdir, onun fikri onun hansı mövqeyi tutduğunu göstərir. Hamı da bilir ki, bu jurnalist hansı mətbuatda çalışır və dolayısı ilə qəzetin mövqeyi ilə bağlı şübhələrə səbəb ola bilər. Jurnalist bilməlidir ki, sutkanın 24 saatını, hətta yatanda da «La Stampa»nı təmsil edir. Ona görə də şəxsi işiniz olanda başqa fikir bildirmək problem deyil, amma ictimai məsələlərdə buna icazə verilmir. Çünki jurnalistin mövqeyi, onun çalışdığı qəzetin mövqeyi kimi də qəbul oluna bilər və bu da qəzetin tərəfsizliyini şübhə altına alır. Biz bu məsələni bir qədər əvvəl jurnalistlərin həmkarlar təşkilatları ilə də dəqiqləşdirmişik.
- İtaliyada jurnalistlər orta hesabla nə qədər maaş alır?
- Bu məsələni Jurnalistlər Assosiasiyası və Qəzet Sahiblərinin Assosiasiyaları arasındakı müzakirələrdə müzakirə etmişik. Maaşlar əlbəttə fərqlidir və müxtəlif məsələlərdən asılıdır. Amma ortalama göürəndə yeni işə başlayan jurnalist ayda 1000 avro qazanır. Hər iki ildən bir maaşlar tədricən artır - təqribən 200-300 avro. Bundan başqa, vəzifələr dəyişəndə də maaşların artımı baş verir. Maaşlar işin xarakterindən də asılıdır. Məsələn bizim qəzetin çap variantı üçün materiallar hazırlayanlar veb versiyasına işləyənlərdən daha artıq maaş alır.
- Sizin üçün çətin mövzular varmı və siz ümumiyyətlə çətin mövzuları işıqlandırırsınızmı?
- Əlbəttə biz özümüz çətin, problemli mövzuları, provokasiyaları axtarırıq. Və çətin mövzuları işıqlandırırıq. Mürəkkəb məsələləri işıqlandırmaq, bu barədə cəsur materiallar yazmaq lazımdır. Amma bizim üçün də çətin mövzular var. Ən çətini seksual istismardır. Bu çox ağrılı və həssas məsələdir. Problem ondadır ki, seksual istismarın qurbanları bu hadisələri gəzlədir, məlumat vermək istəmirlər. Hətta jurnalistlər bundan xəbər tutanda da məlumat vermək istəmirlər. Məsələn, bildirirlər ki, bu bir neçə il əvvəl olub, indi onların ailələri, uşaqları var və belə məlumatların yayılması onların həyatlarını dağıda bilər.
- Sizin qəzeti məhkəməyə verirlərmi? Belə hal olubsa nə üstündü olub və bu məhkəmələrdə kim qalib gəlir?
- Əlbəttə, həmişə deyil, amma məhkəməyə verildiyimiz hallar olur. Bunlar əsasən ayrı-ayrı şəxslər olur. Onlar müraciət edib haqlarında yazılan məlmatın doğru olmadığını bildirirlər və ya təkzib istəyirlər. Biz onları dəvət edib məsələni araşdırırıq. Məhkəmənin nəticəsindən razı qalmayanda məhkəməyə müraciət edirlər. İşlərin 99%-i yerli xəbərlərlə bağlıdır. Amma mən baş redaktor olandan indiyədək heç bir işi uduzmamışıq.
- Sizin qəzeti bağlaya və ya hansısa jurnalisti işdən çıxarmağı tələb edə bilərlərmi?
- Xeyr, jurnalisti işdən çıxarmağı tələb edə bilməzlər. Qəzeti bağlaya da bilməzlər. Ümumiyyətlə, hökumətin qəzetlərə təsir imkanları demək olar ki, yoxdur. Əvvəllər hansısa subsidiyalar verilərkən hökumətin qərarı tələb olunurdu. İndi bu da yoxdur, yəni bizi hökumətdən asılı sala biləcək bir məqam yoxdur.
- Ən çox işıqlandırdığınız, sizin üçün ən aktual mövzular hansıdır?
- Putin, Rusiya. Biz hər gün Putindən yazırıq, əsas mövzularımızdan biridir. Rusiya artıq ABŞ kimi vacib dövlətə çevrilib, ona görə də bu mövzu gündəlik diqqətdədir.
İkinci əsas mövzumuz, energetika, neft-qaz borularıdır. Biz bununla bağlı İtaliya, Avropa və enerji mənbəyi olan müxtəlif ölkələr haqqında yazırıq. Rusiya, Qazaxıstan, Azərbaycan və sair.
Üçüncü əsas mövzumuz Rusiyanın Ukrayna və Gürcüstana silahlı müdaxiləsi - intervensiyası və bunun ətrafında baş verən proseslərlə bağlıdır. («Bunu niyə işğal deyil, intervensiya adlandırırsınız?» soruşan gürcü jurnalistə cavab olaraq) bəli əslində bu işğaldır, sacədə balansı qorumaq üçün ona intervensiya deyirik.
Nəhayət dövrdüncü mövzumuz xristianların vəziyyətidir. Bütün İtaliya qəzetlərində dünyanın müxtəlif yerlərində ki xristianlar, onların vəziyyəti barədə məlumatlar tapa bilərsiniz.
- Ölkədə insanların əhval-ruhiyyəsi əsas problemləri barədə nə deyə bilərsiniz?
- Hazırda ümumiyətlə Avropada əhalinin bir hissəsi həyatından narazıdır. Bu kasıblıq deyil – bu ədalətsizlik hissidir. Ümumiyyətlə hesab edirəm ki, kasıblıq iqtisadi status deyil – bu ağlın vəziyyətidir. Buna görə də Avropada depressiv əhval ruhiyyə yayılır. Artıq orta sinif çoxsaylı partiyalara etibar eləmir. Əgər məsələ kasıblıqla bağlı olsaydı, ötən əsrlərdə olduğu kimi – ötən əsrdə olduğu kimi onlra pul verib məsələni həll etmək olardı. Amma məsələ bundadır ki, insanların çox aşağı gözləntiləri var – onlar yaxşı bir şey gözləmir və hesab edirlər ki, uşaqları daha pis şəraitdə yaşayacaqlar. Belə münasibət - yeni fenomendir.