İstanbulda dörd gün ərzində istənilən formada yığıncaq, nümayiş və mətbuata açıqlamalar qadağan edilib.
FED.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, bu barədə İstanbul Valiliyi qərar verib.
Bildirilib ki, şəhərdə bu gündən başlayaraq martın 23-nə qədər tədbirlərin qadağan edilməsində məqsəd ictimai asayişin qorunması və baş verə biləcək hər hansı təxribat xarakterli hərəkətlərin qarşısının alınmasıdır.
Bununla yanaşı, şəhərdə onlarla mərkəzi avtomobil yolunda hərəkət, eləcə də “Taksim” stansiyası da daxil olmaqla, bir neçə metro stansiyasının fəaliyyəti dayandırılıb.
Xatırladaq ki, bu gün İstanbul bələdiyyəsinə qarşı genişmiqyaslı korrupsiya əleyhinə əməliyyat çərçivəsində İstanbulun meri Əkrəm İmamoğlu saxlanılıb. Bununla yanaşı, bələdiyyənin təqribən 100 əməkdaşı barəsində də saxlanılma qərarı çıxarılıb.