İsrail Ordusu İran ərazisinə "dəqiq və qabaqlayıcı zərbə" endirib.
FED.az xəbər verir ki, bu bardə İsrail Müdafiə Qüvvələrinin rəsmi açıqlamasında bildirilir.
Açıqlamaya əsasən, hücumun məqsədi İranın nüvə proqramına ciddi zərər vurmaq və Tehranın İsrailə qarşı davam edən aqressiyasına cavab verməkdir.
"İsrail Hərbi Hava Qüvvələrinə məxsus onlarca təyyarə İranın müxtəlif bölgələrində yerləşən nüvə ilə bağlı obyektlər də daxil olmaqla, onlarla hərbi hədəfə zərbə endirib", – bəyanatda qeyd olunur.
Açıqlamada həmçinin vətəndaşlara Müdafiə Qüvvələrinin Arxa Cəbhə Komandanlığının təlimatlarına əməl etmələri, soyuqqanlı və məsuliyyətli davranmaları tövsiyə olunub. (Apa)